Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4063/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Tapdıq oğlunun cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra tədbirlərinin qanunsuz hesa edilməsi və icra hərəkətlərinin əvvəlki vəziyyətə qaytarılması tələbi» barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏN ETDİM: İddiaçı Tapdıq oğlu iddia ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun 18 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində, Koroğlu prospekti 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1134,6 kv.m olan qeyri-yaşayış binası (Möhtəşəm şadlıq sarayı) ilə bağlı həyata keçirdiyi icra tədbirlərinin qanunsuz hesab edilməsi və icra hərəkətlərinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qət edilməsi xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı Tapdıq oğlu tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Bundan əlavə İddiaçı Tapdıq oğlu məhkəməyə ərizəni iddia icraatında deyil, icra məmurun icra tədbirlərin qanunsuz hesab edilməsi barədə ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: İddiaçı Tapdıq oğlunun cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «icra tədbirlərinin qanunsuz hesa edilməsi və icra hərəkətlərinin əvvəlki vəziyyətə qaytarılması tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-4063/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4063/2021
16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver