Məhkəmə qərarları › İş №2(060)-3747/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3747/2024

09.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3747/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə 09 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlılar xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X18 oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdən istiladə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı ev mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2010-cu ildə verilmiş Çıxarış təsdiq edir. Mülkiyyətçisi olduğu mənzildə pasport qeydiyyatında olan Cavabdeh1 (keçmiş həyat yoldaşı), Cavabdeh2 (qardaşının keçmiş həyat yoldaşı), azyaşlılardan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay qızı onun övladları, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X18 oğlu isə qardaşının övladlarıdır. Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X18 oğlunun mənzildə qeydiyyatda olmaları onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatları formal xarakter daşıyır. xx.xx.2024-cü il tarixli Aktdan da görünür ki, Cavabdeh2, xx.xx.2013-cü il təvəllüdlü X18 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X14 2019-cu ildən hal-hazıra qədər, Cavabdeh1, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay qızı və xx.xx.2013-cü il təvəllüdlü X1 isə 2020-ci ildən hal-hazıra kimi qeydiyyatda olduğu ünvanda yaşamırlar. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlərdən biri onun, digəri isə qardaşının keçmiş həyat yoldaşıdır. O, Cavabdeh1 ilə 2009-cu ildə ailə qurub, 2020-ci ildə isə boşanıb. Qarşı tərəf boşandıqları gündən bu günə kimi anasıgildə yaşayır və hər ay alimentini də ödədiyi üçün aralarında heç bir problem yoxdur. Qeyd edir ki, anasına məxsus başqa bir evləri var idi ki, həmin evi satıb hazırkı mübahisəli evi alıblar. Məhkəmənin nəzərinə çatdırır ki, evlə bağlı keçmiş həyat yoldaşının heç bir iddiası yoxdur. Belə ki, həmin ev birgə nikah dövründə alınsa da, birgə gəlirlər hesabına alınmayıb. xx.xx.2010-cu ildə anasına məxsus ünvan 1 ünvanında yerləşən 47 saylı mənzili satıb, xx.xx.2010-cu ildə Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evi alıblar. Lakin anası xəstə olduğundan sənədləşdirmə işi üçün o getmiş, nəticədə ev onun adına qeydə alınmışdır. Nikahlarına xitam verildikdən sonra onun və qardaşının yoldaşı da evdən gediblər. Qardaşı ilə yoldaşının nikahı pozulana kimi mübahisəli mənzildə yaşayırdı. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun oğlu, cavabdehlər onun keçmiş gəlinləridir. ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil anasına məxsus olmuş, o həmin mənzili ona bağışlamışdır. 10 ildən çox olar ki, həmin evi satıb Coratda yerləşən evi almışdır. Yoldaşı dağınıq skleroz və yataq xəstəsi olduğundan həmin vaxt sənədləşmə üçün gedə bilməmişdir. Oğlu bu işlərlə məşğul olmuşdur. Cavabdehlər 4-5 il olar ki, orada yaşamırlar. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İ 358482 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 224 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh1, X7, Qəhrəmanlı Tunar Tuncay qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdə qeydiyyatda olsalar da, 2020-ci ilin iyul ayından hal-hazırkı vaxta kimi yaşamırlar. Cavabdeh2, X14 və X18 oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdə qeydiyyatda olsalar da, 2019-cu ilin oktyabr ayından hal-hazırkı vaxta kimi yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, X7, Qəhrəmanlı Tunar Tuncay qızı, Cavabdeh2, X14 və X18 oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdə qeydiyyatdadırlar. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1, X7, Qəhrəmanlı Tunar Tuncay qızı, Cavabdeh2, X14 və X18 oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdə qeydiyyatdan çıxaırlması məsələsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil Sumqayıt şəhər 1-ci dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1994-cü il tarixli, 3M-1140 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunun notariusunun təsdiq etdiyi xx.xx.2002-ci il tarixli, 3M-3/363 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X2 mülkiyyət hüququ qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun dövlət notariusunun təsdiq etdiyi xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində X8 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. İddiaçı ilə cavabdeh X11 arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş üzrə digər Cavabdeh2 iddiaçının qardaşının keçmiş həyat yoldaşıdır və onlar arasında olan ailə münasibətlərinə də xitam verilmişdir. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, uzun müddətdir ki, həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh X11 ilə İddiaçı arasında bağlanmış nikah pozulduğundan, keçmiş ailə üzvü kimi Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Eyni zamanda Cavabdeh2 iddiaçının qardaşının keçmiş həyat yoldaşı olmaqla İddiaçı ailə üzvləri sırasına daxil olmadığından Cavabdeh2 münasibətdə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə formal olaraq istifadə hüququnun qalması (yaşayış yeri üzrə qeydiyyatda olması) İddiaçı göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdən istifadə hüquqlarına xitam verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X18 oğlunun da Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü Qəhrəmanlı Tunar Tuncay oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X18 oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən, 563B saylı evdən istifadə hüquqlarına xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar