Məhkəmə qərarları › İş №2(060)-3791/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3791/2024

15.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3791/2024 15.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı oglunun cavabdeh "xxxx" ASC-nə və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı icra qeydinin ləgv edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oglu məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 4 saylı Notariat ofisinin notariusus X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləgv edilməsi haqqında qətnamə qəbul edilməsi edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təstiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X5 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı oglunun cavabdeh "xxxx" ASC-nə və Sumqayıt şəhər 4 saylı Notariat ofisinə qarşı icra qeydinin ləgv edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ogluna izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar