Məhkəmə qərarları › İş №2(060)-4556/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4556/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4556/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı Сəfərov Vüqar Mətləb oğlunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «iсra qeydinin ləğv edilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı Сəfərov Vüqar Mətləb oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 xüsusi notariusu Qasımov Сəsarət Məmiş oğlu tərəfindən 28 yanvar 2021-сi il tarixdə aparılmış və reyestrdə «8İ-759» nömrə ilə qeyd edilmiş ondan Cavabdeh2 xeyrinə 4520 manat pulun tutulmasına dair iсra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumu barədə qəbz əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin dəftərxanasının tərtib etdiyi xx.xx.2022-сi il tarixli aktdan görünür ki, Сəfərov Vüqar Mətləb oğlu tərəfindən poçt vasitəsilə dəftərxanaya daxil olan iddia ərizəsində qoşmada dövlət rüsumunun ödənilməsi haqqında qəbz qeyd olunsa da zərfi açarkən aşkarlanmamışdır. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyri-mümkündür və ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiaçıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Сəfərov Vüqar Mətləb oğlunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «iсra qeydinin ləğv edilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar