Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4364/2023 24.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxslər: Sumqayıt şəhəri üzrə İcra idarəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər 4 saylı Notariat Ofisi tərəfindən 29 oktyabr 2022-ci il tarixində verilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürə bilməyən 3-cü şəxslər qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01 oktyabr 2021-ci il tarixində "xxxx" MMClə İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilənin tələbinə əsasən "xxxx" MMC “Korporativ Abunəçi”yə mobil rabitə xidməti göstərir, “Korporativ Abunəçi” isə müqavilədə əks olunmuş tariflər arasından seçilmiş korporativ tarif (Share Bundle) əsasında xidmət haqqını vaxt-vaxtında ödənilməsini təmin edir. "xxxx" MMC iddiaçıya təqdim etdiyi tariff ( Share Bundle) 2022ci ilin yanvarın 5-də dayandırılmış və həmin müddətə qədər olan borcları tam şəkildə ödəmişlər. Bununla bağlı "xxxx" MMC-yə 1 mart 2022-ci il tarixində mail vasitəsiylə sorğu göndərmiş, sorğuda xx.xx.2022-ci il tarixinədək yekun borcu haqqında məlumat istəmiş və sorğuya cavab olaraq bildirilmişdir ki iddiaçının yekun borcu 2493 manat 19 qəpikdir. Göstərilən borcu Access Bank vasitəsiylə xx.xx.2022-ci il tarixində ödəmiş və ödəniş qəbzin iddia ərizəsinə əlavə etmişlər. "xxxx" MMC tərfindən göndərilmiş və yenidən 1275 manat borcun olduğunu və ödəniş aparılmasını bildirmişdir. Yenidən mail vasitəsiylə "xxxx" MMC-lə yazışma aparmış və borcun hansı səbəbə hesablandığı barədə məlumat istəmiş, iddiaçıya “Share Bundle” tarifinin 2022-ci ilin yanvar ayının 5 dək davam etdiyini və 5 gün əlavə istifadə etdiklərini bildirmişlər. 29 oktyabr 2022-ci il tarixində Cavabdeh xüsusi notariusu X1 tərəfindən icra qeydi verərək 1275 manat 38 qəpik pulun Bakcell MMC-nin xeyrinə tutulması müəyyən edilmişdir. "xxxx" MMC-nin ilk öncə 2022-ci ilin mart ayında aparılan rəsmi yazışmada 2022-ci ilin mart ayınadək olan qalıq borcu haqqında məlumat istəmiş və onlar tərəfindən iddiaçıya noyabr və dekabr fakturası təqdim olunmuş və yekun borclarının 2493 manat 19 qəpik olduğunu bildirməyinə baxmayaraq, yenidən yanvar ayına borc hesablamaları abonentin hüquqlarını pozaraq dolandırmaq məqsədi daşıyır. Məhkəmə tərəfindən "xxxx" MMC-dən 2022-ci ilin yanvar ayının ilk 5 gününün istifadəsinə uyğun hesabat istənilsə bu barədə "xxxx" MMC abonentin aldadılaraq uydurma borc tələb edildiyi açıq aşkar görüləcəkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi məktubla məhkəməyə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsi isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 1300 manat 38 qəpik tutulmalıdır. Borclu İddiaçı MMC ilə tələbkar "xxxx" MMC Notariat icra qeydi haqqında ərizədən görünür ki, göndərilən bildirişin poçt qəbzinin nömrəsi 505444, göndərilmə tarixi xx.xx.2022, göndərildiyi ünvan ünvan 1ilmişdir. 460-2021 saylı, xx.xx.2021-ci il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, "xxxx" MMC “ Korporativ Abunəçi”yə mobil rabitə xidməti göstərir, “Korporativ Abunəçi” isə müqavilədə əks olunmuş tariflər arasından seçilmiş korporativ tarif (Share Bundle) əsasında xidmət haqqını vaxt-vaxtında ödənilməsini təmin edir. İddiaçı tərəfindən təqdim edilmiş e-mail yazımasından çıxarıımış kserosurətdən görünür ki, "xxxx" MMC “-nin əməkdaşı kimi yazımada iştirak edən İslam Bababəyov adlı şəxs iddiaçının nümayəndəsinə xx.xx.2022-ci il tarixdə cəmi 2493,19 manat borclarının olduğunu bildirir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırışından görünür ki, iddiaçı "xxxx" MMC “-yə 2493,19 manat ödəniş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallardatələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının İİ-ci bəndinə əsasən Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması görə İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; İşin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 29 oktyabr 2022-ci il tarixində Cavabdeh xüsusi notariusu X1 tərəfindən icra qeydi verilərək 1275 manat 38 qəpik pulun "xxxx" MMC-nin xeyrinə tutulması müəyyən edilmişdir. "xxxx" MMCnin ilk öncə 2022-ci ilin mart ayında aparılan rəsmi yazışmada 2022-ci ilin mart ayınadək olan qalıq borcu haqqında məlumat istəmiş və onlar tərəfindən iddiaçıya noyabr və dekabr fakturası təqdim olunmuş və yekun borclarının 2493 manat 19 qəpik olduğunu bildirilmiş, iddiaçı tərəfindən də həmin borc ödənilmişdir. Göründüyü kimi İcra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin və “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının tələbləri pozulmuşdur. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən 29 oktyabr 2022-ci il tarixində verilmiş icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən 29 oktyabr 2022-ci il tarixində verilmiş 8i-16361 reyestrlə qeydə alınmış icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4364/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4364/2023
24.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver