Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3860/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə (VÖEN**********) qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» MMC-yə (VÖEN**********) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “əşyanın lombardı haqqında” 22.11.2015-ci il tarixli AFƏ 241168 saylı müqaviləyə görə 125,50 manat dəyərində qızılzinət əşyalarının, ödəmiş olduğu 20 manat dövlət rüsumunun, sənədlərin hazırlanıb məhkəməyə verilməsinə görə xərclədiyi 30 manatın, cəmi 175 manatın, qızıl-zinət əşyalarının qaytarılması mümkün olmadıqda isə onların dəyərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin “vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki ********** saylı VÖEN-lə qeydiyyatdan keçmiş cavabdeh hüquqi şəxsin hüquqi ünvanı ünvan 1 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonunda olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh «xxxx» MMC yə (VÖEN**********) qarşı “pul” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3860/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3860/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver