Məhkəmə qərarları › İş №2(060)-417/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-417/2020

22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-417/2020 22.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı Cavabdeh adına torpağa mülkiyyət hüququnun verilməsinə dair xx.xx.2002-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun qardaşıdır. 1965-ci ildən Sumqayıt şəhəri, Novxanı bağ massivində 25 sotdan çox torpaq sahəsi ona məxsus olmuş, həmin torpaq sahəsi bir hasarın içində cəmlənmişdir. 1990-cı illərdə bir nəfərə yalnız 0.12 ha torpaq sahəsi verilirdi. Ona görə də o, torpağın yarısını yəni, 0,12 ha torpaq sahəsini qardaşı Cavabdeh adına sənədləşdirmişdir. Torpağa mülkiyyət hüququnun verilməsinə dair (JN-092H, kod 30800118) xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən, Sumqayıt şəhər İH-nin BT məsələləri üzrə komissiyasının xx.xx.1988-ci il tarixli 26 saylı qərarı və xx.xx.1989-cu il tarixli 7243 saylı icarə müqaviləsi ilə Novxanı baş massivi ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan P-1811 saylı bağ sahəsi qardaşı Cavabdeh adına rəsmiləşdirilmişdir. Lakin, qardaşı bir gün də olsun həmin torpaq sahəsindən istifadə etməmişdir. Torpağa mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamə aldıqdan sonra qardaşı Azərbaycan Respublikasını tərk etmiş, bir daha Azərbaycan Respublikasına qayıtmamışdır. Hal-hazırda onun harada olub-olmaması barədə nəinki onun, hətta ailə üzvlərinin də məlumatı yoxdur. O, ömür boyu evlənməmiş, özü üçün yaşamış, artıq 18 ildən çoxdur ki, ondan heç bir məlumat yoxdur. AR Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi,1810 A ərazisində yerləşən ümumi 0.1305 ha bağ sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Artıq xeyli müddətdir ki, həmin bağ sahəsi onun sahibliyi və istifadəsindədir. Həmin ərazidə, yuxarıda qeyd etdiyi kimi abadlıq işləri aparmış, ağaclar əkmiş, tikinti-qurğu işləri aparmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştrak edən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Sumqayıt şəhər İH-nin BT məsələləri üzrə komissiyasının xx xxxxxxx 1988-ci il tarixli 28 saylı qərarı 2 saylı X4 arxivində mövcud deyil. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən P- 1811 nömrəli 0.12 ha bağ torpaq sahəsinə dair xx xxxxx 1989-cu il tarixli 7243 nömrəli icarə müqaviləsinin arxiv qovluğu Sumqayıt Bələdiyyəsindən təhvil verilmişdir (İcarə müqaviləsi-1, akt-1, arayış-2, Cavabdeh notarial təsdiq olunmuş ərizəsi-1 vərəq). Qeyd olunan icarə müqaviləsinə əsasən Cavabdeh adına Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən P-1811 nömrəli 0.12 ha bağ torpaq sahəsinə xx xxx 2002-ci il tarixdə JN 092H (30800118) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" 102 qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən nümayəndə iddia ərizəsi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, həm iddiaçı, həm də cavabdeh onun qardaşıdır. Hazırda mübahisəli torpaq sahəsi əslində İddiaçı məxsusdur. Sadəcə olaraq 1990-cı illərdə bir nəfərə yalnız 0.12 ha torpaq sahəsi verildiyindən Eldar həmin torpaq sahəsini digər qardaşı Eminin adına sənədləşdirmişdir. Eldar o vaxt hətta onun adına da torpaq sahəsi almışdır. Ona görə də o, torpağın yarısını yəni, 0,12 ha torpaq sahəsini qardaşı Cavabdeh adına sənədləşdirmişdir. Torpaq sahəsi alındığı vaxtdan İddiaçı istifadəsində və sahibliyində olmuşdur. Hal-hazırda həmin torpaq sahəsi Eldarın istifadəsindədir. Cavabdeh Emindən isə uzun müddətdir ki, heç bir xəbərləri yoxdur. O Rusiyaya getmiş və bir daha geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********96 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh mülkiyyətinə verilmiş Novxanı bağ massivi ünvanında yerləşən P-1811 nömrəli 0.12 ha bağ torpaq sahəsinə dair Sumqayıt şəhər İH-nin BT məsələləri üzrə komissiyasının xx xxxxxxx 1988-ci il tarixli 28 saylı qərarının və xx xxxxx 1989-cu il tarixli 7243 saylı icarə müqaviləsinin göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 2(060)-417/2020 nömrəli məktuba Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 baxılmışdır. Məktubla əlaqədar olaraq bildirilmişdir ki, Sumqayıt şəhər İH-nin BT məsələləri üzrə komissiyasının xx xxxxxxx 1988-ci il tarixli 28 saylı qərarı 2 saylı X4 arxivində mövcud deyil. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən P- 1811 nömrəli 0.12 ha bağ torpaq sahəsinə dair xx xxxxx 1989-cu il tarixli 7243 nömrəli icarə müqaviləsinin arxiv qovluğu Sumqayıt Bələdiyyəsindən təhvil verilmişdir (İcarə müqaviləsi-1, akt-1, arayış-2, Cavabdeh notarial təsdiq olunmuş ərizəsi-1 vərəq). Qeyd olunan icarə müqaviləsinə əsasən Cavabdeh adına Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən P-1811 nömrəli 0.12 ha bağ torpaq sahəsinə xx xxx 2002-ci il tarixdə JN 092H (30800118) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" 102 qeydiyyat nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 347 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı “şəhadətnamənin etibarsız hesab edilməsi və torpağa mülkiyyət hüququnun verilməsi tələbinə dair” mülki işlə bağlı sorğuya cavab olaraq bildirilmişdir ki, Sumqayıt şəhəri ’’Novxanı” bağları massivində yerləşən və Cavabdeh icarəsinə verilmiş sahəsi 0,12 ha olan B-1811 saylı bağ torpaq sahələrinin arxiv sənədləri saxlanılması üçün Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 təhvil verilmişdir. Bu səbəbdən sorğuda tələb olunan sənədlər Sumqayıt Bələdiyyəsində saxlanılmadığından və adı çəkilən bağ sahəsinin arxiv sənədləri ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 təhvil verildiyindən, həmin sənədlərin tərəflərindən məhkəməyə təqdim olunması mümkün deyildir. İşdə olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2002-ci il tarixli Torpağa mülkiyyət hüququna dair JN-092H, KOD 30800118 saylı şəhadətnamədən görünür ki, sahəsi 0,12 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, P-1811A saylı bağ sahəsi Sumqayıt şəhər İH-nin BT məsələləri üzrə komissiyasının xx.xx.1988-ci il tarixli 26 saylı qərarı və xx.xx.1989-cu il tarixli 7243 saylı icarə müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sahəsi 0,12 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, P-1811A saylı bağ sahəsi Cavabdeh adına qeydə alınsa da, 30 ildən çoxdur ki, İddiaçı istifadəsində və sahibliyindədir. İşin bu halı tərəflərin izahatları, şahid ifadəsi, o cümlədən iş materiallarında olan digər sübutlarla təsdiq olunur. Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (340.1). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla. tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, əldə etmə müddəti özgə əmlakından faktiki olaraq hüquqi əsas olmadan istifadə edilməsi hallarında tətbiq edilir. Bununla belə, daşınmaz əmlaka hüquqi əsaslarla (uzun müddətli icarə müqaviləsi və s.) faktiki sahiblik edən şəxs barəsində əldə etmə müddəti tətbiq oluna bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün zəruri tələblərdən biri Mülki Məcəllənin 179.1-ci maddəsində nəzərdə tutulan on illik əldə etmə müddətinin başa çatmasıdır. Bu maddəyə müvafiq olaraq daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətinin tətbiq edilməsi üçün əsas şərtlərdən biri də daşınmaz əmlaka vicdanla sahiblik etməkdir. Bu hal faktiki sahiblik edən şəxsin qəsdən əmlakın mülkiyyətçisinin iradəsinə zidd olaraq mülkiyyətə yiyələnməsini istisna etməklə əmlakın qanunsuz olaraq mənimsənilməsinə qarşı yönəlmişdir. Digər tərəfdən sahibliyin açıq həyata keçirilməsi onun daşınmaz əmlaka gizli deyil, açıq surətdə hər hansı bir şəxsdən asılı olmayaraq öz əmlakı kimi istifadə etməyi və belə əmlakla bağlı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Əldə etmə müddətinin fasiləsizliyi də yuxarıda göstərilən şərtlərdən biridir. Belə ki, səlahyyətli şəxs tərəfindən əmlakın qaytarılmasına dair iddianın verilməsi müd-dətin axımının dayanmasına səbəb olur və onun fasiləsizliyinə xələl gətirir. Beləliklə təhlil edilən şərtlər bir-biri ilə sıx bağlı olduğundan, onlardan hər han-sı birinin olmaması mülkiyyət hüququnun əldə edilməsini qeyri-mümkün edir. Əldə etmə müddəti ilə bağlı mülki hüquq münasibətlərinin bu qaydada tənzimlənməsi Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsaslanır. Belə ki, Konstitusiya (maddə 13) mülkiyyət növlərinin bərabər müdafiə olunmasına təminat verməklə yanaşı nəzərdə tutur ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın Preambulasına görə də mülkiyyət hüququnun tənzimlənməsinin təyinatı ilk növbədə ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. İqtisadi münasibətlərin mülki hüquqi tənzimlənməsi onun iştirakçılarının sub-yektiv mülki hüquqlar əldə etməsindən və vəzifələr daşımasından ibarətdir. Hüquqi dövlətə xas olan əsas xüsusiyyətlər dairəsinə həmçinin hüquq münasibətlərinin, o cüm-lədən mülki hüquq münasibətləri iştirakçılarının hüquqlarının və vəzifələrinin bərabərliyi və mütənasibliyinin təmin edilməsi də daxildir. Bu amillərin pozulması belə münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, onun iştirakçılarının qeyri-bərabərliyinə də səbəb olur. Məhkəmə hesab edir ki, sahəsi 0,12 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, P-1811A saylı bağ sahəsi Cavabdeh adına qeydə alınsa da, 30 ildən çoxdur ki, İddiaçı istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinin formal olaraq Cavabdeh adında qalması İddiaçı həmin daşınmaz əmlakla bağlı hüquqlarını pozur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh adına Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, sahəsi 0,12 ha olan P-1811A saylı bağ sahəsinə mülkiyyət hüququnun verilməsinə dair JN-092H, KOD 30800118 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnamə etibarsız hesab edilməli və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh adına Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, sahəsi 0,12 ha olan P-1811A saylı bağ sahəsinə mülkiyyət hüququnun verilməsinə dair JN-092H, KOD 30800118 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnamə etibarsız hesab edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən, sahəsi 0,12 ha olan P- 1811A saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar