Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4520/2023 02.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və maraqlı şəxs qismində cəlb edilmiş X1 iştirakları ilə İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “vətəndaşlıq vəziyyəti aktının ləğv edilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zəngilan rayonu, Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 20 saylı nikah haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zəngilan rayonu, Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992ci il tarixli, 20 saylı nikah haqqında akt qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə xx.xx.1982-ci il tarixdə Zəngilan rayonu, Ağalı icra nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə (qeydiyyat №si 08) ailə qurmuşlar. Eyni zamanda aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxivində X2 ilə aralarında Zəngilan rayonu, Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 20 saylı nikah haqqında akt qeydi aşkar olunmuşdur. Həmin nikah haqqında akt qeydinin ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin, xx.xx.2023-cü il tarixli məktubla ona imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə maraqlı şəxs qismində cəlb edilmiş N.İ.Hüseynov bildirdi ki, o, iddiaçı ilə xx.xx.1982-ci il tarixdə Zəngilan rayonunda rəsmi nikaha daxil olmuşlar. Onların həmin nikahın ikinci dəfə bağlanmasından məlumatsızdırlar. O, iddia tələbini əsaslı hesab edir və hesab edir ki, onun iddiaçı ilə bağlanmış ikinci nikah akt qeydi etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçını və maraqlı şəxsi dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan V-JQ №430706 saylı, xx.xx.1992-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 ilə İddiaçı arasında olan nikah 07 fevral 1992-ci il tarixdə Zəngilan rayonu, VVAQ şöbəsində bağlanmış və 20 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun X2 ilə Zəngilan rayonu Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1982-ci il tarixli, 08 saylı nikah haqqında akt qeydi ləğv olunmadan, yenidən X2 ilə Zəngilan rayonu Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 20 saylı nikah haqqında akt qeydi tərtib olunmuşdur. Onların nikah haqqında akt qeydi təkrar qeydə alınmış hesab olunmadığından nikah haqqında qeydinin ləğv olunması mövcud qanunvericiliyə əsasən qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Akt qeydinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı maraqlı şəxs X2 ilə birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X3 və xx.xx.1987-ci il təvəllüdlü X4 adlı iki övladları olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti 07 avqust 2023-cü il tarixli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtolatkaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən adıçəkilən şəxslər arasında qeydə alınmış nikahın pozulması haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların» 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı və N.İ.Hüseynov 04 noyabr 1982-ci il tarixli 08 saylı nikah haqqında akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki övladları doğulmuş, tərəflər arasında nikah pozulmadan 04 noyabr 1982-ci il tarixli 08 saylı nikah haqqında akt qeydi ləğv olunmadan, yenidən xx.xx.1992-ci il tarixli, 20 saylı nikah haqqında şəhadətnamə mövcud olmuşdur. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 22, 75, 78-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zəngilan rayonu, Ağalı icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1992-ci il tarixli, 20 saylı nikah haqqında akt qeydi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4520/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4520/2023
02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver