Məhkəmə qərarları › İş №2(060)-4126/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4126/2022

01.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4126/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanındakı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanını xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 almışdır. Həmin ünvandakı mənzil hal-hazırda iddiaçının kirayə müqaviləsinə əsasən mülkiyyətindədir. İddiaçı cavabdehləri tanımır. Buna baxmayaraq onların günahı ucbatından mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər öz aralarında alqı-satqı müqaviləsi bağladıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamır. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, sözügedən mənzilin sənədi yoxdur. Həmin mənzil Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. İddiaçı həmin evdə kirayə müqaviləsi əsasında yaşayır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 4 ünvanında yaşayır. Cavabdehlər də həmin mənzildə qeydiyyatdadırlar. İşdə olan 1 saylı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş və sahə ustası T.A.Qasımov, 1 saylı Mənzil-Kommunal Sahəsinin rəisi M.Süleymanov ünvan 5 ünvanında yaşayan H.C.Zeynalova, ünvan 6 ünvanında yaşayan X.R.Şahsuvarova, ünvan 7 ünvanında yaşayan G.M.Muradova tərəfindən tərtib edilərək imzalanmış akta əsasən iddiaçı ünvan 4 ünvanında ünvanında qeydiyyatdadır və yaşayır. İddiaçı ilə Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yatyaqxana 6, 2-ci paralel küçəsi, 41 nömrəli mənzili kirayəyə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). Göründüyü kimi iddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yatyaqxana 6, 2-ci paralel küçəsi, 41 nömrəli mənzilin ona məxsus olduğunu iddia edərək cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi ünvan 1 dövlət mülkiyyətində olmaqla, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (bundan sonra - MKTB) balansındadır. Həmin mənzil MKTB ilə iddiaçı arasında bağlanmış Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən iddiaçıya kirayəyə verilmişdir. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ olmadığından məhkəmə hesab edir ki, iddiaçı mənzildə qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar