Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4535/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı doğum faktının qeydə alınması və yenidən bərpasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdehnə qarşı doğum faktının qeydə alınması və yenidən bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o-İddiaçı, xx.xx.1969-cu ildə Ermənistan SSR-nin, İcevan rayonunun, Polad kəndində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilimi 1976-1986-cı illərdə (10 illik təhsil pilləsi) Polad kənd məktəbində almışdır. Atası X1 meşəbəyi işləmişdir. X9 isə kolxozda işləmişdir. Ailədə onlar 8 uşaq-6 qardaş, 2 bacı olmuşdurlar. Məktəbi bitirdikdən sonra ata və anasının məsləhəti ilə əslən onların kəndindən olan lakin Sumqayıtda yaşayan yaxın qohumları, xx.xx.1963-cü il təvəllüdlü Ermənistan doğumlu, X11 ilə nişanlanmışdırlar. Valideyinləri həmin ilin yayında toylarının olacağını planlaşdırırdılar. Ölkədə o, dövrdə baş verən erməni- Azərbaycan münasibətləri pis yönümdə getdikcə daha da gərginləşirdi. Bundan narahat olan valideyinləri onları kənddə sabitlik baş tutmayana qədər bir müddət Sumqayıt şəhərində qohumlarıgildə qalmalı olacaqlarını bildirdilər. Hər gün mətbuatdan izləyirdilər ki, erməni-Azərbaycan münasibətləri zəminində gərginlik geniş miqyas alır. Xalqlar artıq bir-birinə düşmən münasibəti bəsləyirlər. Bir il keçdikdən sonra onlar ailə həyatı qurmuşdurlar. Sumqayit şəhərində nikaha girmişdirlər. Sonra onlar kəndlərinə qayıtdırmışlar, bir il kənddə yaşamışdırlar. Artıq onların orda yaşamaqları cox çətinləşmişdir. Erməni xalqı onları öz gözündə düşmən görürdü. O dövrki, SSSR-i hakimiyyətinin başında duran ermənipərəst, zalım insanların yürütdüyü axmaq siyasətin qurbanı olaraq, o da digər soydaşları kimi ailəsi ilə birlikdə, doğulub boya başa çatdıqları doğma yurd-yuvalarından didərgin düşmüşdürlər. Baş verən səbəblərdən sonra qohumlarının təkidi ilə, onlar Bakı şəhərinə pənah gətirmişdirlər. Qohumların çoxu bu şəhərdə yaşadığı üçün burada məskunlaşmışdırlar. Hamı kimi onlar da oxuyub, işləyib, yaşamışdırlar. Artıq 37 ildir ki, Sumqayıt şəhərində ailəsi ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayırlar. Fərdi əməklə məşğul olur, 2 oğlu var, 1 oğlan nəvəsi var. Həyat yoldaşı X11 bir çox müəssisələrdə sürücü işləmişdir, 5 ildən çox olardı ki, ürək əməliyyatı keçirmişdir. Müalicələr alırdı. Keçən il cox ağır formada ikinci dəfə infarkt keçirdi. Yataq xəstəsinə çevrilmişdir. Bu xüsusatları məhkəməyə gələcək şahidləri də təsdiq edə bilər. Olunan çox müalicələrdən sonra həyat yoldaşı X11 61 yaşında xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ona aid olan bir qisim sənədləri evdə tapmışdırlar, yalnız doğum haqqında şəhadətnaməsini əldə edə bilməmişdirlər. Çox axtarsalar da, tapa bilməmişdirlər. Qənaətə gəlmişdirlər ki, itmişdir. Vərəsəlik işində, mirasın açılması üçün ölən şəxs miras qoyandırsa, onun doğum haqqında şəhadətnaməsi mütləq vacibdir. Ona aid olan doğum haqqında şəhadətnamə Ermənistan SSR-nin, İcevan rayonunda verildiyi üçün müraciət edə bilməmişdirlər. Məcbur olub ərizə ilə muraciət etsinlər.Cavabdehnə Həmin şöbədən rəsmi olaraq xx.xx.2025-ci il tarixdə onlara ünvanladıqları məktubda bildirirlər ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh arxivində saxlanılmadığından xahişinizin təmin olunması mümkün deyildir. Ərizəçi, mərhum əri, xx.xx.1963-cü il təvəllüdlü, azərbaycanlı, ortatexniki təhsilli, bitərəf, hərbi mükəlləfiyyətli, ailəli, 2 (oğlan) övlad atası, X6 adına, Polad kənd sovetliyi tərəfindən verilmiş əvvəllki, doğum haqqında şəhadətnamənin əsli itdiyi üçün etibarsız hesab edilməsi, onun Ermənistan SSR-nin, İcevan rayonunun, Polad kəndində doğum faktının qeydə alınmasının və yenidən bərpasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi Nümayəndə ərizəsinə uyğun eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mart ayında atası dünyasını dəyişmişdir. Şəhadətnamə miras əmlakı anasının adına keçirmək üçün zəruridir. Səhhəti ilə bağlı 10 ildən çoxdur ki, pensiya alır. Maraqlı tərəf Cavabdehnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X4 ifadəsində bildirmişdir ki, ərizəçinin nümayəndəsi onun qardaşıdır. Mərhumun ürəyi çox ağrıyırdı. Neçə illərlə müalicə almışdır. Ailədə 2 qız, 1 oğlan olmaqla, 3 uşaqdırlar. Ünvanını Corat qəsəbəsi olmaqla dəyişmişdir. X8 ifadəsində bildirmişdir ki, mərhum onun oğlunun oğludur. İrəvan rayonu, Polad kəndində anadan olmuşdur. Məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışlar. Martaprel ayında dünyasını dəyişmişdir. İş materiallarında olan: İV-ЖГ seriyalı, 356832 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X11 və İddiaçı 11 mart 1987-ci il tarixdə nikahlarını bağlamışdırlar.Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. AZ-İİ seriyalı, 501353 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025 ilin 04 ayının 02 günündə 501 № ilə qeyd edilmişdir. 17 may 2025-ci il tarixli, 3-16-5/8-14xx/xx/2025 nömrəli arayışdan görünür ki, X10 və X2 nikahı haqqında 17 may 2025-ci il tarixdə 06 №-li bərpa akt qeydi tərtib olunmuşdur.Nikahın qeydə alındığı yer Cavabdehdir.Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. 17 may 2025-ci il tarixli, 3-16-5/8-14xx/xx/2025 nömrəli arayışdan görünür ki, X10 1934cü ildə Ermənistan Respublikası, İcevan ryonu, Polad kəndində anadan olmuşdur.Bu barədə 17 may 2025-ci il tarixdə Cavabdeh tərəfindən 07 №-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X3, anası X18r. AZ-İ seriyalı, 789818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016 ilin 01 ayının 29 günündə 125 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 10 iyun 2025-ci il tarixli İddiaçı müraciətə cavabdan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün deyil. İtmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçi İddiaçı ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4.2-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Məhkəmə ərizəçi İddiaçı nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, X6 xx.xx.1963-cü ildə Ermənistan SSR-nin, İcevan rayonunun, Polad kəndində doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X6 xx.xx.1963-cü ildə Ermənistan SSR-nin, İcevan rayonunun, Polad kəndində doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Qasımov”, adının “Rasim”, ata adının “Bayraməli” qeyd edilməsi, milliyəti Azərbaycanlı, doğum qeydinin ata qrafasında X10, ana qrafasında isə Qasımova (Hacıyeva) Səlminaz Dünyamalı qızı qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4535/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4535/2025
17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver