Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4211/2020 03.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı 11 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 11 saylı Regional Ekologiya və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbiətə vurulmuş 49 (qırx doqquz) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 11 saylı Regional Ekologiya və X5 iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu ünvanında yerin üst münbit qatı qazılaraq 15 m3 həcmində süxurun (qarışıq) qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 49 (qırx doqquz) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1998-ci il tarixli 239 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında” qərarda qeyd olunan ödəmə normativlərinə əsasən faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən maddi ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Dəymiş ziyan məbləği təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə uyğun olaraq X4 üzrə Dövlət Fondunun müvafiq bank hesabına ödənilməli və ödənişi təsdiq edən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X2 təqdim edilməlidir. Beləliklə, xx.xx.2019-cu il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 49 (qırx doqquz) manat məbləğində ziyanın X4 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə baş vermiş hadisəyə görə 1500 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda da həmin məbləğ onun pensiyasından tutulur. Lakin o inzibati tənbeh vermə haqqında qərardan şikayət verəcəkdir. Hazırda ondan tələb olunan pulun tələb olunma səbəbini bilmir. Ona görə də Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 11 saylı Regional Ekologiya və X1 nümayəndəsi və iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Zığ-Hövsan yolunda qanunla müəyyən olunmuş ərazidə qeyri-qanuni olaraq qazıntı işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İnzibati tənbeh vermə haqqında MN ******* saylı xx xxxxxx 2019-cu il tarixli qərarla Cavabdeh xx.xx.2019-cu il tarixdə Zığ-Hövsan yolunda qanunla müəyyən olunmuş ərazidə qeyri-qanuni olaraq qazıntı işləri apardığına görə Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarla təbiətə dəymiş ziyanın məbləği 49 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X1 xx.xx.2019-cu il tarixli, 06/1625 nömrəli məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 53599 saylı akta əsasən ziyanın hesablanması barədə cədvəlin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 1998-ci il tarixli 239 saylı qərarına əsasən 15 m3 həcmində olan süxurun (qarışıq) qanunsuz işlədilməsi nəticəsində təbiətə dəymiş ziyan 49,50 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məmmədov Vaqıt ismixan ogiu xx xxxxxx 2019-cu il tarixdə Suraxanı rayonu, Hovsan qəsəbəsi, Zığ-Hövsan yolu ünvanında yerin üst münbit qatını qazaraq 15 m3 həcmində süxurun (qarışıq) qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 49 (qırx doqquz) manat məbləğində ziyan vurmuşdur. V.X3 Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli "İnzibati xəta haqqında Protokol" tərtib edilmiş və MN ******* saylı xx xxxxxx 2019-cu il tarixli qərarla törətdiyi inzibati xətaya görə 1500 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 28 dekabr tarixli 239 nömrəli Qərarının hazırki iş üzrə inzibati xətanın törədildiyi vaxt qüvvədə olan normalarına görə yerin üst münbit qatı qazılaraq 1 m3 həcmində süxurun (qarışıq) qanunsuz istifadə edilməsi nəticəsində təbiətə dəymiş ziyan 3,30 manat məbləğində müəyyən edilmişdir. “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” AR Prezidentinin xx.xx.2018-ci il tarixli 205 saylı Fərmanında qeyd edilmişdir ki, İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun genişləndirilməsi, infrastrukturların yenidən qurulması, qanunvericilik bazasının möhkəmləndirilməsi, həyata keçirilən digər irimiqyaslı tədbirlər və islahatlar ölkənin dayanıqlı, dinamik inkişafına, quruculuq işlərinin geniş vüsət almasına zəmin yaratmışdır. Milli iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsi, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əsas hədəf və prioritetlər kimi nəzərdə tutulmuşdur. Bununla belə, təcrübə göstərir ki, faydalı qazıntıların yerləşdiyi ərazilər istifadə üçün ayrılarkən bəzən mühafizə və təhlükəsizlik qaydalarına əməl edilmir, torpaqların dövlət əhəmiyyətli magistral neft-qaz və su kəmərlərinin, avtomobil və dəmir yolu körpülərinin yaxınlığında yerləşməsi nəzərə alınmır, müvafiq qurumlarla razılaşmalar aparılmır, rəylər, kommunikasiya xətləri barədə məlumatlar alınmır, coğrafi koordinatlar dəqiqləşdirilmir. Yerin təkindən səmərəli istifadə edilməməsi, sənaye və tikintidə işlədilən xammal ehtiyatlarının hasilatı prosesində qanunvericiliyin tələblərinin pozulması arzuolunmaz hadisələrin baş verməsinə səbəb olur. “Yerin təki haqqında” Qanunun müddəlarına görə bu Qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar: yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa; yerin təkindən özbaşına istifadə edilərsə; yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və X4 üzrə standartların (normaların, qaydaların) tələbləri pozularsa; yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə; geoloji və digər məlumatlara mülkiyyət hüququ və bu məlumatların məxfiliyi pozularsa; faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa və s. (maddə 46) Yerin təkindən istifadə ilə əlaqədar mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları və məhkəmələr tərəfindən həll edilir (maddə 47). Yer təkinin təbii xassələrini pozmaqda təqsiri olan, yaxud yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan müəssisələrin, təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların fəaliyyəti nəticəsində yer təki istifadəsinə vurulmuş ziyan onların vəsaiti hesabına ödənilir (maddə 48). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 üzrə Dövlət Fondu haqqında Əsasnamə”yə əsasən Fondun yaradılmasında əsas məqsəd X4ndə təxirəsalınmaz tədbirlərin görülməsi, ona vurulan zərərin aradan qaldırılması və kompensasiya verilməsi, ekoloji cəhətdən səmərəli yeni layihə və texnologiyaların işlənilməsi, tətbiqi, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təbiəti mühafizənin iqtisadi stimullaşdırılma məsələlərinin həllini təmin etməkdən, habelə yaşıllıqları mühafizə tədbirlərinin və X4 sahəsində digər tədbirlərin maliyyələşdirilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh tərəfindən yerin təkindən istifadə qaydalarının pozulması nəticəsində 15 m3 həcmində süxurun (qarışıq) qanunsuz istifadə edilməsi nəticəsində təbiətə 49 manat məbləğində ziyan dəydiyi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından iddia təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbiətə vurulmuş 49 (qırx doqquz) manat məbləğində ziyan tutularaq X4 üzrə Dövlət Fonduna (Dövlət Xəzinədarlığı Agentliyi, VÖEN **********, HESAB AZ67CTRE********************, KOD 210005, VÖEN **********, MÜXBİR HESAB AZ41NABZ 013601**********3944, BİK CTREAZ 22, Büdcə təsnifatının kodu 142582, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4211/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4211/2020
03.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver