Məhkəmə qərarları › İş №2(060)-4308/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4308/2022

28.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4308/2022 28.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 və azyaşlı övladları xx.xx.2011-ci təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Bayramov Xəzər Taleh oğlunun ünvan 1-də yaşayış hüquqlarını itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 48.90 kv.m, olan 2 (iki) otaqlı olan yaşayış evi xx.xx.2007-ci il tarixli ********* saylı Dövlət reysterindən çıxarışa əsasən ona məxsusdur. Hazırda evdə cavabdehlər xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 və azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü Bayramov Xəzər Taleh oğlu qeydiyyatda qalmışdılar. O, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq onlar mənzildən qeydiyyatdan çıxmamışdılar. Uzun müddətdir ki, onlar bu mənzildə yaşamırlar və qeydiyyatdan çıxmamışdılar. Bu isə bir mülkiyyətçi kimi onun mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. Nəticədə onun mülkiyyət hüquqları pozulur. Cavabdehlər bu ünvandan daimi olaraq başqa məntəqəyə köçdüyü üçün onların mənzilə yaşayış hüquqları itirilmiş hesab edilməlidir. Bu hüquqların itirilmiş hesab edilməsi onun cavabdehlərə görə mənzil kommunal xidmətlərindən istifadə ilə bağlı əlavə xərcləri ödəməkdən azad olmaq və bu mənzildən bir mülkiyyətçi kimi maneəsiz istifadə etmək, onun üzərində müstəqil sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin eilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2007-ci il tarixdən bu mənzil mülkiyyətindəndir. Cavabdehlər oğlu və gəlinidir, onlar 2010-cu ildə ailə qurmuşlar, 2013-2014-cü ildə bu mənzilə qeydiyyata götürülmüşlər, 1-2 il burada yaşamış, daha sonra köçüb Rusiyya Federasiyasına getmişlər. Hazırda da cavabdehlər Rusiyada yaşayırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 5 saylı evin, 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ASAN-Şamaxı tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli, ******* saylı arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 və azyaşlı övladları xx.xx.2011-ci təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü Bayramov Xəzər Taleh oğlu Sumqayıt şəhər, 12-ci mikrorayon, 5 saylı evin, 8 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsin əsaəsn yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin hallarından göründüyü kimi cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 həmin mənzilə mülkiyyətçinin razılığı ilə (ərizəsi əsasında) formal qeydiyyata götürülmüş, həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma yoxdur, cavabdehlərin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Belə bir hüququn yaranmadığı halda həmin hüquqa xitam verilə bilməz. Məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərlmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, razılıq ərizəsi ilə mənzilə qeydiyyata alınmış cavabdehlərin həmin mənzildə qeydiyyatı mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Odur ki, iddiaçı cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə səlahiyyətli subyektin imtinası barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar