Məhkəmə qərarları › İş №2(060)-390/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-390/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-390/2024 22.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X16, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iddiası üzrə mülki işə 22 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Qulu qızının, Cavabdeh3, Cavabdeh4 Tahir oğlunun, X11, X12, X6 və yetkinlik yaşına çatmamış X7 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 və Cavabdeh6 soyadlarının iddia ərizəsinin xahiş hissəsində səhvən “Rzayev (Rzayeva)” kimi qeyd edilməsinin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə order əsasında İddiaçı verilmişdir. Bu günə qədər elə iddiaçı sözügedən ünvanda həm faktiki olaraq yaşayır, həm də pasport qeydiyyatındadır. Sözügedən mənzilə iddiaçıdan başqa Cavabdeh1 Quluyevna, Cavabdeh3, Cavabdeh4 Tahir oğlu, X20, X21 və X4 və yetkinlik yaşına çatmamış X7 da qeydiyyatı mövcuddur. Bu şəxslər iddiaçının uşaqları, nəvələri və gəlinləridir. Artıq bir neçə müddətdir ki, sözügedən ünvanda yaşamırlar. Faktiki olaraq uzun illərdir ki, Rusiyadadırlar. Həmin şəxslərin sözügedən mənzilə qeydiyyatı mülkiyyətçinin hüquqlarına əsassız müdaxilə təşkil edir. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki cavabdehlər 20 ildən artıqdır ki, həmin mənzildə daimi yaşamırlar, mənzildə onlara aid hər hansı bir əşya yoxdur. Onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər və orada yaşayırlar. İddiaçının deməsinə görə, orada Rusiya vətəndaşlığı da əldə ediblər. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə öz növbəsində iddiaçın həmin mənzili özəlləşdirmək hüququna müdaxilə təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, sözügedən mənzil 2006-cı ildə order əsasında iddiaçıya ayrılıb. İddiaçı hazırda həmin evdə yaşayır. Cavabdeh1 və Cavabdeh3 iddiaçının qızı, digərləri gəlinlər və nəvələridir. Cavabdehlər bu ünvanda yaşamırlar, sadəcə formal olaraq qeydiyyatdadırlar. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hazırda Rusiyada yaşayırlar, onların sözügedən mənzildə qeydiyyatda olması iddiaçının hüquqlarını pozur. Cavabdehlərin hazırki mənzillə heç bir əlaqəsi yoxdur. Evdəki əşyalardan istifadə etmirlər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hər kəsin övladı xarici ölkədə təhsil ala bilər, lakin bu valideynlərin də ora köçməli olduğu mənasına gəlmir. Qeyd edilənləri nəzərə alaraq nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh3 iddiaçının qızıdır. Onun övladları xarici ölkədə - Rusiyada universitetə daxil olublar, anaları da onlara baxmaq üçün ora gedib. Digər uşağa burada baxacaq biri olmayacağı üçün onu da özü ilə aparıb. O da məktəbdə oxuyur. Cavabdeh3 məhz təhsillə bağlı ölkə xaricinə gedib gəlir. Bir daha qeyd edir ki, cavabdehlər Azərbaycan Respublikası vətəndaşıdırlar. Rusiya Federasiyasında təhsil icazəsi ilə yaşayırlar. Cavabdeh3 böyük övladı üçüncü kursda təhsil alır. Həmin vaxtdan etibarən onlar ölkəyə gedib gəlirlər. Cavabdehlərin həmçinin mübahisəli mənzildə əşyaları var. Onu da bildirir ki, bu işlə bağlı ikinci dəfə məhkəməyə müraciət olunub. Lakin həmin məhkəmə qərarını əldə edə bilməyib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-290613 saylı nikah haqqında şəhadətnaməyə əsasən X19 ilə X3 18 noyabr 1972-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 824 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Rzayeva soyadı verilmişdir. İşdə olan 153 nömrəli, xx.xx.2006-cı il tarixli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil İddiaçı ayrılmışdır. İşdə olan V JQ 274717 saylı ölüm haqqında şəhadətnaməin surətindən görünür ki, X19 xx.xx.1997-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1105 nömrə ilə qeyd edilmişdir. İşdə olan 598 nömrəli xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, lakin onun ailə üzvləri Cavabdeh1 Qulu qızı, X22, Cavabdeh3, Cavabdeh4 Tahir oğlu, X21, X13 və X14 həmin mənzildə yaşamırlar. İş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X1 dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2021-ci il, girişi xx.xx.2022-ci il və növbəti dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh4 Tahir oğlunun sonuncu dəfə dövlət sərhədindən kənara çıxışı xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Rusiya Federasiyası Səhiyyə Nazirliyi “A.İ.Yevdakimov adına X37 və Stomatoloji Universiteti” Ali təhsil üzrə X29 Təhsil Müəssisəsi tərəfindən verilmiş 4858 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan (tərcümə ilə) görünür ki, Cavabdeh6 ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında əyani şöbədə 31.05.01 Müalicə işi hazırlıq ixtisası/istiqaməti üzrə proqramı - ali təhsil tədris proqrarm üzrə İV kursda təhsil alır. Təhsil və X30 Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli dövlət akkreditasiyası haqqında şəhadətnamə, xx.xx.2026-cı il tarixinədək etibarlıdır. xx.xx.2020-ci il tarixli, 340/02.01-06 nömrəli əmrlə qəbul olunmuşdur. Təlim müddəti xx.xx.2020-ci il tarixindən hal-hazırki müddətə qədərdir. Təhsilini təxmini bitirmə tarixi xx.xx.2026-cı ildir. İşdə olan X31 X15 Universiteti Ali Təhsil Üzrə X29 Muxtar Təhsil Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 514271 saylı arayışdan (tərcümə ilə) görünür ki, Cavabdeh5 “Ortopedik stomatologiya”, 31.08.75 hazırlıq istiqaməti üzrə ali təhsilin əsas tədris proqramında təhsil alır, 28 avqust 2023-cü il tarixli 2372 nömrəli əmr ilə 01 sentyabr 2023-cü ildən qəbul olunmuşdur. Təhsilin başlanması 01 sentyabr 2023-cü il, təhsili təxmini başa vurma müddəti 31 avqust 2025-ci ildir. İşdə olan Moskva Şəhər Təhsil və Elm Departamenti "xxxx" Moskva Şəhərinin Dövlət Büdcəli Təhsil Müəssisəsi (A.S.Qriboyedov adına 1529 nömrəli məkləb DBTM) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 238848-23/24 saylı arayışdan (tərcümə ilə) görünür ki, X9 25 avqust 2023-cü il tarixli 272 nömrəli qəbul haqqında əmrə əsasən hal-hazırda S.Qriboyedov adına 1529 nömrəli məktəb DBTM-nin 9-11 sinfində təhsil alır. İşdə olan qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, uşaqlarının təhsili ilə əlaqədar Moskva şəhərində müvəqqəti yaşayırlar. İldə 2 dəfə anası ilə görüşə gəlir. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Rzayeva (Murashkına) İnna Quliyevanın sonuncu dəfə xx.xx.2021-ci il tarixdə çıxışı qeydə alınmışdır. Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Cavabdeh3 xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü ildə girişləri, xx.xx.2019, xx.xx.2020, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə çıxışları, Cavabdeh6 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, Cavabdeh4 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, Cavabdeh5 xx.xx.2023cu ildə girişi, xx.xx.2013-cü il tarixdə çıxışı, Cavabdeh4 xx.xx.2019-cu ildə girişi, xx.xx.2019-cu il tarixdə çıxışı, İskəndərova (Rzayeva) Nubar İlham qızının xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü ildə girişi, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü il tarixdə çıxışı qeydə alınmışdır. Cavabdeh1 Quliyevanının dəqiq təyinedici məlumatları (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun ona münasibətdə cavablandırılması imkan xaricindədəir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı ayrılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ və hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X26rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X10 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Eyni zamanda 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisənin həlli, yəni cavabdehlərin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onların bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. Bu baxımdan məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, cavabdehlərdən Cavabdeh1, X22, Cavabdeh4 mübahisəli mənzili məhz daimi əsaslarla tərk etmişdirlər. Belə ki, cavabdehlərdən Cavabdeh1, X22, Cavabdeh4 uzun müddət sözügedən mənzildə yaşamamaları ilk növbədə iş materiallarında olan həmin cavabdehlərin dövlət sərhədindən hərəkəti barədə məlumatlarla təsdiq olunur. Digər tərəfdən cavabdehlər Cavabdeh1, X22 və Cavabdeh4 mübahisəli mənzili məcburi olaraq deyil, könüllü olaraq tərk etmişdirlər. Belə ki, onlar bu müddət ərzində mənzilə köçürülmə barədə iddia qaldırmamış və ya mənzildən istifadəyə maneə törədilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Bu isə, cavabdehlərin müvəqqəti deyil, məhz daimi əsaslarla mübahisəli mənzildən köçməsi faktını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin cavabdehlərə münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh1, X22, Cavabdeh4 ünvan 1 ünvanına istifadə hüququna xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə təmin edilməməlidir. Belə ki, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X2 Federasiyasında ali və orta təhsil alırlar. Cavabdeh3 isə onların valideynidir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, həmin cavabdehlərin mübahisəli mənzildə yaşamamasının səbəbləri müvəqqəti əsaslarla bağlıdır, onlar mənzili daimi əsaslarla tərk etməmişdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X7 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəf həmin cavabdehlərin Rusiya Federasiyasının vətəndaşı olduqlarını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X22 və Cavabdeh4 münasibətdə iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə isə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X22 və Cavabdeh4 ünvan 1, 24 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və yetkinlik yaşına çatmamış X8 münasibətdə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıveriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar