Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4229/2020 20.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş Cavabdeh 970 (doqquz yüz yetmiş) manat məbləğində pulun və 30 manat rüsum haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, uzun müddətdir hərbçi kimi tanıdığı, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş Cavabdeh xx.xx.2010-cu il tarixdə onun yanına gələrək, pula kəskin ehtiyacı olduğunu bildirmiş və ondan 970 (doqquz yüz yetmiş) manat borc pul almışdır. Aldığı borcu 6 (altı) ay müddətinə qaytaracağına söz vermişdir. Bir-birlərinə qarşı etibar edilməsinə baxmayaraq, cavabdeh borc pul alan zaman özünün hərbi biletini aldığı pulun əvəzinə ona girov qoymuşdur. Lakin, söz verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq, verdiyi sözə əməl etməmiş, bugünə kimi bir manat da olsun pul qaytarmamışdır. Hətta Qadirin atası ilə də görüşüb pulunu tələb etmiş, atası da oğlunun borcunu qaytaracağına söz vermişdir. Lakin atası da verdiyi sözə əməl etmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, iddiaçı rayonun sakini kimi tanıyır. O rayonda mağaza işlədir. Cavabdehi bir hərbi qulluqçu kimi həmin mağazaya gəlib-getməsi ilə əlaqədar tanımışdır. İddiaçı cavabdehə 670 və 300 manat olmaqda iki dəfə borc pul vermişdir. Hər iki halda o tərəflərin yanında olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 2376 nömrəli arayışdan görünür ki, Əzizov X1 rayon Sarvanlar kəndində qeydiyyatdadır. İşdə olan AD ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehə məxsus hərbi biletin iddiaçıda olması cavabdehin borc öhdəliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim etmədiyindən onun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4229/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4229/2020
20.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver