Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4233/2020 30.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Məmmədov İman Gülağa oğlunun Cavabdeh1 nümayəndəsi və vəkili Qulamov Ağazahid Şirzahid oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində pulun, Cavabdeh2 məxsus olan “Nissan Sunny" markalı, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə sərf etdiyi 1500 manat məbləğində pulun, cəmi 9500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8000 manat məbləğində pulun, 1500 manat çəkilmiş xərc olmaqla, ümumilikdə 9500 manat və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 müştərək qaydada 4000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 13.500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 8000 manat ödəyərək etibarnaməvermə yolu ilə ondan Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobilini almışdır. Əslində bu alqı-satqı müqaviləsi olub, sadəcə etibarnamə vermə yolu ilə həyata keçirilmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 8 saylı Notariat kontoru etibarnaməni versə də, ancaq faktiki olaraq o, pulunu ödəyib həmin avtomaşını almışdır. Etibarnamə ilə həmin avtomaşınla bağlı sərəncamvermə və istifadə hüquqları ona verilmişdir. O, avtomaşını inanaraq vicdanlı yolla almış və təmirinə 1500 manatdan artıq pul xərcləmişdir. Belə ki, köhnəlmiş təkərlərinin dördünü də dəyişmiş, 4 təkərə 500 manat pul vermişdir. Avtomaşını hərəkətə gətirən avtomobil hissələrini dəyişmiş və yeniləmişdir. Buna görə 1000 manata qədər pul xərcləmişdir. Avtomobili alandan 2 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə onu idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və avtomaşın cərimə meydançasına yerləşdirmişlər. Məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən ona satılmış avtomaşın faktiki olaraq digər Cavabdeh2 mülkiyyətidir. xx.xx.2019-cu il tarixdə 6 saylı Notariat kontoru vasitəsi ilə etibarnamə ilə bir il müddətinə Cavabdeh1 sərəncamına verilmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontoruna müraciət edərək Cavabdeh1 verdiyi xx.xx.2019-cu il tarixdə tərtib olunmuş həmin etibarnamənin ləğvini xahiş etmiş, onun xahişi təmin olunmuşdur. Bundan sonra Cavabdeh2 polisə müraciət edərək avtomaşının saxlanılaraq ona təhvil verilməsini tələb etmişdir. Sonucda vicdanlı yolla və dəyərini ödəyərək aldığı avtomaşın əlindən alınaraq cərimə meydançasına təhvil verilmişdir. Nəticədə avomaşına ödədiyi 8000 manat pul və təmirinə xərclədiyi 1500 manat, cəmi 9500 manat ziyan çəkmişdir. Hesab edir ki, Cavabdeh1 və digər Cavabdeh2 tamah zəminində əlaqəyə girərək onu aldatmış, avtomaşını 8000 manata ona etibarnaməvermə yolu ilə satmış, sonra isə Könülün Rəşada verdiyi etibarnaməni ləğv etməklə avtomaşını polisin əli ilə ondan geri almışlar. Bu ehtimalı Cavabdeh2 həmin avtomaşının Cavabdeh1 verdiyi etibarnamənin tarixi xx.xx.2019 - xx.xx.2020-ci il tarix, yəni bir il bitməmiş etibarnaməni ləğv etməsi faktı da təsdiq edir. Belə ki, həmin etibarnamə verildikdən heç 3 ay ötməmiş Cavabdeh2 tərəfindən ləğv edilmişdir. Avtomaşını bir il müddətinə etibarnamə ilə alsa da, həmin il ərzində alqı-satqı edəcəklərini də Cavabdeh1la şərtləşdirmişdir. Hazırda avtomaşın Cavabdeh2 mülkiyyətində olsa da, ancaq faktiki olaraq həmin avtomaşın 8000 manat pula digər cavadeh Rəşad tərəfindən ona satılmışdır. Hesab edir ki, həmin avtomaşın Cavabdeh2 mülkiyyətindən çıxarılıb ona verilməlidir bir vicdanlı alıcı kimi, bu mümkün olmasa cavabdehlərdən həmin avtomaşına ödədiyi 8000 manat məbləğində pul və həmin avtomaşının təmirinə xərclədiyi 1500 manat alınıb ona verilməlidir. Hazırda etibarnamə ilə avtomaşın onun sərəncamında olduğu üçün xx.xx.2020-ci il tarixdə Cavabdeh2 100 manat cərimə olunsa da, ödənilmə göstərişi onun telefonuna göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddiaçının göstərdiklərini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Cavabdeh1 Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobilini öz istifadəsi üçün almışdır və bir müddət sonra isə etibarnamə əsasında iddiaçıya 8000 manata satmışdır. Cavabdeh1 iddaçıdan avtomaşının satışına görə 8000 manat aldığını etiraf edir və bu hissədə iddianı qəbul edir. Lakin digər hissədə tələblə razılaşmır. Belə ki, Cavabdeh1 özü də aldadılmışdır, ölkədə etibarnamə əsasında avtomaşının alınıb satılması adət halını aldığından Rəşad da Cavabdeh2 inanaraq həmin avtomaşını satın almışdır. O, etibarnamənin ləğv ediləcəyəni düşünməmiş, iddiaçıya qarzı heç bir qərəzli hərəkət etməmişdir. Eləcə də avtomaşın hazırda Cavabdeh2 istifadəsindədir. Odur ki, avtomaşına çəkilmiş xərclərin əvəzinin ödənilməsinə cavab verməli şəxs Cavabdeh2 olmalıdır. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında dindirilən Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, 2019-cu ilin dekabr ayında Badamdar avtomaşın bazarında təsadüfən tanıdığı iki nəfər şəxsdən Cavabdeh2 məxsus olan 2001-ci il buraxılışlı “Nissan Sunny" markalı, ** KA *** qeydiyyat nişanlı minik avtomobili 6300 manata satın almışdır. Cavabdeh2 şəxsən gələrək ona avtomaşına dair etibarnamə vermişdir. Bir müddət avtomaşını idarə etdikdən sonra yanacaq çox sərf etdiyi üçün satmaq qərarına gəlmiş və avtomaşını etibarnamə vermək yolu ilə təsadüfən tanıdığı İddiaçı 8000 manata satmış, 2-3 ay sonra Sərvan onunla əlaqə saxlayaraq avtomaşına dair verilmiş etibarnamənin ləğv edildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş ƏN-Vİİ seriyalı, 129903 saylı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, Cavabdeh2 (mülkiyyətçi) ona məxsus “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini Cavabdeh1 Cəmaləddin oğluna (etibar edilən) etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilərək, xx.xx.2020-ci il tarixədək etibarlıdır. ƏN-Vİİ seriyalı, 127537 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, Poladov X1 Könül Sovet qızının adından hərəkət edərək ikinciyə məxsus “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlərlə bağlı səlahiyyətlərini İddiaçı (etibar edilən) etibar etmişdir. Etibarnamə 11 ay, 10 gün müddətinə verilərək, xx.xx.2020-ci il tarixədək etibarlıdır. Bakı şəhəri, 6 saylı Notariat ofisində 8İ-2400 saylı reyest nömrəsi ilə təsdiq olunmuş Cavabdeh2 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, ərizəçi Cavabdeh2 müraciət edərək xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı avtomaşın almaq məqsədi ilə Cavabdeh1 8000 manat ödəmişdir. Lakin tərəflər arasında avtomaşının alqı-satqısına dair müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmadığına görə öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, Cavabdeh1 iddiaçıya məxsus 8000 manat məbləğində pulu əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Araşdırma zamanı cavabdeh tərəfindən verilmiş izahatdan da müəyyən edildi ki, avtomaşının satışı ilə bağlı iddiaçıdan 8000 manat almışdır və həmin məbləğdə pulu iddiaçıya qaytarmaqdan imtina etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 8000 manat Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə məhkəmədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Belə ki, iddiaçı çəkilmiş xərcin əvəzi olaraq 1500 manat və 4000 manat əldən çıxmış faydanın ödənilməsi hissədə tələbini əsaslandığı hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki iş materiallarından görünür ki, iddiaçı məcburi köçkün olmaqla qanunla nəzərdə tutulmuş imtiyazlara malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəyə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunu 8.1.2-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda haqqında məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 17,70 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 8.000 (səkkiz min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 (on yeddi manat yetmiş qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4233/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4233/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver