Məhkəmə qərarları › İş №2(060)-47/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-47/2025

07.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-47/2025 07.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi İddiaçı5, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X11, X21, X16 və X6 cəlb etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X11, X21, X16 və X6 cəlb etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Perkeşkül küç, 11 saylı ev X3 1/7 hissədə, İddiaçı2 Əhliman qızına 1/7 hissədə, X7 1/7 hissədə, İddiaçı5 1/7 hissədə, Cavabdeh1 Əhliman oğluna 1/7 hissədə, İddiaçı4 Əlipənah qızına 1/7 hissədə, X34 qızına 1/28 hissədə, X22 1/28 hissədə, X17 1/28 hissədə, X8 1/28 hissədə mülkiyyət hüquq ilə qeydiyyatdan keçmişdir. Vərəsəlik qaydasında onlara keçən bu yaşayış evinə dair AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli, seriya MA № ******* olan çıxarışı verilmişdir. Bütün payçılar ailə üzvləri və qohumlarıdır. Bu ev 1960-cı ildə mərhum ataları X9 və anaları X4 tərəfindən tikilmişdir. Ailə olaraq hamı həmin-evdə yaşamışdır. Ataları 1984-cü ildə vəfat etmiş, vərəsəlik qaydasında məhkəmə yolu ilə vərəsəlik qaydasında vərəsələrin payları müəyyən olunmuşdur. İddiaçılar anadan olandan etibarən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 11 nömrəli evdə yaşayırlar. Bu evin həmişə həyətinin giriş-çıxış qapısından bütün ailə üzvləri ümumi qaydada istifadə etmişlər. Tərəflər yaşayış evində 1/7 hissədə Cavabdeh1 Əhliman oğlunun payı müəyyən olunmuşdur. Üçüncü şəxslərin də uyğun payları vardır. Hazırda yaşayış evinin texniki pasportunun göstəricilərinə görə faktiki olaraq В literli hissə, A literli hissədən istifadə edilməkdədir. Miras payları müəyyən olunan 2007-ci il tarixdən cavabdehlərlə aralarında yaşayış evinin torpaq sahəsindən istifadə də və həyətin girişi-çıxışında narazılıqlar var. Cavabdehlərdən Cavabdeh1 Əhliman oğlu miras əmlakda payı olan qardaşı, digər Cavabdeh2 isə onun həyat yoldaşıdır. Hazırda ümumi həyətin xeyli hissəsindən də cavabdehlər Cavabdeh1 Əhliman oğlu ailəsi ilə birlikdə istifadə edirlər. 2010-cu il iyul ayının axırlarından ümumi həyətdən küçəyə yeganə giriş-çıxış qapısından istifadə etmələrinə imkan verməyərək, qapıya qıfıl vurmuşdur. Tərəflər hazırda məcburiyyət qarşısında qalaraq, qonşu həyətə keçir və dövrə vuraraq küçəyə çıxırlar. Tərəflər dəfələrlə cavabdehdən bu qanunsuz hərəkətinə son qoymasını və giriş-çıxış qapısını açmasını tələb etsələr də o, buna heç bir əhəmiyyət vermir, qapını açmaqdan imtina edir, qapıdan ancaq özünün və ailə üzvlərinin istifadə edəcəyini bildirir. Belə vəziyyət mülkiyyətçilərin yaşayış evindən və ümumi həyətdən istifadə hüquqlarını pozmaqla bərabər, həm də ağır nəticələrə səbəb ola biləcək münaqişələrə zəmin yaradır. Eyni zamanda, cavabdehlərin xasiyyəti qorxu yaradır ki, o, münaqişə yaranarsa, hər hansı bir şər və ya böhtan xarakterli əməl törədə bilər. Bununla əlaqədar 2010-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş məhkəmə ailə üzvlərinin iddiasını təmin etmişdir. Bu barədə iddiaçının və ailə üzvlərinin iddiasının təmin edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi olmuşdur. Lakin bu günədək mübahisəli evdən istifadə də narazılıqlar davam edir. Cavabdehlər bu günə kimi tərəflərin mülkiyyət hüquqlarına müdaxilələr edir. Həyətin bir xeyli hissəsinə itlər bağlayaraq yaşayış evindən istifadə etmələrinə mane olurlar. Yaşayış evinin tərəflərə düşən hissəsinin naturada real bölgüsü aparılmamışdır. Belə ki, cavabdehlər faktiki olaraq yaşayış evində və ümumi torpaq sahəsində digər mülkiyyətçilərin pay hissələrindən zəbt etməklə istifdadə edirlər. Bundan başqa da tərəflərin mülkiyyət hüquqlarına düşən paya uyğun hissələrdən istifadə etmələrinə şərait yaratmırlar. Bu vəziyyətlə əlaqədar aralarında razılaşmalar mümkün olmur. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Perkeşkül küçəsində yerləşən ümumi mülkiyyətdə olan 11 saylı yaşayış evinin payçılar arasında naturada bölünməsi, iddiaçılara məxsus ümumi mülkiyyətdən hər birinə düşən payların İddiaçı1 Əhliman oğluna, İddiaçı2 Əhliman qızına, Məmmədova (Şirinova) Nailə Əhliman qızına, X1, İddiaçı5 verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 nümayəndəsi İddiaçı5, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 Əhliman oğlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,01016 ha olan Sumqayıt şəhəri, X27 qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, ev 11 İddiaçı1 Əhliman oğlunun adına 1/7 hissədə, İddiaçı2 adına 1/7 hissədə, X12 adına 1/7 hissədə, İddiaçı5 adına 1/7 hissədə, İddiaçı4 adına 1/7 hissədə, Cavabdeh1 Əhliman oğlunun adına 1/7 hissədə, X10 adına 1/28 hissədə, X18 adına 1/28 hissədə, X13 adına 1/28 hissədə və X5 adına 1/28 hissədə qeydiyyatdan keçirilmiş və bu barədə 8 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı5 xx.xx.2008-ci ildən etibarən X23, X19, Cavabdeh1, X24, X14, X28, İddiaçı3, X15 ilə birlikdə Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Peşekeşkül küçəsi, ev 11-də qeydiyyatdadırlar.

10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6239 saylı ekspert rəyinə əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kişik Pereküşkül küçəsində 11 saylı evin “A” və “B” lietrli olmaqla iki hissədən ibarət olduğunu, “B” literli tikilidə əlavə otaqların inşa olunduğunu, yaşayış və yardımçı otaqların sayını, mülkiyyətçilərin sayını və onlara düşən payı nəzərə alaraq, həmin fərdi yaşayış evinin paylara uyğun naturada bölgüsünün “AzDTN 2.7-3 Fərdi yaşayış evlərinin layihələndirmə normalarının tələblərinə “Yaşayış evlərinin, real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olundu. Baxış zamanı faktiki olaraq naturada tədqiq olunan həyətyanı sahəyə “B” literli tikili tərəfdən əlavə giriş-çıxışın mövcud olduğu müəyyən olundu. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, X27 qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, ev 11-ə dair tərəflərin payları müəyyən olunmuşdur. Hazırda iddiaçılar yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, lakin ekspert rəyinə əsasən həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

14. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

15. Eyni Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

16. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

17. İş materiallarından göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkün deyil.

18. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X11, X21, X16 və X6 cəlb etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

Nəticə hissəsi:

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X11, X21, X16 və X6 cəlb etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar