Məhkəmə qərarları › İş №2(060)-471/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-471/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-471/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 910,40 (doqquz yüz on manat qırx qəpik) manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.12.2020-ci il tarixdə, saat 18:20 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “İsuzu Saznp37” markalı, ** XX *** dövlət nişanlı avtomobil “Mercedes Benz 350” markalı, ** SL *** dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Qaradağ rayon DYPŞ-nin 24.12.2020-ci il tarixli, TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Mercedes Benz 350” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə 880 (səkkiz yüz səksən) manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 8335 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Mercedes BenzQ50” markalı, ** SL *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 880 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 880 (səkkiz yüz səksən) manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Ona görə də zərərçəkənə ödənilmiş məbləğin əvəzi olaraq 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamənin çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması məhkəmədən xahiş edilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, 99XX174 dövlət qeydiyyat nişanlı “İsuzu Saznp37” markalı avtonəqliyyat vasitəsi 01.05.2020-ci il tarixdən 05.05.2021-ci il tarixədək Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan 30.12.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Mercedes Benz 350” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə 880 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı X3 Haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli, 3887 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, X2 hesabına 880 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan iddiaçının Cavabdeh ünvanladığı 06-05/884 nömrəli, 16.05.2021-ci il tarixli məktubdan görünür ki, 23.12.2020-ci il tarixdə saat 18:20 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış X1 məxsus və yol vərəqəsi əsasında Cavabdeh tərəfindən idarə olunan “İsuzu Saznp37” markalı, 99XX174 dövlət nişanlı avtomobil “Mercedes Benz 350” markalı ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Qaradağ rayon DYPŞ-nin 24.12.2020-ci il tarixli, TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsini 327.6-cımaddəsi ilə (hadisə yerindən yayınma) inzibati məsuliyyətə cəlb edilmisiniz. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 350” markalı 10SL032 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 880 (səkkiz yüz səksən) manat məbləğində müəyyənləşdirilərək Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və AR Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən yaranmış subroqasiya hüququnu təmin edərək 880 (səkkiz yüz səksən)manat pulun qeyd olunan bank hesabına köçürməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdeh 880 manat məbləğində pul vəsaiti, 30.10 manat ödənilmiş dövlət rüsumu iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 880 manat məbləğində pul vəsaiti və 30.40 manat ödənilmiş dövlət rüsumu iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar