Məhkəmə qərarları › İş №2(060)-4789/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-4789/2021

26.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4789/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 ABŞ dolları əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10000 (on min) ABŞ dolları və 133 (bir yüz otuz üç) manat pul tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki iddiaçı Cavabdeh əvvəllər tanımış və münasibətləri yaxşı olmuşdur. Cavabdeh hərbçidir və N saylı hərbi hissədə MAXE kimi xidmət edir. Kamil 2021-ci ilin fevral ayının əvvəlində iddiaçıya müraciət edib pula böyük ehtiyacı olduğunu bildirmiş və ondan qısa müddətə (bir neçə günə) borc pul istəmişdir. Münasibətləri yaxşı olduğu üçün 13 fevral 2021-ci il tarixdə iddiaçı Kamilə 10.000 (on min) ABŞ dolları pul vermişdir. Aralarında olan razılaşmaya görə Kamil borcu bu ilin fevral ayının sonunda qaytarmalı idi. Cavabdeh bu barədə öz xətti ilə şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış kağıza qəbz yazıb imza etmiş və qəbzi iddiaçıya vermişdir. Eyni zamanda iddiaçını tam arxayın etmək üçün könüllü olaraq adına olan hərbiçi vəsiqəsini də iddiaçıya vermişdir. Lakin, vaxt bitməsinə baxmayaraq Kamil borcu qaytarmır. Cavabdeh iddiaçıdan gizlənir, telefon zənglərinə cavab vermir və borcu qaytarmaqdan boyun qaçırır. Buna görə də cavabdehdən borcu məhkəmə qaydasında almaq zərurəti yaranmışdır. Əlavə olaraq, iddiaçı məhkəmədə iddia qaldırmaq, hüquqi məsləhət almaq və sənədləri tərtib etmək üçün ünvan 1 ünvanda yerləşən X4 müraciət etmiş və cəmi 100 manat hüquqi xidmət haqqı ödəmişdir. Bundan başqa məhkəmədə iddia qaldırmaq üçün 30 manat, notariusda şəxsiyyət vəsiqəmin surətini təsdiq etmək üçün 3 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlər də cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 10.000 ABŞ dolları əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10000 (on min) ABŞ dolları və 133 (bir yüz otuz üç) manat pul tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. İş materiallarında olan Cavabdeh 13.02.2021-ci il tarixli əlyazmasından görünür ki, tanışı İddiaçı 13.02.2021-ci il tarixdə borc olaraq 10000 (on min) ABŞ dolları pul almışdır. İddiaçı aldığı 10000 (on min) ABŞ dolları borc pulu 2021-ci ilin fevral ayının sonunda qaytarmağını öhdəlik götürür. İş materiallarında olan “X5” MMC-nin 05.05.2011-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi məsləhətə, iddia ərizəsinin yazılmasına və sorğuya görə 100 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsi, ev 114-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, İNZ.Bina, Ə.Salamzadə küçəsi, 5-də qeydiyyatdadır. “İnsan Hüquqları və X2 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunvericiliyin tələbindən görünür ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə xərcləri müəyyən edərkən, onların ağlabatan miqdarda olmasına diqqət yetirməlidir. Məbləğin ağlabatan olması o, deməkdir ki, məhkəmə nümayəndənin və vəkilin göstərdiyi yardıma görə onlara ödənilməli məbləği müəyyənləşdirərkən konkret halları, yəni göstərilən yardımın həcmini, müddətini, nümayəndələrin və vəkillərin sayını, işin mürəkkəbliyini və sair halları nəzərə almalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə əsasən də göstərilən məhkəmə xərcləri tutularkən həmin məbləğ sübut edilən həddə və həmçinin ağlabatan miqdarda olmalıdır. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 10.000 ABŞ dolları əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10000 (on min) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 133 (bir yüz otuz üç) manat pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 ABŞ dolları əsas borc, 100 manat hüquqi xidmətlərə görə haqq, 30 manat məhkəməyə və 3 manat notariat hərəkətlərinə görə dövlət rüsumu, cəmi 10000 (on min) ABŞ dolları məbləğində pulun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 133 (bir yüz otuz üç) manat pul tutulub İddiaçı ödənilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar