Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3890/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun alınıb ona verilməsi, həmçinin tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, İddiaçı xx.xx.1964cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Onun cavabdehlə dostluq münasibətləri var. Aralarında həmişə yaxşı münasibət olmuşdur. O, 2014-cü ilin yanvar ayından 2019-cu ilin dekabr ayına kimi Almaniyada yaşamış və orada işləmişdir. Azərbaycan Respublikasında bir nəfər şəxs ona 1850 manat və 2950 manat Evro pul verməli idi. Həmin vaxt o, Cavabdeh xahiş etmişdir ki, alıb saxlasın. O, Azərbaycan Respublikasına gələndə pulu ona verər. Cavabdeh həmin şəxsdən 1850 manat və 2950 Evro pulu almış, lakin bu günə kimi ona qaytarmamışdır. Hər dəfə istədikdə cavabdeh müxtəlif bəhanələr gətirərək pulu ona qaytarmır. Ona görə də, o, cavabdehin barəsində Sumqayıt şəhər Prokurorluğuna şikayət etmişdir. Lakin ona izah olunmuşdur ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 1850 manat və 2950 Evro cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun alınıb ona verilməsi, həmçinin tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə həm qonşusu, həm də yaxın münasibətdə olduğu bir insandır. İddiaçı bir müddət Almaniya dövlətində yaşamışdır. Bir-birilərinə inam və etibarları olduğu üçün iddiaçı Almaniyada yaşadığı müddətdə onun adına pul göndərərək ona Sumqayıt şəhərində mənzil almasını xahiş etmişdir. O, da iddiaçının xahişi əsasında sonuncuya Sumqayıt şəhərindən mənzili öz adına alıb, kirayə vermişdir. Mənzilin kirayəsindən gələn pulu bir dəfə iddiaçının xahişi ilə qızıl alıb iddiaçıya göndərmişdir. Onun hazırda iddiaçıya 2950 Evro borcu vardır. Həmin borcuda Bərdə şəhərində tanışı X3 borc olaraq vermişdir. Lakin həmin şəxs pulu qaytarmadığı üçün o, sözügedən məbləği iddiaçıya geri verə bilməmişdir. Əlavə olaraq, hazırda Bərdə Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnaməsi ilə Fariz Abbasovdan onun xeyrinə 9400 manat pulun tutulması qət edilmişdir. Həmin qətnamə icra olunduğu halda, o, iddiaçıya olan borcunu ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbini 1850 manat hissəsində təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qətnamaəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X1 9400 (doqquz min dörd yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, məhəllə 4, ev 27A/2, mənzil 14-də qeydiyyatdadır. İş materiallarında Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 22.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 10/8, mənzil 38-də qeydiyyatdadır. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Belə ki, məhkəmə baxışında cavabdeh etiraf etmişdir ki, iddiaçı Almaniya dövlətində olarkən ona mənzil almaq üçün pul göndərmiş və sonuncu tərəfindən mənzil alarkən öz mülkiyyətinə keçirtmişdir. Həmin mənzili müxtəlif vaxtlarda kirayə kimi istifadəyə vermiş və ondan gəlir əldə etmişdir. İddiaçı Almaniyadan qayıtdıqdan cavabdeh mənzili iddiaçının mülkiyyətinə keçirtmişdir. Cavabdeh iddia tələbinin 1850 manat hissədə iddia rədd edilməsini xahiş etsə də, həmin məbləği iddiaçıya qaytarılması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1850 manat və 2950 Evro (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3890/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3890/2021
16.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver