Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3878/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən idarə olunan avtonəqliyyat vasitəsi ilə ona vurulmuş 975 manat məbləğində maddi zərərin və mənəvi zərərin kompensasiyası kimi 2000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması,barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, qardaşı X2 məxsus olan **-BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX-56” markalı nəqliyyat vasitəsini qardaşı Nəcəf Qurbanovun ona verdiyi etibarnamə əsasında idarə edir. Onun avtomaşını idarə etmək üçün sürücülük hüququ vardır. O, xx.xx.2022-ci il tarixdə saat 17-18 radələrində etibarnamə ilə idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX- 56” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində Mikayıl Əliyev küçəsi ilə “Neon Palace” şadlıq sarayı dairəsinin yaxınlığında hərəkətdə olarkən X8 məxsus olan **-DT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H” markalı nəqliyyat vasitəsini Cavabdeh etibarnamə ilə idarə edərkən onun idarə etdiyi avtomaşını sağ yan tərəfdən vuraraq avtomobilinə zədə yetirmişdir. Bununla əlaqədar olaraq ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün tərəfindən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə iddia ərizəsi verilmişdir. Lakin, həmin iddia ərizəsi Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən aidiyyət qaydaları pozulması əsası ilə iddianın cavabdehin qeydiyyatda olduğu yer üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi üçün geri qaytarılmışdır. Onun idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX- 56” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır. Baş vermiş yol-hadisəsi barədə o "xxxx" ASC-yə və polisə məlumat vermiş, "xxxx" ASC-nin və Bakı şəhər Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndələri hadisə yerinə gəlmişdirlər. Arayış tərtib olunmuş və baş vermiş yol nəqliyyat hadisəsi polis orqanında qeydiyyata alınmışdır. xx.xx.2022-ci ildə "xxxx" ASC-dən ona telefon vasitəsilə avtomobilə dəymiş zərərin 500 manat müəyyən edilməsi barədə mesaj gəlmişdir. "xxxx" ASC tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində **-DT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H” markalı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmamış, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixində baş vermiş hadisə nəticəsində ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. Cavabdehə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil ilə onun idarə etdiyi avtomobilə vurduğu 500 manat zərəri ödəməsi üçün tərəfindən bir neçə dəfə ona məlumatlar və xəbərdarlıqlar edilmişdir. Cavabdeh isə həmin 500 manat məbləğində zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. Cavabdeh vurduğu zərəri ödəmədiyi üçün onun tərəfindən cavabdehin vurdğu maddi zərərin məhkəmə qaydasında ödənilməsi üçün aidiyyəti orqanlardan müvafiq sənədlərin alınması, iddia ərizəsinin tərtib olunması və sair hüquqi yardım göstərilməsi üçün vəkilə xidmət haqqı və poçt xidməti olaraq cəmi 224 manat, ayrı-ayrı zəruri hərəkətlərin yerinə yetirilməsi üçün taksi xidmətinə və avtomaşın yanacağı üçün yanacağa 150 manat, dövlət rüsumu olaraq 101 manat – ümumlikdə 475 manat məbləğində vəsait xərcləmişdir. Beləliklə, cəmi ona 975 manat maddi zərər dəymişdir. O, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 2000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Odur ki, məcburiyyət qarşısında qalaraq ona dəymiş maddi zərərin və mənəvi zərərin kompensasiyasının cavabdehdən alınaraq ona ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. Qəza bilməyərəkdən olmuşdur. Sığorta şirkəti tərəfindən iddiaçıya 500 manat ödənilməsi təklif olunmuşdur. Hadisə nəticəsində onun maşını da zərər görmüşdür. İddiaçının avtomobilinə onun təqsirinə görə zərər dəymişdir. Lakin, dəymiş zərərin məbləği ilə razı deyildir. Əgər iddiaçı sığorta şirkəti tərəfindən 500 manatın təklif edildiyini ona bildirsəydi o özü də iddiaçının avtomobilini təmir etdirə bilərdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, **-BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX-56” markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində **-BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX-56” markalı və **-DT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H” markalı avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində **- BS-*** dövlət qeydiyyat nişanlı “İnfiniti QX-56” markalı avtonəqliyyat vasitəsinə zərər dəyməsi ilə bağlı şirkətə müraciət daxil olmuşdur. xx.xx.2022-ci il tarixində **-DT-*** dövlət qeydiyyat nişanlı “Opel Astra H” markalı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmamışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixində baş vermiş hadisə nəticəsində ortaya çıxmış zərərə görə məsuliyyəti yaranmır. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X3 adına xx.xx.2017ci ildə “İnfiniti QX-56” markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyatda alınmışdır. - xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 “İnfiniti QX-56” markalı, **-BS- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmə səlahiyyətini xx.xx.2068-ci ilədək İddiaçı etibar etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X11 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Opel Astra H” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə X5 adına qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X4 adına rəsmiləşdirilmişdir. Qeyd olunan nəqliyat vasitəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN Baş X11 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. - Hüquqi yardımın göstərilməsi haqqında 74 №-li müqavilənin surətindən görünür ki, ərizəçiyə göstərilən hüquqi yardımın görə haqqın məbləği 220 manat göstərilmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, “İnfiniti QX-56” markalı, **-BS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 1410 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi yol nəqliyyat hadisəsinə görə 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - İş üzrə xx.xx.2023-cü il tarixli, 9/5453 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci ildə saat 17-18 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində Mikayıl Əliyev küçəsi ilə “Neon Palace” şadlıq sarayı dairəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Opel Astra H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil “İnfiniti QX-56” markalı, **-BS-*** avtomobili sağ yan tərəfdən vurmuşdur. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar "xxxx" ASC tərəfindən cəmi 500 manat məbləğində sığorta ödənişinin verilməsi təklif olunmuşdur. Cavabdeh yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 40 manat cərimə edilmişdir. Cavabdeh iddianı ziyanın məbləği hissəsində qəbul etmir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5453 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallaında olan “Nurgün Motors” servis mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “İnfiniti QX-56” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci hadisə baş verən tarixə təxminən 1220 manat müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, sığota şirkətinin zərərçəkənin avtomobilinin təmiri üçün müəyyən etdiyi 500 manat həddində olması daha ağlabatandır. Odur ki, iddia bu hissədə əsaslıdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, ekspert rəyində müəyyən edilmiş sözügedən avtomobilə dəymiş ziyanın məbləği real zərərin həcmini əks etdirmir. Belə ki, sözügedən məbləğ avtomobilə baxış keçirilmədən nəzəri hesablanmaqla müəyyənləşdirilmiş, habelə işin faktiki halları və real bazar qiymətləri ilə uzlaşmır. Mənəvi ziyanla bağlı tələblə əlaqədar isə məhkəmə hesab edir ki, iş materialları ilə, eləcə də məhkəmə araşdırması zamanı Cavabdeh İddiaçı mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia həmin hissədə əsassızdır. Məhkəmə iddianın ayrı-ayrı zəruri hərəkətlərin yerinə yetirilməsi üçün taksi xidmətinə və avtomaşın yanacağı üçün ödənilmiş 150 manat vəsaitin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı həmin ödənişlər barədə hər-hansı təsdiqedici sənəd təqdim etmədiyindən bu hissə də əsassızdır. Məhkəmə iddianın hüquqi yardım göstərilməsi ilə bağlı xərcin və ödənilmiş dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tələb bu hissələrdə də qismən təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 38 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 8.40 manat, İddiaçı isə 41.6 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 500 manat, hüquqi yardıma görə ödənilmiş 38 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 41.6 manat, Cavabdeh 8.40 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3878/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3878/2023
07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver