Məhkəmə qərarları › İş №2(060)-4682/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4682/2021

29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4682/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 29 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3666,66 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, mərhum atası - X4 anası - X7 ilə 1990-cı il tarixdə nikah bağlamış və bu nikahdan 14 avqust 1991-ci il tarixdə o, İddiaçı doğulmuşdur. 1994-cü il tarixdə onlar arasında nikah pozulmuş və bir müddət sonra X1 Cavabdeh ilə ailə qurmuş və bu nikahdan onların bir övladı doğulmuşdur. Atası X4 hərbçi olmuşdur. O 28 iyul 1995-ci il tarixdə Tərtər-Ağdərə istiqamətində gedən döyüş zamanı minaya düşərək şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının 7.2-ci bəndinə uyğun olaraq AR Maliyyə Nazirliyi 1997-ci il avqustun 2-nədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında AR Qanunu ilə müəyyən edilmiş sığorta ödənişini həyata keçirir. Sığorta ödənişini almaq üçün o, Maliyyə Nazirliyinə müraciət edən zaman müəyyən etmişdir ki, Cavabdeh ondan xəbərsiz Maliyyə Nazirliyinə müraciət edərək, atası - X2 şəhid olmasına görə onun vərəsələrinə ödənilməli olan 11000 manat sığorta ödənişini almışdır. O bunu bildikdən sonra Cavabdeh müraciət edib 11000 manat sığorta ödənişindən ona çatmalı olan 3666,66 pulunu tələb etsə də o, həmin pulu ona verməyəcəyini bildirmişdir. Cavabdeh sığorta ödənişindən onun payına düşən 3666,66 manat pulu ona verməkdən imtina etdiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, 3666,66 manat məbləğində pul cavabdehdən tutulub ona verilməlidir. Ona görə də, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, X4 ilə ailə qurmuşdur. Həmin nikahdan bir övladları olmuşdur. İddiaçı həyat yoldaşının birinci nikahından olan qızıdır. Ailə qurduqdan az müddət sonra onun yoldaşı Ə.Yusifov şəhid olmuşdur. Şəhidlərin ailələrinə ödənilməsi nəzərdə tutulan 11000 manat pulu 2018-ci ildə məhkəmə yolu ilə almışdır. Lakin həmin şəhid pulunu almaq üçün çox çalışmışdır. Bir neçə məhkəməyə müraciət etmişdir. Bu zaman onun vəkillərə 3000 manat xərci çıxmışdır. O vaxt ona heç kim deməmişdir ki, o Minaxanıma da nəsə ödəməlidir. Bundan başqa 2019-cu ildə ona yenidən şəhid pulu ödənilməsi ilə bağlı 1 saylı Notariat Ofisindən məktub gəlmişdir. O isə 1 saylı Notariat Ofisinə yaxınlaşmamış, ikinci dəfə ödənilən 11000 manat şəhid pulunu İddiaçı götürməsini məsləhət bilmişdir. Əgər iddiaçı ikinci dəfə ödənilən pulu almayıbsa, həmin pulu kimin alması məlum deyil. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materillarına əlavə olunmuş XİV-JQ seriyalı 463722 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991ci il tarixdə anadan olmuşdur. X1, anası X6r. İşdə olan AZ-İ seriyalı 980602 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.07.1995-ci il tarixdə Tərtərdə ölmüşdür (döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur). İşdə olan 21.12.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2 vərəsəsidir və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitin 1/3 hissəsini almaq hüququndan ibarətdir. İş materillarında olan 21.12.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı X2 vərəsəsi kimi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 04.09.2019-cu il tarixli 13/05-466-4778 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni həyata keçirir. Nazirliyə təqdim olunmuş məhkəmə qətnaməsinə əsasən həlak olmuş hərbi qulluqçu X2 vərəsəsi qismində arvadı Cavabdeh müəyyən edildiyindən Maliyyə Nazirliyi tərəfindən 2018-ci ilin 26 sentyabr tarixində ona məxsus bank hesabına vəsaitin köçürülməsi təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış 07.06.2021-ci il tarixli **********5 saylı məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının 4- cü hissəsinə uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. Adıçəkilən Fərmanın 7.2-ci hissəsinə uyğun olaraq, 1997-ci il 2 avqust tarixinədək baş vermiş sığorta hadısələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata uyğun olaraq X2 (şəhidin unikal kodu 18544) vərəsəsinin (vərəsələrinin) hərbi qulluqçunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən birdəfəlik ödəmənin alınması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməsi tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış 07.06.2021-ci il tarixli 1.1-2-2021-1346 saylı məktubda qeyd edilmişdir ki, 19 aprel 2018-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərmanın 7.2-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 2- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş və barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara münasibətdə Maliyyə Nazirliyi tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Vətəndaş Cavabdeh adıçəkilən Fərmana uyğun olaraq, tələb olunan sənədləri Maliyyə Nazirliyinə təqdim etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən “Azərsığorta” DSKŞ tərəfindən ona daha əvvəl ödənilmiş 3 000 (üç min) manat ümumi ödəniş məbləğindən çıxılmaqla, 2018-ci ilin oktyabr ayında qalan 8 000 (səkkiz min) manat məbləğində birdəfəlik ödəmə həyata keçirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı şəhid X2 vərəsəsidir və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı ilə nəzərdə tutulan 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmədən 1/3 hissədə pay almaq hüququna malikdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, şəhid X2 vərəsələrinə ödənilməli olan 11.000 manat birdəfəlik ödəmə onun digər vərəsəsi Cavabdeh tərəfindən alınmışdır. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında 11.000 manat birdəfəlik ödəməni aldığını və həmin puldan iddiaçıya hər hansı vəsait ödəmədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3666,66 (11000 manat : 3) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh ikinci dəfə ödənilən birdəfəlik ödəməni almaması, ikinci ödənişi iddiaçının alması barədə iddiaya etirazının əsası yoxdur. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanında şəhid hərbi qulluqçuların vərəsələrinə ödənilən birdəfəlik ödəmənin iki dəfə ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3666,66 (üç min altı yüz altmış altı manat altmış altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar