Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-383/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və dəymiş mənəvi ziyan tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul və dəymiş mənəvi ziyan tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərədən müştərək qaydada ümumilikdə İddiaçı1 olan 2600 manat borcun, İddiaçı2 olan 1600 manat borcun, 5000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdehlər onların qonşularıdır. Cavabdehlər ailə vəziyyəti ilə əlaqədar pula ehtiyacının olduğunu bildirməklə xx xxxxxx 2019-cu ildə 1000 manat, ondan xx xxxx 2019-cu il tarixdə İddiaçı1 600 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat və xx xxxxxx 2020-ci il tarixdə isə 1600 manat borc pul almış və digər Cavabdeh2 da Cavabdeh1 zamin durmuşdur. Cavabdehlər onların inam və etibarını qazanmaq üçün özünə məxsus bir neçə sənəd girov qoymuş, aldığı pullarla bağlı özü və zamin yazılı qəbz də vermişdir. Lakin həmin pulları qısa müddət ərzində onlara qaytaracağına söz versələr də cavabdehlər pulu qaytarmamış, onları ağır bir duruma salmışdır. Cavabdehlərin onları aldatması, pulunu qaytarmaması, müxtəlif bəhanələr gətirməklə onları get-gələ salması nəticəsində onlara mənəvi ziyan da dəymişdir ki, onlar həmin ziyanı 5000 manat məbləğində qiymətləndirirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, onun iddiaçılara cəmi 2500 manat məbləğində borcu vardır. O, qalan borcu faiz şəklində iddiaçılara artıqlaması ilə qaytarmışdır. Ona görə də, iddianın qismən təmin edilməsinə etiraz etmədir. Cavabdeh2 məhkəmə iclasında göstərdi ki, Cavabdeh1 onun həyat yoldaşıdır. Həyat yoldaşının iddiaçılardan borc pul almasından məlumatı vardır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sadə yazılı qəbzlərdən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı1 1600 manat məbləğində pul, xx.xx.2019-cu il tarixdə İddiaçı2 600 manat, xx.xx.2019-cu il tarixdə İddiaçı1 1000 manat, xx.xx.2018-ci il tarixdə İddiaçı2 1000 manat məbləğində pulu aldığını qeyd etmiş və bu barədə həmin qəbzləri imzalamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, işin araşdırılan halları və iş materialları ilə Cavabdeh1 İddiaçı1 2600 manat, İddiaçı2 isə 1600 manat borc aldığı öz təsdiqini tapmışdır. Cavabdeh1 iddianı qismən qəbul edərək, iddiaçılara cəmi 2500 manat borcu olduğunu, qalan pulu isə faiz şəklində iddiaçılara qaytardığını bildirsə də, etirazının əsası kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin cavabdehlərdən iddiaçının xeyrinə 5000 manat mənəvi ziyanın tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 bununla bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbində qeyd edilən məbləğin digər Cavabdeh2 zamin kimi tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında zaminlik müqaviləsi bağlanmadığından iddiaçıların həmin məbləği digər Cavabdeh2 tələb etmək hüququ yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2600 manat məbləğində pul İddiaçı1, 1600 manat məbləğində pul İddiaçı2 xeyrinə tutulmalı, həmçinin Cavabdeh1 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2600 manat məbləğində pul İddiaçı1, 1600 manat məbləğində pul İddiaçı2 xeyrinə tutulsun. Cavabdeh1 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-383/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-383/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver