Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4120/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsini və əlavə edilmiş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının tələbi, onların öz tələbini əsaslandırdıqları hallar göstərilməlidir. Lakin yoxlanılan ərizədə qeyd olunan tələblərə əməl edilməmiş, iş üzrə cavabdehə qarşı mülki icraat qaydasında baxılmalı olan tələbin nədə ifadə olunduğu göstərilməmişdir. MPM-nin 152.1, 152.1.1-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, mümkünlüyü yoxlanılan ərizənin məzmunundan görünür ki, iddiaçı digər şəxs tərəfindən hüquqlarının pozulduğunu göstərməklə, həmin şəxsin hərəkətlərinin araşdırılmasını və qanuni qiymət verilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ mülki icraata aid olmamaqla, şəxs inzibati və ya cinayət icraatı qaydasında hüquq mühafizə orqanlarına və ya xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə, şəxs «şərəf və ləyaqətin müdafiəsi, vurulmuş zərərin ödənilməsi» ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququna malikdir. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4120/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4120/2021
23.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver