Məhkəmə qərarları › İş №2(060)-4145/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4145/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4145/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh «xxx» Turan MTK-ya qarşı "maddi zərərin ödənilməsi tələbinə dair" iddiası üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)- 2675/2020 saylı mülki işin aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair xx xxxx 2020-ci il tarixli qərardadını və mülki işin materiallarını açıq məhkəmə hazırlıq iclasında nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı X2 cavabdeh «xxx» Turan MTK-ya qarşı "maddi zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə qeyd edilən mübahisəüzrə mülki işin aidiyyəti üzrə baxılmasından ötrü Sumqayıt Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edilən qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinadən qəbul etmişdir. Mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, qeyd edilən mübahisəyə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi iddia pul tələbi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsində qoyulmuş tələb MPM-in 39-cu maddəsinə nəzərdə tutulmuş müstəsna aidiyyət qaydalarını nəzərdə tutan iddialara aid deyildir. Odur ki, məhkəmə Yasamal rayon məhkəməsinin qeyd edilən qərardadında MPM-nin 39-cu maddəsinə istinad etməsi ilə bağlı xüsusatla razılaşmır və hesab edir ki, MPM-nin 39-cu maddəsinin tələbləri hazırki halda tətbiq oluna bilməz. MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, cavabdehin poçt ünvanı olaraq “ünvan 1 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 cavabdeh «xxx» Turan MTK-ya qarşı "maddi zərərin ödənilməsi tələbinə dair" iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ilə Sumqayıt Şəhər Məhkəməsi arasında yaranan fikir ayrılığına münasibət bildirilməsindən ötrü, mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar