Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4381/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili Vəkil, Cavabdeh3, Onun və Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina etdiyindən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və X2 nümayəndəsi və vəkili X6 məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilkin iddia tələbindən imtina etməsini nəzərə alaraq ona qarşı qarşılıqlı iddia tələbindən imtina etdiklərindən mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh X1 qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Digər cavabdeh Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia tələbindən imtina barədə ərizələri və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanuna müvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5-ci maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi» barədə ilkin iddia ərizəsi və Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-4381/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4381/2021
07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver