Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3970/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qardaşının iş yoldaşı olmuşdur. Mülkiyyətçisi olduğu “Honda CH-V” markalı avtomaşını 2018-ci ildə satmaq məqsədilə tanışı Sübhan adlı şəxsə müraciət etmiş, Sübhan Əliyev əmisi oğlu Cavabdeh zəng edərək satlıq maşın olduğunu bildirmişdir. Həmin günü Sübhanla birlikdə avtomaşını 5200 manata satmaq üçün Familin yaşadığı ünvanda qoymuş və maşının açarlarını Sübhana vermişdir. Sonradan o Cavabdehla görüşmüş, Cavabdeh ona bildirmişdir ki, avtomaşında nasazlıq var, 5200 manata satacaq, avtomobil onda qalmalıdır ki, fotoşəkilini ayrı-ayrı adamlara göndərsin. Razılıq əsasında avtomobilin açarını Cavabdeh vermişdir. Bundan 10 gün sonra Famil ona zəng edərək avtomaşını 4200 manata alan olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, avtomaşını həmin müştəriyə satıb, sonra öz adına həmin pulla başqa avtomobil alıb, onu da satacaq və 1 ay sonra onun 5200 manat pulunu düzəldib verəcək. Bundan sonra Cavabdeh həmin avtomaşını 4150 manata salmışdır. O pulu istədikdə Cavabdeh bildirmişdir ki, “maşın gətirmək üçün Gürcüstana gedir, gətirib avtomaşını satıb, satdıqdan sonra sənin 5200 manatını verəcəm”. Bundan 3 gün sonra Cavabdeh ona 2200 manat pul vermişdir. Qalan 3000 manatı soruşduqda Famil bildirmişdir ki, avtomaşın gömrükdə rəsmiləşdirilir, müştəri öz adına keçirdikdən sonra qalan 3000 manatı verəcək. Bundan bir neçə gün sonra cavabdeh “Hyundai Elantra” markalı avtomaşınla yanına gələrək bildirmişdir ki, avtomaşının gömrük rəsmləşməsinə pulu çatmır və ondan əlavə olaraq pul istəmişdir. O həmin vaxtı 2200 manatı cavabdehə vermişdr. Bundan sonar Cavabdeh bir müddət görünməz olmuş, sonradan görüşdükdə cavabdeh aldığı pulu tezliklə qaytaracağını bildirsə də, bu dəfə də onu aldatmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 1(060)-107/2020 saylı hökmü ilə Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmişdir. O məhkəmə gedişində cavabdehin həbs edilməməsi üçün ərizə verərək Cavabdeh tərəfindən dəymiş ziyanın 5200 manat ödənildiyini bildirmişdir. Əslində ona dəymiş ziyan ödənilməmişdir. Ərizə yazaraq vurulan zərərin ödənilməsini bildirməkdə məqsədi Cavabdeh həbs edilməməsi və pulu ödəyəcəyi barədə verdiyi vəd olmuşdur. Cavabdeh 20.02.2020-ci il tarixində öz dəstixətti ilə qəbz yazaraq 5200 manatı 20 fevral 2021-ci ilə qədər hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin vədinə xilaf çıxmış, bəhanələr gətirərək aldığı borcu ödəməkdən yayınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 5200 manat əsas borcun, məhkəmə sənədlərinin hazırlanmasına görə xərclənmiş 100 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5330 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçıdan “Honda CH-V” markalı avtomaşını 2018-ci ildə satmaq məqsədilə alıb 5200 manata satmış, lakin maşının pulunu verməmişdir. İmkanı olanda ödəyəcək. Onun borcu bir dəfəyə ödəmək imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Ona görə də məhkəmədə iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 1(060)-107/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 20.02.2020-ci il tarixdə yazılmış qəbzin əslindən müəyyən olunur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı vurmuş olduğu 5200 manat məbləğində pulu bir il müddətinə, yəni hissə-hissə olmaqla 20 fevral 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı məxsus “Honda CH-V” markalı avtomaşını 5200 manata satıb, həmin pula başqa avtomobil alıb satacağını və 1 ay sonra 5200 manat pulunu qaytaracağına vəd vermiş, lakin qaytarmamışdır. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh 20.02.2020-ci il tarixdə İddiaçı vurmuş olduğu 5200 manat məbləğində ziyanı bir il müddətinə, yəni hissə-hissə olmaqla 20 fevral 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin pulu indiyədək ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, İddiaçı Cavabdeh məhkəmə sənədlərinin hazırlanmasına görə xərclənmiş 100 manat pulun tutulmasını tələb etmiş, lakin məhkəmə iclasında məhkəmə sənədlərinin hazırlanmasına görə xərclənmiş 100 manat pul tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 5200 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 5230 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumu, cəmi 5230 (beş min iki yüz otuz) manat məbləğində pul tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3970/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3970/2021
08.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver