Məhkəmə qərarları › İş №2(060)-4780/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4780/2024

07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4780/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə Cavabdeh2 ASC arasında BAL0018711/11 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt 1 saylı Notariat ofisinin xx.xx.2024- cu il tarixli “icra qeydi” ilə Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan-Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan- Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı QİZİNDAN 1149 manat 76 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2024-cü il tarixdə aparılmışdır. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək bildirdi ki, onun məlumatı olmadan Cavabdeh2 ASC ona kredit açmışdır. O, əvvəllər cavabdehlə əməkdaşlıq etmişdir. Banka olan borcunuda ödəmişdir. Onun cavabdehə bu günə heç bir borcu qalmamışdır. Lakin cavabdeh əsassız olaraq ona borc yazmışdır. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia əizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçı tərəfnindən 2500 manat bankdan kredit əldə edilmişdir. Hazırda yaranmış mübahisənin səbəbi yaranmış faizdir. İddiaçının təqdim etdiyi sənədlərdəndə göründüyü kimi iddiaçının ümumi borcu icra qeydindəki borc məbləği ilə eynilik təşkil edir. Ümumiyyətlə icra qeydinin ləğvi anlayışı hələ mübahisə olaraq qalır. Bununla bağlı qanunvercilikdə birbaşa göstəriş yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh Sumqayıt şəhər 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, nümayəndəsinin və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan-Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulması müəyyən edilmişdir. Həmin icra qeydi xx.xx.2024-cü ildə aparılmışdır. İcra qeydində qeyd olunmuşdur ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Cavabdeh2 ASC (VÖEN: **********) xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2015- Asan- Sumqayıt2; Fin: xxxxxxx; D/T: xx.xx.1979) BAL0018711/11 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5165 manat 07 qəpik tutulsun. Bundan əlavə təklif edir borcludan İddiaçı QİZİNDAN 1149 manat 76 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 6339 manat 83 qəpik pul tutulsun. İş materiallarında olan “xx.xx.2012-ci il tarixli BAL0018711/11 saylı Kredit Kartı üzrə bank hesabı müqaviləsinə dair razılaşmadan görünür ki, Cavabdeh2 ASC-nin “Sumqayıt” filailı ilə X5 arasında bağlanmış müqaviləyə əsasən Bank tərəfindən T.Nümayəndəya 2500 (iki min beş yüz) manat məbləğində kredit xətti ayırmışdır. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki höquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində borcunun tam ödənilməsini bildirsə də, məhkəmə iclasında onun Cavabdeh2 ASC-nə qeyd olunan müqavilə üzrə borcun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar