Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3853/2023 02.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 4/26 saylı evin 4-cü mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 27.02.201 8-ci ildə verilmiş çıxarış təsdiq edir. Mənzil iddiaçıya "daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında anası X21 tərəfindən xx.xx.2018-ci ildə bağışlamışdır. Cavabdeh, 2006-cı il təvəllüdlü Məmmədova Nərmin Qəyyum qızı, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Yusif Qəyyum oğlu iddiaçının qardaşının (Cavabdeh) övladlarıdır. Onların mənzildə qeydiyyatda olmaları iddiaçının mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatları formal xarakter daşıyır. Bunu xx.xx.2023-cü il tarixli akt təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh və onların azyaşlı övladları 2006-cı il təvəllüdlü Məmmədova Nərmin Qəyyum qızının, xx.xx.2008-ci təvəllüdlü X3, xx.xx.2009cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Yusif Qəyyum oğlunun Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 4/26 saylı evin 4-cü mənzilindən pasport qeydiyyatından çıxarılmaları xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 27.0 1.2023-cü il tarixli məktubu ilə ərizəsi təmin edilməmişdir. Mediasiya prosesində cavabdehlə barışıq əldə olunmamışdır. Bunu ilkin mediasiya sessiyasından “prosesin davam etdirilə bilməməsi barədə” 13 may 2023-cü il tarixli, MŞS/MT030/2023-00852 saylı arayış təsdiq edir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh və onların azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü Məmmədova Nərmin Qəyyum qızının, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Yusif Qəyyum oğlunun Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanda yerləşən 4/26 saylı evin 4-cü mənzilindən isifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz edərək, bildirmişdir ki, o, 1988-ci ildən sözügedən ünvanda qeydiyyatdadır. O, notariat orqanında daşınmaz əmlakın iddiaçı olan bacısına bağışlanmasına etiraz etməmişdir. Lakin iddiaçı sözügedən mənzilin qapısını bağlayaraq onun istifadəsinə icazə verməmişdir. Hazırda özü övladları ilə birlikdə gecəqonduda yaşayır, daimi yaşayış yerləri yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Cavabdeh və X1 notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, onlar X15 məxsus ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin bağışlanılmasına razıdırlar.
7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X14 tərəfindən təsdiq olunmuş xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 4/26, mənzil 4 X21 tərəfindən İddiaçı hədiyyə verilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX № ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, mənzil 4 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 49 saylı reyestr kitabının 7 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 126 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən, X21 xx.xx.1988-ci ildən, X2 xx.xx.2002-ci ildən, Cavabdeh xx.xx.1988-ci ildən, X9, X13, Məmmədli Yusif Qəyyum oğlu, X5, X6, Məmmədova Nərmin Qəyyum qızı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/4, mənzil 4 ünvanında yaşayır və qeydiyyatdadırlar.
10. İş materiallarında olan 6 saylı MKS-nin sahə ustası X20, qonşular X7, X8 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı müraciəti əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/4, mənzil 4 ünvanına baxış keçirilmiş və müəyyən olmuşdur ki, Cavabdeh, X10, X11, X13 və Məmmədli Yusif Qəyyum oğlu ünvan 2 ünvanda yaşamırlar. Aktı tərtib edənlər aktın düzgünlüyünü imzaları ilə təsdiq etmişlər.
11. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00852 saylı İlkin mediasiya sessiyasından prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 12:20-a təyin olunmuş prosesdə iştirak etmişlər, lakin Cavabdeh prosesin davam etdirilməsinə razılıq bildirməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/4, mənzil 4 bağışlama müqaviləsi əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşıdır. Cavabdeh 1988-ci ildən bəri sözügedən mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin və onun övladlarının sözügedən mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə razı deyildir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi üzrə qeyd edir ki, cavabdehin istifadə hüququna xitam verilə bilməz. Qeyd olunmalıdır ki, cavabdehin ailə üzvü olaraq evdən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir. İddiaçı onun sözügedən evdə yaşamadığını irəli sürərək evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
14. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna malikdir. Onun bu hüququ mənzil hələ anasının mülkiyyətində olan zaman əvvəlki Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə əsasən əmələ gəlib. Cavabdeh 1988-ci ildən bu günədək həmin mənzildə qeydiyyatdadır, onun başqa daimi yaşayış yeri yoxdur.
15. Həmçinin, cavabdehin övladları xx.xx.2006-cı il təvəllüdlü Məmmədova Nərmin Qəyyum qızının, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü Məmmədli Yusif Qəyyum oğlunun da mənzildən istifadə hüquqları vardır. Belə ki, qanuna görə uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.
16. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
17. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
18. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
19. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
20. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Hazırki halda isə cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünki cavabdehin daimi yaşamaq üçün yaşayış yerinə malik olması sübut olunmur. Eyni zamanda, cavabdeh izahatında bildirmişdir ki, sözügedən mənzilin iddiaçıya bağışlanması üçün o, notariat orqanında razılıq ərizəsi vermiş, lakin iddiaçı həmin mənzilin qapısını bağlayaraq onu və ailəsini həmin evə buraxmamışdır.
21. Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına uyğun olaraq iddiaçı cavabdehə kompensasiya təklif etmə yolu ilə onun istifadə hüququna xitam verilməsini tələb edə bilər. Lakin iddiaçı belə bir tələblə də çıxış etməmişdir.
23. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddiası rədd edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva