Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-456/2024 27.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsusdur. X14 onun doğma qardaşıdır. X17 ilə Cavabdeh arasında olan rəsmi nikah Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların birgə nikahdan dünyaya gəlmiş övladları - xx.xx.2007ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X11 cavabdehin himayəsinə verilməklə onların yetkinlik yaşına çatana kimi saxlanması üçün X2ndan hər ay sabit pul məbləğində aliment ödənilir. Cavabdeh iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzildə qeydiyyatda olsa da, o, artıq həmin mənzildə yaşamır. Formal şəkildə qeydiyyatdadır və artıq onunla birgə təsərrüfat aparmır. X2 ilə Cavabdeh arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulduqdan sonra Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ər-arvadın hansınınsa əməyi hesabına qazanılmış maddi vəsait hesabına əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2844/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh iddia tələbi rədd edilmişdir. Bu ciddi məsələ ilə bağlı iddiaçı ilk əvvəl Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Belə ki, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmiş və məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. X5 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16-da yerləşən 12 saylı mənzil atasından iddiaçıya, X14 və X4 miras qalmışdır. xx.xx.2021-ci il tarixli, 3M-47 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən X14 və anası X6 miras paylarını iddiaçıya bağışlamışdırlar. Bağışlama müqaviləsində hər hansı şərt nəzərdə tutulmamış və onlar tərəfindən Cavabdeh heç bir vəd verilməmiş, habelə bu barədə heç bir razılaşma olmamış və bağışlama öhdəlikləri şərtləndirilməmişdir. İddiaçı bir mülkiyyətçi kimi öz mülkündən sərbəst şəkildə istifadə edə bilmir. Ona görə ki, buna Cavabdeh mane olur. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, cavabdeh sözügedən mənzilə 2006-cı ildə gəlin köçmüşdür. Hazırda cavabdeh yetkinlik yaşına çatmayan övladları ilə həmin mənzildə yaşayır və başqa yaşayış yerləri yoxdur. Ağlabatan məbləğdə kompensasiya ödəniləcəyi təqdirdə, iddia tələbinin təmin edilməsinə razıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-612/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X14 ilə Cavabdeh arasında olan Sumqayıt şəhər nikah evində 09 yanvar 2007-ci il tarixdə bağlanmış və 56 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X9 anaları Cavabdeh himayəsində saxlanılmaları, X7 xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimüntin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir.
8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2844/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X10 və İddiaçı qarşı ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh göstərilən ünvana 2006-cı ildə gəlin gəlmiş və 2013-cü ildə daimi qeydiyyata düşmüşdür. Hal-hazırda da iki övladı ilə birlikdə göstərilən ünvanda yaşayırlar. Cavabdeh iki övladı ilə birlikdə 2006-cı ildən 29-cu məhəllə, ev 1/16, mənzil 12-də yaşamasını qonşular (Bayramova F., Quliyeva N., Hətəmova S.) öz imzaları ilə təsdiq etdilər.
10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzilin X8 adına rəsmiləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ərazi idarəsində mövcud olan arxiv materialları əsasən Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində mənzil dəyişdirmə bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 58 saylı orderə, Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil X1 Birliyinin 2 saylı Mənzil- İstismar Sahəsinin xx.xx.2008-ci il tarixli, 5298 nömrəli 2 №-li forma arayışına və razılıq ərizələrinə əsasən Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzil üzərində xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ilə X8 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-162 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə və 3M-47 reyestr nömrəli miras payının bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
11. İş materiallarında olan "xxxx" X3 MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında olan ümumi sahəsi 54,9 kv.m olan orta təmirli mənzilin aylıq kirayə məbləği 300 manat təşkil edir.
12. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 4-cü mərtəbə, 3 otaqlı, ümumi sahəsi 54,90 kv.m olan orta təmirli mənzillərin orta aylıq kirayə haqqı 400-450 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 200 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin nəzdində mənzil dəyişdirmə bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 58 saylı orderə əsasən Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 1/16 ünvanında yerləşən 12 saylı mənzil 2008-ci il tarixdə X8 adına qeydiyyatına alınmış, vərəsəlik hüququ haqqında şəhadətnaməyə və miras payının bağışlanması müqaviləsinə əsasən 2021-ci il tarixdən İddiaçı adına qeydiyyatına alınmış, cavabdeh 2006-cı ildə həmin mənzilə gəlin köçmüş və hazırda da həmin ünvanda yaşayır. Hazırda iddiaçı cavabdehin həmin mənzildə formal qeydiyyatda olmasını iddia edərək, istifadə hüququnun itirilməsini tələb edir. Cavabdeh tərəf ağlabatan məbləğdə kompensasiya ödəniləcəyi təqdirdə, iddia tələbi ilə razı olacağını bildirmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
21. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
24. Məhkəmə qeyd edir ki, iddiaçının özünə məhkəmə tərəfindən cavabdehə ağlabatan məbləğdə (13.000 manat) kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi təklif olunsa da, iddiaçı tərəf buna razı olmamışdır. Belə ki, iddiaçı 11.000 manat kompensasiya məbləğini ödəməyə razı olduğunu bildirmişdir.
25. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
26. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
27. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
28. Məhkəmə həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin göstərişi baxımından işin hallarını araşdırmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin daimi yaşayış yeri yoxdur (iddaçı tərəfindən cavabdehin daimi yaşayış sahəsinə malik olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir).
29. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Həmçinin, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə hissəsi:
38. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi”nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 200 (iki yüz) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva