Məhkəmə qərarları › İş №2(060)-3811/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3811/2024

10.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3811/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququn itirilmiş hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X4 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mkr., 73 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Sumqayıt şəhəri, 17-ci mkr., 17 saylı evin 73 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh X5 iddiaçının oğlu ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Onların Banu adlı uşaqları var. Cavabdeh oğlu ilə ailə həyatı quran zaman onu müəvqqəti olaraq yaşaması üçün iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata düşmüşdürlər. Cavabdeh oğlundan ayrılmış, nikahları pozulmuşdur. Cavabdeh X5 artıq 10 ildən çoxdur ki, iddiaçının mənzilindən çıxaraq daimi olaraq yaşamaq üçün öz evinə getmişdir. Bir daha geri qayıtmamışdır. Onun özünə məxsus yaşayış sahəsi vardır və bu yaşayış sahəsinə ehtiyacı yoxdur. Nə iddiaçının nə də ki oğlunun cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Aralarında soyuqluq var və Nuriyyənin mobil telefonu olmadığı üçün iddia ərizəsinə əlavə edə bilmir. Bundan əlavə onun faktiki ünvanını bilmədiyi üçün iddia ərizəsinə əlavə edə bilmir. Cavabdeh X5 daimi olaraq köçüb getdikdən iddiaçının mənzilində formal qeydiyyatda qalması səbəbindən əlavə kommunal xərcləri ödəməli olur. İddiaçının mülkiyyət hüquqlarını cavabdehin təqsiri səbəbindən pozulur. İddiaçı onuda qeyd edir ki, o daha əvvəl Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 1986-cı il təvəllüdlü X4 və 2012-ci il təvəllüdlü Allahverdiyeva Banu Tanrıverdi qızının iddiaçıya məxsus Sumqayıt şəhəri, 17-ci mkr., ev 17 ünvanında yerləşən 73 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2058/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı hətta Sumqayıt 1 saylı mediasiya təşkilatına da müraciət etmişdir. Təşkilatın mediatoru Elçin Hüseynov tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokol verilmişdir. Əlavə olaraq izah olunmuşdur ki, bu kimi iddialara mediasiyada baxılması mümkün deyildir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr., ev 17, mənzil 73 İddiaçı mülkiyyətindədir. O, iddia ərizəsində nikahın pozulmasını qeyd etsə də bu yalnış məlumatdır. X1 Nuriyə Məmmədağa qızının həyat yoldaşıdır. Belə ki, onlar nikahı xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Lakin İddiaçı bu tarixi də səhv olaraq xx.xx.2012-ci il kimi iddia ərizəsində qeyd etmişdir. Onların xx.xx.2012 təvəllüdlü Allahverdiyeva Banu Tanrıverdi qızı adlı bir övladları var. O, gəlin köçən zaman həmin evə köçmüşdur. Sonradan qayınanasıyla aralarında narazılıqlar olmuşdur. Övladının xəstəliyini müalicə etdirməyə imkan vermirdi evə söz-söhbət salır onların mütəmadi olaraq dava edirdi. Bu səsbəbdən o yoldaşıyla həmin evdən çıxmaq qərarına gəlmişdir. Artıq 9 ildir ki, mübahisəli mənzildən çıxmışdırlar və kirayədə yaşayırlar. Lakin hazırda maddi cəhətdən çətinlikləri var və kirayə pulunu ödəməkdə çətinliklər çəkirlər. Ona görə də, o, evə köçürülmələrini istəyir. İlkin iddia üzrə iddiaçı – qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixində qarşılıqlı iddia ərizəsinə etiraz verərək, ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd dilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mkr., 17 saylı evin 73 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X4 Sumqayıt şəhəri, 17-ci mkr., 17 saylı evin 73 saylı mənzilindən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X2 İsmayılovaya qarşı qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onların yetkinlik yaşına çatmayan uşağın Sumqayıt şəhəri, 17-ci mkr, 17 saylı evin 73 saylı mənzilinə köçürülməkləri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. O hesab edir ki, qarşılıqlı iddia tam əsassızdır, təmin oluna bilməz. Belə ki, X5 ilə X9 nikahları 2011-ci il tarixdə bağlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu baxımdan cavabdeh X5 ilə aramızda hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, İddiaçı ilə cavabdeh X5 arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, Mənzil Məcəlləsinə əsasən istifadə hüququna xitam verilməlidir. Bundan əlavə X9 ailə aramızda hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İlk və qarşılıqlı iddia ərizələri ilə sübuta yetirilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar artiq 9 ildir ki, mübahisəli mənzildə yaşamırlar, özləridə qarşılıqlı iddia ərizəsində bunu etiraf etmişdirlər. Qarşılıqlı iddia üzrə iddiaçılar daimi yaşamaq üçün mübahisəli mənzildən köçmüşlər, daimi yaşamaq üçün yaşayış sahələri var, mübahisəli mənzillə əlaqələrini kəsmişdirlər, X6 mübahisəli mənzildə qeydiyyatı yoxdur, mən iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddia üzrə iddiaçılar mübahisəli mənzilə köçürülmələrin tələb edirlər.X9 da qeydiyyatda olduğu mənzili tərk edib, uzun müddət mübahisəli mənzildə yaşamadığından, bu mənzillə bağlılığını itirdiyindən və daimi yaşayış yeri olduğundan, bununla da 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulan əsaslar olduğundan qarşılıqlı iddia ərizəsi də bu hissədə təmin edilə bilməz. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçın qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edib qarşılıqlı iddia tələbini qəbul etməyərək, ilkin iddia tələbinin təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbini qəbul etməyib qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, ailə qurduqdan sonra bir müddət mübahisəli mənzildə yaşamışlar, bundan sonra iddiaçı ilə aralarında zidiyyət olduğu üçün təxminən 9 il əvvəl kirayə mənzilə köçmüşlər. Məhkəmə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr., ev 17 ünvanında yerləşən 73 saylı mənzil İddiaçı tam mülkiyyətindədir. - 27 saylı 27 yanvar 2023-cu il tarixində tərtib edilmiş aktdan görünür ki, X5 və onun qızı Allahverdiyeva Banu Tanrıverdi qızı Sumqayıt şəhəri, 17-ci mkr., ev 17 ünvanında yerləşən 73 saylı mənzildə 10 ildən artıqdır ki yaşamırlar. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil Komunal təsərrüfat İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli 6 nömrəli arayışından görünür ki, X5 və onun qızı Allahverdiyeva Banu Tanrıverdi qızı Sumqayıt şəhəri, 17-ci mkr., ev 17 ünvanında yerləşən 73 saylı mənzil üzrə qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 və onun qızı Allahverdiyeva Banu Tanrıverdi qızı Sumqayıt şəhəri, 17-ci mkr., ev 17 ünvanında yerləşən 73 saylı mənzil üzrə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabırın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. X4 hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X4 əri X6 hazırki mənzilə hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Qarşılıqlı iddia üzrə iddiaçı və onun ailə üzvləri 9 ildir ki, mübahisəli mənzildə yaşamırlar, mənzildən köçmüşlər, mübahisəli mənzillə əlaqələrini kəsmişdirlər, X6 mübahisəli mənzildə qeydiyyatı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, - şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, cavabdeh X3 Sumqayıt şəhəri, 17ci mkr., ev 17, 73 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mkr., ev 17, mənzil 73 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edildiyindən, həmin mənzilə köçürülməsinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh X3 Sumqayıt şəhəri, 17-ci mkr., ev 17, 73 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh Sumqayıt şəhəri, 17-ci mkr., ev 17, 73 saylı mənzilə köçürülməsinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar