Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4253/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 nümayəndəsi X24, Cavabdeh X13, Üçüncü şəxs X7 iştirakı ilə İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X12 cavabdehlər X20, X14, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X29 iddia ərizəsi ilə məhkəməyə müaciət edərək, X8, X13, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-yə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X29 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 153 nömrəli sərəncamı ilə Mənzil Kommunal X12 balansına verilmişdir. Yataqxana Mənzil Kommunal X19 22 saylı Mənzil Kommunal Sahəsinin xidmət etdiyi ərazisində yerləşir. Sözügedən yataqxana binası X22 müdiriyyəti tərəfindən 1992-ci ildən X14 verilmişdir. 1993-cü ildə isə Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-də Zəngilan rayonundan məcburi köçkün X25 ailə üzvləri ilə birlikdə həmin otaqda məskunlaşmış və hal-hazırda da oğlu ilə birlikdə orada yaşayır. X7 dediyinə görə o, otağı 1993-cü ildə X4 pulla almışdır. Eyni zamanda İsgəndərova Dilbər bildirmişdir ki, X26 otağı ona satdıqdan sonra, yaşamaq üçün ailə üzvləri iiə birlikdə Rusiyaya getmişdir. Həmin vaxtdan bu günə qədər X8 harada yaşaması barədə onun heç bir məlumatı yoxdur. İş materiallarından göründüyü kimi Cavabdeh1 faktiki olaraq həmin mənzilə istifadə hüququnu çoxdan itirmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X30, X26 və Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X5ra qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt şəhərinə müraciət edərək, X8, X13, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-yə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X29 iddia ərizəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010cu il tarixli 153 nömrəli sərəncamı ilə Mənzil Kommunul X12 balansına verilmişdir. Yataqxana Mənzil Kommunal X19 22 saylı Mənzil Kommunal Sahəsinin xidmət etdiyi ərazisində yerləşir. Sözügedən yataqxana binası X23 müdiriyyəti tərəfindən 1992-ci ildən X14 verilmişdir. 1993cü ildə isə Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-də Zəngilan rayonundan məcburi köçkün X25 ailə üzvləri ilə birlikdə həmin otaqda məskunlaşmış və halhazırda da oğlu ilə birlikdə arada yaşayır. X7 dediyinə görə o, otağı 1993-cü ildə X4 pulla almışdır. Eyni zamanda İsgəndərova Dilbər bildirmişdir ki, X26 otağı ona satdıqdan sonra, yaşamaq üçün ailə üzvləri ilə birlikdə Rusiyaya getmişdir. Həmin vaxtdan bu günə qədər X8 harada yaşaması barədə onun heç bir məlumatı yoxdur. İş materiallarından göründüyü kimi, Q.Əhmədəİiyev faktiki olaraq həmin mənzilə istifadə hüququnu çoxdan itirmişdir. Onlar bu iddia tələbi ilə razı deyillər. Belə ki, M.Əzizbəyov adına “Kimyasənaye” İB-nin müdiriyyəti, HİK və MMK-nın xx.xx.1991-ci il tarixli 15 saylı protokolundan çıxarışa əsasən 5 saylı yataqxanada boşalmış 17 saylı otağın orderi X8 adına verilmişdir. 20 saylı MKS-nin verdiyi 501 saylı arayışına əsasən xx.xx.2022-ci il tarixindən də görünür ki, onlar ailəliklə 48-ci məhəllə ev 1, mənzil 91-də yaşayırlar. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi arayışlardan da aydın görünür ki, onlar Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-də qeydiyyatdadırlar. 1993-cü ildən 1997-ci illərə qədər o, orada yaşasa da, artıq gündəlik dava-dalaşdan bezmiş və övladının ağır xəstəliyi ilə əlaqədar xəstəxanada müalicə alası olmuşdur. Yataqxanaya qayıdan zaman bir kişi ilə İsgəndərova Dilbəri görmüşdür. Bildirmişdir ki, ərə getmişdir, o, artıq onların yanında qala bilməz, bu evdən çıxsın. Dəfələrlə Sumqayıt İcra Hakimiyyətinin Başçıları Şakir Abışovun, Təvəkkül Məmmədovun, Vaqıf Əliyevin qəbulunda olmuşdur. Onlar da onu Gülsara Əhmədovaya tapşırmışdır ki, şəhid bacısı olaraq ona köməklik göstərsinlər. Gülsara ona bildirmişdir ki, bir az gözləsin, onsuz da qaçqınlara ev verilir, Dilbəri çıxarıb onu öz otağında yerləşdirəcək. O da razılıq vermişdir, hər il Gülsara xanımın yanında olmuşdur, demişdir ki, gözlə. Hətta Mənzil Təsərrüfati X32 xanımın yanında olmuş, onun üzərinə qışqırıb təhqir etmişdir ki, get qaçqınkom ev versin sən də öz evinə köç. Hazırda eşitdiyinə görə, X25 H.Z.Tağıyev qəsəbəsində fərdi yaşavış evi tikib orada yaşayır. Sadəcə olaraq oranı satmaq istəyir, ona görə də onu şərləyir ki, guya onlar yataqxananı ona satmışdır. Eşitdiyinə görə, o yataqxananı satmaq istəyir. Buna görə də o Mənzil Təsərrüfatı İdarəsinə müraciət edib. Bütün yuxarıda göstərilənlərə əsasən xahiş edir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X9 qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X12 nümayəndəsi X34 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, X25 mübahisəli mənzili pul müqabilində ev sahibindən aldığını bildirmişdir. Belə ki, D.İsgəndərova yataqxananı öz adına keçirmək üçün İdarəyə müraciət etmişdir. Onlar məsələni araşdırmış və mübahisəli mənzilin D.İsgəndərovaya heç bir aidiyyatı olmadığını öyrənmişdir. Əgər tərəflər arasında alqı-satqı olmadığını bilsəydilər ümumiyyətlə belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdilər. Dilbərin dediyinə görə cavabdehlər 1993-cü ildən mübahisəli mənzildə yaşamırlar və cavabdehlər Rusiyada olublar. Dilbər öz oğlu ilə mübahisəli mənzildə yaşamışdır. Orderin əsli Dilbərdədir. Dilbərdən orderin əslini almaq istədikdə o, orderi verməkdən imtina etmiş, evi pulla aldığını və orderi verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X30 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2010-cu ildən İcra Hakimiyyəti məhkəməyə müraciət etdiyi zamana qədər bu hadisələr baş verib. İlk növbədə qeyd edir ki, mübahisəli ev 1991-ci ildə yoldaşına ayrılıb. Orderin əsli ondadır. İddiaçının nümayəndəsi 1993-cü ildə orada yaşamadıqlarını vurğulamışdır, amma bu fikir çox əsassızdır. Onun övladı həmin evdə dünyaya gəlmişdir. Eyni zamanda ikinci övladı da 1993-cü ildə orada anadan olmuşdur. 1997-ci ilə qədər övladı həmin ərazi üzrə poliklinikada peyvənd olunmuşdur. Övladının xəstəliyi ilə əlaqədar yataqxanada çox olmamışdır. Dilbər onun xəstəxanada olmağından istifadə edərək onun evinə girmişdir. Daha sonra o, məcburi köçkün olduğu üçün ona həmin mənzildə yaşamağa davam etməyə şərait yaratmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, evini Dilbərə satmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 iddia tələbinə dair izahat verərək bildirdi ki, 1993-cü ildən məcburi köçkün olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər ev almaq üçün işləyib pul yığmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə ev axtarmış, Sahibə ilə tanış olmuş və mübahisəli otağı 350 ABŞ dollarına ondan almışdır. O, Sahibənin razılığıa həmin otağı almış və yaşamağa başlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, otağın qapısını sındırıb içəri daxil olmamışdır. Onu da qeyd edir ki, oğlu o otaqda dünyaya gəlib, hazırda 25 yaşı var. 26-27 ildir ki, orada yaşayır. Qeyd edir ki, Prezidentin Fərmanına əsasən məcburi köçkünlər evlə təmin olunana qədər müvəqqəti olduqları yerdə yaşaya bilərlər. Bundan başqa o özünə dəymiş ziyanın da ödənilməsini istəyir. D.İsgəndərova qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X31 bildirdi ki, həm Dilbəri, həm də Sahibəni tanıyır. Əvvəllər həmin yataqxanada komendant Səmayə xanım ona inandığı üçün otağın açarını ona vermişdir. Bir gün Dilbər yoldaşı ilə cavan ailə kimi gəlmişdir. Həmin vaxt Sahibənin əri Rusiyada olmuşdur. Sahibə otağı Dilbərə satmışdır. Otağın pulunu Dilbər onun yanında verməsə də, otağın 350 ABŞ dollara satılması barədə razılığa gəlmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X52 bildirdi ki, həm Sahibəni, həm də Dilbəri tanıyır. Sahibə onun keçmiş qonşusu, Dilbər isə hazırkı qonşudur. Dilbər 1997-ci ildən mübahisəli otaqda yaşayır. Bildiyinə görə Dilbər Sahibə ilə öz aralarında olan razlaşma əsasında həmin otaqda yaşamışdır. Tərəflər arasında olan pul barədə razılaşmadan xəbəri yoxdur. İş üzrə cavabdehlər X26 və Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər X26 və Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İşdə olan 22 saylı Mənzil Kommunal sahəsinin məktubundan görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5 Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 153 nömrəli sərəncamı ilə Mənzil Kommunal X12 balansına verilmişdir. Yataqxana binası əvvəllər X22 nəzdində olmuşdur. Yataqxana təhvil verilən zaman otaq 17-də Qubadlı rayonundan məcburi köçkün 1993-cü ildə isə X25 ailə üzvləri ilə birlikdə həmin otaqda müvəqqəti olaraq məskunlaşmışdır. Lakin otaq X14 ayrılmışdır. O, 1992-ci ildən qeydiyyatdadır. Lakin 1993-cü ildən bu günə kimi həmin otaqda yaşamamışdır. İşdə olan 15 nömrəli, xx.xx.1991-ci il tarixli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17 X26 və onun ailə üzvlərinə ayrılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İsgəndərova Dilbər 1993-cü ildən Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-də Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışdır, həyat yoldaşı X37 2019cu ildə vəfat etmiş və hazırda oğlu ilə birlikdə otaq 17-də yaşayır. İşdə olan xx.xx.1991-ci il tarixli 15 saylı protokoldan çıxarışdan görünür ki, 5 saylı yataqxanada boşalmış 17 saylı otağın orderinin 51 saylı sexin çilingəri X8 adına verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Sumqayıt şəhəri 15-ci məhəllə, ev 42B, yataqxana 5, otaq 17-də X42, onun həyat yoldaşı X27, X16, X21 1997-ci ilə qədər həmin yataqxanaya gedib gəlmişlər, uzun müddət yaşamışlar. X3 oraya özbaşına köçüb yaşamasından sonra X35, onun həyat yoldaşı - X17, X6, X10 evə buraxmamışdır. Hal hazırda X25 yataqxanada yaşamır, H.Z.Tağıyev qəsəbəsində fərdi yaşayış evi tikərək orada yaşayırlar. İşdə olan qonşular X52, X43, X48, X44, X49 və X18 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, onlar həqiqətən Sumqayıt şəhər 15-ci məhəllə yataqxana 5-də X28 ilə qonşuluqda yaşayırlar. İsgəndərova Dilbər həyat yoldaşı Zeynalov Şirazi ilə 17 nömrəli otağa köçmüşdülər. 17 nömrəli otaqda Cavabdeh2 yaşayırdı. Onlara məlum olmayan səbəblərdən onun həyat yoldaşı onu buraxıb Rusiyaya getmişdir. Cavabdeh2 yaşadığı otağı pul müqabilində İsgəndərova satmışdır. Hal-hazırda da İsgəndərova Dilbər otaqda oğlu Zeynalov Fərid ilə yaşayır. Onların otağa köçməsinin şahididirlər. Orada heç bir qalmaqal olmamış razılıq əsasında qonşuların köməyi ilə onların əşyaları gələn maşınla Sahibənin otaqda olan az miqdarda əşyaları həmin maşına yüklənmişdir. 1997-ci ildən indiyə kimi İsgəndərova Dilbər həmin ünvanda yaşayır. Onların arasında heç bir mübahisənin şahidi olmamışdırlar. İndi Sahibənin qaldırdığı iddia tamamilə əsassızdır. O, otağı pul ilə satmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, 17 saylı otaq 1991-ci ildə X26 və onun ailə üzvlərinə ayrılmışdır. Hazırda iddiaçı mübahisəli mənzildə Cavabdeh1 və onun ailə üzvlərinin yaşamadığını və 1993-cü ildən məcburi köçkün X7 ailə üzvləri ilə birlikdə həmin otaqda məskunlaşdığını iddia edərək, X8, X13, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızının Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, otaq 17-yə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal X29 cavabdeh X8 və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh X2 otaqda uzun müddət yaşamamasının səbəbini orada məcburi köçkün X7 ailə üzvləri ilə məskunlaşması ilə əlaqələndirmişdir. Üçüncü şəxs X1 otağı X11 əvəzli qaydada aldığını bildirsə də, bu barədə məhkəməyə əsaslı şübhədən kənar mötəbər sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə hesab edir ki, X8, X13 və Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızının adına Sumqayıt şəhəri, 15-ci məhəllə, ev 42b, yataqxana 5, 17 saylı otağa dair verilmiş xx.xx.1991-ci il tarixli orderin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığından bu barədə iddia tələbinin təmin edilməsi son nəticədə sözügedən şəxslərin mənzil hüququnun pozulmasına səbəb ola bilər. Belə ki, Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 cavabdehlər X20, X14, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X12 cavabdehlər X20, X14, Əhmədalıyeva (Xəlilova) Turanə Qaməddin qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və orderin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4253/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4253/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver