Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4768/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300 manat məbləğində pulun və məhkəməyə iddia qaldırması üçün ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında o, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən Gülər mebel mağazasında işləyən Cavabdeh geri qaytarılmış cehiz əşyalarını satılması üçün vermişdir. Mebelin bir qismini satmış, bir qismini isə geri qaytarmışdır. Cavabdeh ona 300 manat borclu qalmışdır. Cavabdehdən dəfələrlə pulu istəsə də verməmişdir. Məhkəmə iddiaçının razılığı ilə iddiaçı X1 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, qızı Lalənin cehiz əşyalarını satması üçün o, cavabdehin işlədiyi mağazaya müraciət etmiş, Cavabdeh ilə satılacaq əşyaların qiymətini əvvəlcə 900 manata razılaşsalar da, sonra cavabdeh əşyaların təmirə ehtiyacı olduğunu bildirdiyindən qiyməti 100 manat azaltmış və 800 manata razılaşmışlar. Cavabdeh ona 600 manat ödəmiş, lakin yerdə qalan 200 manatı ödəməkdən imtina etmiş, həmin məbləği də əşyaların təmir xərcinə hesablamışdır. Halbuki, əşyaların satış qiymətini təmir xərci olaraq 100 manat çıxıldıqdan sonra 800 manata razılaşmışlar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 31 may 2021-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Onun istehsal sexi və satış dükanı vardır. İddiaçı onun işlədiyi dükana gələrək mebel satmaq istədiyini demiş və mebelin satış qiymətini 900 manata razılaşmışlar. Lakin sonra mebellərin təmirə ehtiyacı olduğunu müəyyən etmiş və bu barədə Naziləyə bildirmiş, sonuncu ilə mebellərin satış qiymətini 800 manata razılaşmışlar. O, mebelləri sataraq Naziləyə 600 manat ödəmiş, mebelləri təmir etdirdiyi üçün 200 manatı təmir xərclərinin əvəzinə nəzərə alaraq Naziləyə verməmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmədə işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı qızının cehiz əşyalarının satılmasını qarşılqılı razılıq əsasında cavabdehə tapşırmış, onlar əşyaların satış dəyərini 800 manata razılaşmışlar. Cavabdeh əşyaları sataraq iddiaçıya 600 manat ödəmiş, lakin qalan 200 manatı ödəməkdən imtina etmiş və həmin məbləği mebellərin təmir xərci olaraq nəzərə almışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 777, 782-ci maddələrinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, 200 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, tərəflərin izahatında da göründüyü kimi satılacaq mebellərin satış qiyməti 800 manata razılaşdırılmış, bundan 600 manat iddiaçıya ödənilmiş, 200 manatı cavabdeh ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 01,20 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19,80 (on doqquz manat səksən qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4768/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4768/2021
24.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver