Məhkəmə qərarları › İş №2(060)-4428/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4428/2022

18.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4428/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdehlər X4 və Əliyeva Əsmər Ayaz qızının qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə1, cavabdehlər X3 və X2 qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Əliyeva Əsmər Ayaz qızının qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə1, cavabdehlər X3, X2 qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və onların yetkinlik yaşına çatmayan uşaqlarına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.1978-ci il təvəllüdlü Qanuni nümayəndə1, xx.xx.1977-ci il təvəllüdlü Qanuni nümayəndə2, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Əsmər Ayaz qızının onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 8 saylı binanın 17-ci mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmşdir ki onun nikaha qədər soyadı “Şirinova”, nikahdan sonra soyadı isə ”Rzayeva” olmuşdur. İddia ərizəsinin bəzi yerlərində “Rzayeva” əvəzinə “Şirinova” yazmışdır. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Rzayeva (nikaha qədərki soyadı Şirinova) Nazifə Canış qızı xx xxxxxx 1958-ci il tarixdə Laçın rayonunun Məzməzək kəndində anadan olmuşdur. Hal-hazırda Laçın rayonundan məcburi köçkündür. Sumqayıt şəhəri, 42-ci Məhəllə ərazisində yerləşən 2 nömrəli evin 17-ci mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 11 fevral 2021-ci il tarixdə verilmiş Qeydiyyat nömrəsi ********** və daşınmaz əmlakın reyestr nömrəsi **********20-05101-093041 saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili 27 yanvar 2021-ci il tarixdə Sumqayıt “ASAN xidməti” mərkəzində fəaliyyət göstərən Notariat ofısində bağlanmış AN-1 ******* saylı alqı-satqı mliqaviləsinə əsasən almışdır. Adı gedən mənzil mülkiyyət hüququna əsasən onun mülkiyyətindədir. O, həmin mənzili alarkən evi ona satan şəxs və onun digər ailə üzvləri notarial ofisində evin satılmasına razı olmaları barədə yazılı razılıq ərizələri vermişlər. Həmçinin onların 27 fevral 2021-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxacaqları barədə alqı-satqı müqaviləsinin müvafıq bəndlərinin (13-cü bənddə) birində yazılmışdır. Xeyli vaxt keçəndən və dəfələrlə deyəndən sonra satıcı mənzildə qeydiyyatda olan 11 nəfərdən beşini, yəni öz ailə üzvlərini qeydiyyatdan çıxarmışdır. Qalan digər ailə üzvləri, yəni satıcının qardaş - bacısı və onların övladları olan altı nəfər onun mükiyyətində olan mənzildə hələ də qeydiyyatdadırlar. Lakin həmin şəxslər bu günə kimi dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq onun mülkiyyətində olan həmin mənzildən qeydiyyatdan çıxmırlar. Həmin şəxslər onun mülkiyyətində olan ünvan 1 ünvanda yaşamırlar və hal-hazırda da onların faktiki harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Onların ona məxsus mənzildə qeydiyyatda qalmaları onun həmin mənzilə olan mülkiyyət hüququnu məhdudlaşdırır. Həmçinin onların onun evində qeydiyyatda olmaları formal xarakter daşımaqla bərabər onun mülkiyyətçi kimi hüquqlarını da pozur. Əvvəla onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də, onların onun mənzilində qeydiyyatda qalmaları onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Hal-hazırda həmin mənzillə bağlı müəyyən hüquqi hərəkətlər etmək istəsə də, həmin şəxslərin orada qeydiyyatda olmaları onun üçün əlavə maneələr yaradır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması, şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Adları yuxarıda göstərilən şəxslərin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mənzilində qeydiyyatda olmaları onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 və Əliyeva Əsmər Ayaz qızının qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Çünki hazırda evin yeni mülkiyyətçisi iddiaçıdır. Lakin mübahisəli mənzil onun ata evidir. 27 il həmin mənzildə yaşamışdır. Hesab edir ki, həmin evdə onun da payı vardır. Hətta qardaşı ona mənzildən pay verəcəyinə də söz vermişdir, lakin ona mənzilin dəyərindən heç nə verilməmişdir. Bu halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X3, X2 qanuni nümayəndəsi və cavabdeh Qanuni nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. O, iddiaçını tanımır, lakin hazırda ona məxsus evdən qeydiyyatdan çıxmağa razıdır. Onu da qeyd edir ki, hazırda özünün yaşadığı mənzilin rəsmi sənədi yoxdur və yenidən hansı ünvana qeydiyyata düşəcəyini bilmir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və onların azyaşlı övladları xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Əsmər Ayaz qızı ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 27 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 8, 17 saylı mənzili 70000 manata X1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı xx.xx.2021-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı adına Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 8, 17 saylı mənzilinə hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o, həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Əsmər Ayaz qızının Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 8, 17 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Qanuni nümayəndə1, Qanuni nümayəndə2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2008ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü Əliyeva Əsmər Ayaz qızının Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 8, 17 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar