Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4516/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı xx.xx.1956-ci il təvəllüdlü Cavabdeh uzun müddətli narkoloji–tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 352.1-ci maddəsinin tələbinə görə öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji-tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur. Həmin Məcəllənin 352.2-ci maddəsinə əsasən ərizədə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının əsaslandırılmış rəyi əlavə edilməlidir. Göründüyü kimi prosessual qanunvericilikdə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizəyə narkoloji-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının əsaslandırılmış rəyinin əlavə edilməli olması nəzərdə tutulsa da, X1 Voroşil Yusif oğlunun narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizəsinə narkoloji-tibb müəssisəsinin həkim-məsləhət komissiyasının əsaslandırılmış rəyini əlavə etməmişdir. Eyni zamanda məhkəmə işlərə məhkəmədə baxılmasının tezliyinin təmin olunması, yəni iddiaçı mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət edəcəyi təqdirdə digər əsaslara görə yenidən iddia ərizəsinin geri qaytarılmasının qarşısının alınması məqsədilə onu da qeyd edir ki, qüvvədə olan qanunvericilik hazırkı ərizəyə xüsusi icraat qaydasında baxılmasını nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsi məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısını müəyyən etmiş və həmin maddəyə əsasən şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizələrə xüsusi icraat qaydasında baxılmalıdır. Beləliklə şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizəyə xüsusi icraat (ərizəçi və maraqlı şəxsin iştirakı ilə) qaydasında baxılmalı olduğu halda, İddiaçı iddia icraatı qaydasında (tərəfləri iddiaçı və cavabdeh adlandırmaqla) məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh qarşı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4516/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4516/2022
21.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver