Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4287/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt “ASAN Xidmət “ mərkəzində notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinanın qeyri-qanuni hesab edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt “ASAN Xidmət “ mərkəzində notariat ofisinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinasının qeyri-qanuni hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir (150.1.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Müəyyən olunmuşdur ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. MPM-in 152.1.6-cı maddəsində göstərilir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarına əlavə edilmiş cavabdehin iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunması barədə cavab məktubundan görünür ki, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 2018-ci il tarixində cavabdehə müraciət etmişdir. Göründüyü kimi həmin vaxtdan 5 il müddət ötmüşdür. İddia ərizəsinə iddiaçının yaxın dövrlərdə cavabdehə müraciət etməsi və imtina cavabı alması barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Yəni, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Sumqayıt “ASAN Xidmət“ mərkəzində notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsinə dair imtinanın qeyri-qanuni hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4287/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4287/2023
13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver