Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4233/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «tələblərin ləğv edilməsinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 3904/37 №-li və xx.xx.2023-cü il tarixli 4872/37 №-li tələblərinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdehndə icraata alınmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixində kredit alan M.Tağıyev və zamin İddiaçı tərəfindən könüllü icra olunub. Belə, ki kredit sazişi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borc kimi 693,49 manat xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə kredit alan tərəfindən ödənilib. Ekspertiza xərclərinə dair tələb olunan 25 manat isə xx.xx.2022-ci il tarixində zamin tərəfindən ödənilib. Lakin, İcra haqqında Azərbaycan Respublikasının Qanunun 8.2 maddəsində nəzərdə tutulmuş bildiriş verilmədən və heç bir qanuni əsas olmadan xx.xx.2023-cü və xx.xx.2023-cü tarixlərdə onun iş yerinə daxil olmuş 3904/37 №-li xx.xx.2023-cü il tarixli və 4872/37 №-li xx.xx.2023-cü il tarixli məktublarla cavabdeh tərəfindən onun əmək haqqından ümumilikdə 448,29 manatın tutulması tələb olunmuşdur. Bununla bildirir ki, Cavabdeh 3904/37 №-li xx.xx.2023-cü il tarixli və 4872/37 №-li xx.xx.2023-cü il tarixli məktublarda qeyd olunan tələblər qanunsuzdur. Qeyd olunanla əlaqədar, onun xx.xx.2023-cü il tarixli ərizəsinə cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq əsas borc kimi 806,56 manat, dövlət rüsumunun əvəzi kiki 32 manat cavabdehdən (zamindən) iddiaçının xeyrinə tutulması, qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməyərək, cavabdeh Camaləddin Aslanovun apellyasiya şikayəti qismən təmin olunaraq, hazırki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsas borcun məbləğinə aid hissədə dəyişdirilərək, xx.xx.2015-ci il tarixli, RV/94747/54/15 nömrəli kredit sazişi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borc kimi 693,49 (altı yüz doxsan üç) manat 49 (qırx doqquz) qəpik zamin X1 "xxxx" ASC-nin xeyrinə tutulması və mühasibat ekspertizasının xərci olan 50 manatın 25 (iyirmi beş) manatı X1, 25 (iyirmi beş) manatı isə "xxxx" ASC-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulması qət edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, borclu şəxs qanunda nəzərdə tutulmuş qaydada könüllü müddət ərzində icranı təmin etmədiyi üçün tələb olunan 693,49 manat məbləğin 7% həcmində icra ödənişi yəni 48.54 manat Cavabdeh xüsusi fondunun hesabına köçürülməlidir. İcra sənədi icra olunduqdan sonra tutulmalar haqqında qeydiyyat aparılmalı və idarənin möhürü ilə təssis edildikdən sonra Cavabdehnə qaytarılmalıdır. İş materiallarında olan “İcra ödənişinin alınması haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı 48,54 manat məbləğində icra ödənişinin tutulması qərara alınmışdır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli, RV/94747/54/15 saylı müqaviləyə əsasən X4 və İddiaçı “Bank of Baku ASC-yə borcu yoxdur. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iddiaçının ləğvini tələb etdiyi və iş materiallarına əlavə etdiyi sənədlər heç bir hüquqi əsası olmadığı üçün onun ləğvi də mümkünsüzdür. Eyni zamanda icra məmuru tərəfindən icra sənədinin icrası ilə əlaqədar qanunauyğun tədbirlər görülmüşdür. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3323/2022 saylı, xx.xx.2022-ci il tarixli icra edilməsi barədə İcra məmuruna rəsmi qaydada heç bir məlumat verməmişdir və icra məmuru haqlı olaraq sənədin icrası ilə müvafiq tədbirlər görmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəliləri keçirmiş şəxslər ödənilməli olan dövlət rüsumundan azaddırlar. İş materiallarından görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı «tələblərin ləğv edilməsinə dair» iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4233/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4233/2023
31.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver