Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4790/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şəxsi minik avtomobili ilə əlaqədar vurulmuş maddi ziyan, pul tələbinə və şəxsi avtomobilinin yararsız hala salınmasına, bəzi hssələrinin icazəsiz satılmasına görə qanuni tədbir görülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 06 iyul 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci il tarixli ZMZ mator "** YA ***" Dövlət nömrə nişanlı "Qaz-31105" markalı Volqa avtomobilini 8 aydır ki, tarmar günə saldıqları üçün, eləcə də bu aylar ərzində ona maddi və mənəvi ziyan vurmuş şəxslər: Cavabdeh1 və Cavabdeh2 şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulunu mənimsəmələrinə görə barələrində AR CM-nin müvafiq maddələrinə uyğun olaraq Cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb istintaqa göndərilməsi, cavabdehlərin aldadaraq ondan aldıqları 1.150 AZN pulun - hər ay üçün borca faizlə götürdüyü 1.000 manat pula 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün=240 gün) 10 manat, (2.400 manat (bir min səkkiz yüz + icra müddəti qurtaranadək hesablanması nəzərdə tutmaqla, yəni maşını yararlı olaraq təhvil verildiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 30 manat, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat, məktub və zərflərin göndərilməsi üçün 55 manat, avtomobili üçün ödədiy texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (sürmək hüququndan azad olunmuşdur, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmişdir), torpaqlar üstündə qalaraq çürüməkdə olan 4 təkərin (hər birini 6 aydır ki, almışdı) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması (gözətçinin pulları da ödənməlidir, yəni 240 manat - Avtomobil azadlığa çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi, cavabdehlərin 8 ayda ona vurduqları 5000 manatdan çox mənəvi ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adını qazanmış qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhər 5-ci məhəllə ərazisində ona məxsus 2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" dövlət nömrə nişanlı "Qaz- 31105" markalı Volqa maşınını cavabdehlər Cavabdeh1 adlı şəxs və onun qayınatası ikinci Cavabdeh2 ilə birlikdə “maşın ustası” deməklə, onu aldadıb şəxsi avtomobilini aparmış və aşağıda qeyd etdiyi ağlagəlməz faktlarla rastlaşmışdır. Şəxsi maşınının taleyi bu günə kimi hələ də ona məlum deyildir. Dəfələrlə cavahdehlər onu "maşın təmirdədir, hazır olacaq, 1-2 saata, 1-2 günə gəl apar" deyərək aldatmışlar. Bu barədə cavabdehlərdən biri Şahin ilə aralarında mobil yazışma və səsyazmalar da var. Özünü usta kimi qələmə vermiş Şahin və qaynatası Nazim ilə birlikdə onu aldadaraq bildirmişdir ki, Şahin və onun yanındakı ustalar güvəniləsi ustalardır. Çox səliqəli işləyirlər və onu bu sözləri ilə inandırmışdır. Şahin onu aldadarkən ilk gün yəni 12.10.2020-ci il tarixdə 50 manatı qaynatası Nazim ilə birlikdə olarkən, sonralaq oktyabr ayında isə cəmi 1,100 manat, ümumilikdə 1.150 manat pul almışlar. O bu pula görə hələ də hər ay 100 manata 10 AZİN məbləğində əlavə faiz pul ödəyir. Bu barədə votsap səsyazması ilə cavabdeh olan Şahinə noyabr 2020-ci ildə bildirmişdir və votsap yazışmaları da hal-hazırda var. O isə maşını apardığı ilk günlərdən sürərək öz şəxsi məqsədləri üçün istifadə edirmiş və sonrakı taleyi isə bəlli deyil. Avtomobili ilə bağlı cavabdehlər tərəfindən aldadıldığını hiss edib nəhayət 4 ay sonra, 22.01.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmişdir. 22.01.2021-ci il tarixdə Sumqayıt şəhər 4-cü Polis Bölməsinin təhqiqatçısı Polis Baş Leytenantı Səyyad Hacəhmədov tərəfindən şikayətinə baxılaraq izahat vermişdir. Dəfələrlə işin araşdırılması üçün müraciət etsə belə, təhqiqatçı gözləməyi bildirib, yaxşı olacaq deyərək onu göndərmişdir. Nəhayət 03.02.2020ci ildə AR CPM-nin maddələrinə əməl etməyən təhqiqatçı onun telefon zənglərinə son 10 gün ərzində cavab vermədiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin Baş təhqiqatçısının qəbulunda olmuş, rəis zəng etdikdən sonra təhqiqatçı ona 01.02.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarını 05.02.2021-ci il tarixdə 17.00-da möhürsüz vermiş və işin materialları ilə tanış olmaq üçün icazə verməmişdir. O, təhqiqatçının qərarı ilə heç vaxt razı ola bilməz. Belə ki, cavabdehlər qruplaşaraq onu aldatmış, həm şəxsi avtomobilini yararsız hala salmış, həm də ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, Şahin 8 aydır ki, müxtəlif bəhanələrlə onu aldadır, şəxsi minik maşınını və onu aldadaraq mənimsədiyi pulunu qaytarmaq istəmir. Eşitdiyinə görə hətta maşınını bir neçə hissələrini, özünü də satmaq istəyirlərmiş. Müştərilər gətirib maşını 2.500 manata satacağı barədə ustalara bildirirmiş. Sonralar yəni 4 ayda işlərin getmədiyini hiss edib, aldadıldığını bilib cavabdehlərə dəfələrlə pulu və maşını qaytar desə də, onlar buna əməl etməmişlər. Onun arvadı Aynurə maşını düzəltdirib, ona verəcəyəni deyir. Bunlar deməli ailəlikcə bu kimi cinayət əməllər ilə, yəni digər şəxslərdən maşınlarını ələ keçirib vətəndaşlan aldadaraq pullarını, maşınlarını ələ keçirməklə məşğul olurmuşlar. Ona elə gəlir ki, bu ailə neçə adamların başına bu cür oyunlar açırmış. O, 1.150 manat pulu faizlə götürmüşdür. Hər ay 100 Azn pul ödəyir. Bunu Şahin özü yaxşı bilir və votsap səsyazmasında o noyabr ayında ona bildirmişdir. Bundan əlavə həmin vaxtdan taksilərə hər gün 10-15 Azn pul xərcləyir ki, həmin xərclərin də nəzərə alınmasını, cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş edir. O məhz maşını olmadığı üçün bütün qohum əqrabadan və hüquqşünaslar-şair olaraq bir çox əhəmiyyətli lazımı tədbirlərdən kənarda qalmışdır. Maşının sığorta pulları, texniki baxış pulları da boş yerə aylarla hesablanaraq silinməkdədir. Maşınının təkərləri və oturacaqları çöllükdə toz-torpaq altında çürüməkdədir ki, bu ziyanları da ödəməlidirlər. Təhqiqatçı isə heç bir araşdırma aparmamış, hansısa bir dələduz, şəxsi əmlakını talayan, məhv edən bir cinayətkarın yalan sözlərinə inanmış, “maraqları” hesabına başdansovdu qərar çıxartmışdır. Şahin və qaynatasının bu cür əməlləri ciddi və qanuni formada Azərbaycan Respublikası CPM-nin və CM-nin müvafiq maddələrinə uyğun cinayət məsuliyyəti qaydasında cəzalandırılmalıdır. Lakin, təhqiqatçı tərəfindən maşınının hansı istiqamətlərə sürülməsi, hansı cinayətlərdə istifadə edilməsi, maşının naməlum yerlərdə atılaraq baxımsız qalması, təzə təkərlərinin torpağa qoşularaq çürüməsinə, xarab olması, qapı və pəncərəsi sökülmüş, sındırılmış olması, buferlərin, faralarının, motorxananın bir çox başqa hissələrinin sökülməsi, dövlət nömrə nişanının, maşına dair açarının olmaması, maşına bu aylarda cərimələrin olub-olmamasının müəyyənləşdirilməsi və.s faktları araşdırılmamışdır. Sumqayıt şəhər PB-nin 4-cü PB-nin Təhqiqatçı cinayət işinin başlanmasını rədd edərkən, nəzərə almamışdır ki, həmin şəxsin ondan maşın təmir etmək adı ilə götürərkən, ümumiyyətlə onun maşınını təmir etmək niyyəti olmamış, onun maşınını ələ keçirmək və öz şəxsi mənafeləri üçün hissə-hissə satmaq və şəxsi istifadə etmək niyyəti olmuşdur. Eyni zamanda təmir adı altında onun etibarından sui-istifadə edib ona məxsus pulları mənimsəmək niyyətində olmasını təhqiqatçı yoxlamamış və araşdırmamışdır. Ona görə də cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək həmin şəxsin əməllərinə yenidən hərtərəfli və obyektiv hüquqi qiymət verilməlidir. Cavabdehlərin aldadaraq ondan aldıqları 1.150 AZN pulun - hər ay üçün borca faizlə götürdüyü 1.000 manat pula 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün = 240 gün) 10 manat, (2.400 manat (bir min səkkiz yüz + icra müddəti qurtaranadək hesablanması nəzərdə tutmaqla, yəni maşını yararlı olaraq təhvil verildiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 30 manat, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat, məktub və zərflərin göndərilməsi üçün 55 manat, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (sürmək hüququndan azad olunmuşdur, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmişdir), torpaqlar üstündə qalaraq çürüməkdə olan 4 təkərin (hər birini 6 aydır ki, almışdı) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması (gözətçinin pulları da ödənməlidir, yəni 240 manat - Avtomobil azadlığa çıxanadək, yəni özünə hansı vəziyyətdə vermişdirsə o vəziyyətdə qaytarılanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdehlərin səhlənkarlıqları nəticəsində ona dəymiş maddi və mənəvi ziyanlar məhkəmə qərarı çıxarılıb icra olunub qurtaran müddətin son gününədək hesablanılmalıdır. Bır sözlə cavabdehlərın məsuliyyətsizliyi nəticəsində ona külli miqdarda ziyan dəymiş, saz vəziyyətdə olan avtomobili hissələrə bölünərək yararsız hala salınmış, 1.150 manat pulu isə mənimsənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı adlı şəxslə 12 oktyabr 2020-ci ilə kimi şəxsi tanışlığı olmamışdır. Onunla tanışlığı belə olmuşdur: O Şahinlə, Şirvan Apelyasiya Məhkəməsinə iddia ərizəsi yazdırmaq məqsədilə, Şahinin çoxdan tanıdığı İddiaçı müraciət etmişdir. O vaxtı olmadığını söyləyərək, ərizəni köməkçisinə yazdırmağı tapşırmışdır. Sonra İddiaçı onları otağına dəvət edərək Şahinə demişdir ki, maşını köhnəlib, əzilən yerləri var, detallarının bəzilərini təmir etdirmək lazımdır. Onlar maşının yanına getmiş və o, Şahinə maşının qüsurlarını göstərmiş, sonra da əlavə etmişdir ki, maşının rəngi də köhnəlib, onu rənglətdirmək lazımdır. Bu işləri ən yaxşı ustalara gördürməyi Şahinə deyərək, onu da əlavə etmişdir ki, maşını 10 günə hazır olsun və bütün bu görüləcək işlər üçün ustalara 500 (beş yüz) manatdan artıq pul verməyəcəkdir. Onun yanında İddiaçı Şahinə pul verməmiş, indi üstündə pul olmadığını, bir-iki günə pulu verəcəyini bldirmişdir. O söyləmişdir ki, Sumqayıtda yaxşı maşın ustalarını tanımır. Ceyranbatan qəsəbəsində ən yaxşı tanınmış Namik adlı dəmirçi və Rza adlı rəngsazdır. İddiaçı onu da söyləmişdir ki, Namikin əlləri qızıldır, lakin bir az ləng işləyir, yaxşı olar ki, özü sabah, ya da birisi gün gəlib ustalarla tanış olsun və həm də qiymət danışsın. İddiaçı vaxtı olmadığını bəhanə edərək, Şahinə tam etibar etdiyini söyləmişdir. Sonra onlar 5 nəfər maşını maili küçəboyi aşağı-yuxarı 4 dəfə itələyərək çox çətinliklə işə salmışlar. İddiaçı onun yanında Şahinə pul verməmişdir. Onunla bu görüşü birinci və axırıncı olmuşdur. Bir neçə vaxtdan sonra İddiaçı ona zəng etmiş və demişdir ki, o Şahinə desin ki, yiyəsi maşını tələb edir. Maşın olmadığı üçün heç bir yerə gedə bilmir və 1500 (bir min beş yüz) azn də faizlə pul götürüb. O Şahinə bunları söyləmişdir, o da cavabında üstaların əllərində çoxlu işləri olduğunu və həm də pandemiya ilə əlaqədar olaraq çox vaxt işləmədiklərini söylədi. Sonralar İddiaçı bir neçə dəfə, müxtəlif telefonlarla ona zəng etdmişdir. O Şahinin dediklərini ona çatdırmış, əlavə etmişdir ki, onun özü Ceyranbatan qəsəbəsinə gəlib maşınının təmir vəziyyəti ilə tanış olsun. İddiaçı öz ərizəsində müxtəlif məbləğdə pul vəsaitini tələb edir, o cümlədən: 1. Maşınının saxlanması üçün gözətçiyə 240 manat pul verdiyini iddia edir. Halbuki Ceyranbatan qəsəbəsindəki profılaktoriyanın müdiri onun yaxın tanışıdır. O şəxs də maşının saxlanması üçün onlardan pul tələb etməmişdir. 2. Məhkəməyə xərclədiyi 30 azn-ni onlardan tələb edir. 3. Ozü hüquqşünas olduğu halda, hüquqşünaslara bu iş üçün 300 azn xərclədiyini də iddia edir. 4. Maşınının təmiri üçün 1150 (bir min yüz əlli) azn pulun 1000 (bir min) azn-ni, aylıq 10% ödəməklə sələmçidən borc aldığını iddia edən Qafarov, telefonda onun üstünə qışqıraraq bu iş üçün 1500 (bir min beş yüz) azn pul aldığını söyləmişdi. Dövlət qanunlarına əsasən sələmlə pul verən şəxsin özü, pul alan - şəxslə birlikdə qanunları pozmuş hesab olunurlar.
5. Taksilərə 2400 azn pul xərclədiyini iddia edərək bu pulu da onlardan tələb etməsi də şər və böhtandan başqa bir şey deyil. İddiaçı onun yanında Şahinə, özünün dediyi kimi ilk 50 azn, sonra da 500 azn pul verməmişdir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, həyat yoldaşı Aynurə İbrahimovanın bir müddət əvvəl İddiaçı rəhbəri olduğu tədris kursunda müəllimə işləməsi ilə bağlı sonuncu ilə bir neçə ildir ki, münasibəti yaranmışdır. Buna görə də bir neçə dəfə onun idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz "105" markalı avtomaşını təmir etdirmiş, 2020-ci ilin oktyabr ayında qaynatası ilə birlikdə apellyasiya şikayəti yazdırmaq üçün İddiaçı rəhbəri olduğu tədris mərkəzinə gəlmiş, bu zaman orada İddiaçıla görüşmüş, onunla söhbəti zamanı idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nişanlı "Qaz 3105" markalı avtomaşını təmir etdirmək istədiyini, onun üzərində dəmirçi və rəngsaz işlərinin görülməli olduğunu bildirmiş, o tədris mərkəzinin yanında olan avtomaşına baxmış və onun işə düşmədiyini görmüş, onu itələyərək işə salmış, həmin gün İddiaçı ona ilkin olaraq 50 manat pul vermişdir. O avtomaşında ilkin olaraq dəmirçi işləri görülməsi üçün Ceyranbatan qəsəbəsində yerləşən və Namiq adlı dəmirçi ustanın işlədiyi sexə aparmış, onunla avtomaşında olan dəmir işlərinin görülməsi üçün 150 manata razılaşmışdır. Avtomaşını götürdükdən bir neçə gün sonra o İddiaçı Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən tədris mərkəzinin qarşısında dəmirçi işinin görülməsi, avtomaşına lazım olan ehtiyat hissələrinin alınması üçün 500 manat pul almış, aldığı həmin 500 manat puldan 50 manat pulu dəmirçi işləyən Namiq adlı ustaya beh olaraq vermiş, avtomaşın üçün 30 manat dəyərində ayaqaltı rezinlər, ümumilikdə 90 manat dəyərində bəzək nikellər, 55 manata dinamo üçün diodlar, 3 manat injektoru yumaq üçün dərman, 5 manat elektrolit almış, 10 manat yanacağa və 15 manat yuyucuya vermişdir. Avtomaşının üzərində dəmirçi işləmiş, kiçik bir işi qalmış, sonra da o, İddiaçı rəngsaz üçün pul istəmiş, tədris mərkəzinin qarşısında ondan 600 manat pul almış, dəmirçi işi ləngidiyi üçün avtomaşının rənglənməsi müddəti uzanmışdır. Həmin müddətdə də İddiaçı aldığı pulun onda qalan 750 manat hissəsini pandemiya ilə əlaqədar iş olmadığından xərcləmişdir. Avtomaşını rənglətdirib İddiaçı təhvil verəcəyini desə də, sonuncu imtina edərək ona ödəmiş olduğu pulu tələb etmişdir. Məhkəmənin 17 iyun 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmənin 06 iyul 2021-ci il tarixli iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı uzun illərdir tanıyır. Eyni zamanda onun qardaşı işə universitetdə bir qrupda oxumuşdur. Ədalət ondan 1000 manat borca pul almışdır. O həmin pulu 100 manat əlavə ödəməklə qaytarmağı öhdəsində götürmüşdür. Bugünə qədər həmin pulu qaytarmamışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 01 fevral 2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciətində göstərdiyi xüsusatlar mülki xarakterli olmaqla məhkəmə səlahiyyətinə aid olduğuna görə, toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77 və 88-ci maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. (“S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 sentyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.07.2017-ci il tarixli qərarı) Qanunvericiliyin tələblərindən irəli gələrək, məhkəmə hesab edir ki, polis orqanında verilən izahatlar sübut kimi qəbul edilməlidir. Belə ki, 01 fevral 2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində verdiyi izahatında İddiaçı 50, 500 və 600 manat olmaqla, ümumilikdə 1150 manat pul aldığını etiraf etmişdir. Bu halı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında da etiraf etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı məxsus avtomaşını təmir etdirmək üçün ondan 1150 manat məbləğində pul almış, lakin bugünədək avtomaşını təmir etdirməmiş, eyni zamanda aldığı pulu İddiaçı qaytarmamışdır. Nəticədə iddiaçıya 1150 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən tutulmasını tələb etdiyi 1150 manat pul yalnız Cavabdeh1 tutulmalı, digər Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı mübahisəli pul məbləğini Cavabdeh1 vermişdir. İddiaçı özü də həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan pulu Cavabdeh1 verdiyini bildirmişdir. Bu fakt Cavabdeh1 həm polis bölməsində, həm də məhkəmə iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. İddiaçı pulun bir hissəsinin Cavabdeh2 iştirakı ilə Cavabdeh1 verildiyini bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh2 qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. Cavabdeh1 iddiaçıdan aldığı pulun bir hissəsini iddiaçıya məxsus avtomaşına ehtiyat hissələri aldığını, bir hissəsini isə maşın ustasına verdiyini bildirsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində borca faizlə götürdüyü 1.000 manat pula 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün=240 gün) 10 manat, (2.400 manat (bir min səkkiz yüz + icra müddəti qurtaranadək hesablanması nəzərdə tutmaqla, yəni maşını yararlı olaraq təhvil verildiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat, məktub və zərflərin göndərilməsi üçün 55 manat, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (sürmək hüququndan azad olunmuşdur, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmişdir), torpaqlar üstündə qalaraq çürüməkdə olan 4 təkərin (hər birini 6 aydır ki, almışdı) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması (gözətçinin pulları da ödənməlidir, yəni 240 manat - Avtomobil azadlığa çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, həmin ödənişlərlə bağlı məhkəməyə hər hansı sübut (ödəniş qəbzləri, çeklər və s.) təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi borca faizlə götürdüyü 1.000 manat pula 100 manat pulun 8 aya 800 manat icra olunan gündəlik % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 8 ayda hər gün üçün orta hesabla (8 x 30 gün=240 gün) 10 manat, (2.400 manat (bir min səkkiz yüz + icra müddəti qurtaranadək hesablanması nəzərdə tutmaqla, yəni maşını yararlı olaraq təhvil verildiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara ödədiyi 300 manat, məktub və zərflərin göndərilməsi üçün 55 manat, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (sürmək hüququndan azad olunmuşdur, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmişdir), torpaqlar üstündə qalaraq çürüməkdə olan 4 təkərin (hər birini 6 aydır ki, almışdı) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 8 ay və avtomobili çıxanadək hesablanması (gözətçinin pulları da ödənməlidir, yəni 240 manat - Avtomobil azadlığa çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi hissəsində öz təsdiqini tapmadığından həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları da sübut edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddiaçı 2007-ci il tarixli ZMZ mator "** YA ***" Dövlət nömrə nişanlı "Qaz-31105" markalı Volqa avtomobilini 8 aydır ki, tarmar günə saldıqları üçün, eləcə də bu aylar ərzində ona maddi və mənəvi ziyan vurmuş şəxslər Cavabdeh1 və Cavabdeh2 şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulunu mənimsəmələrinə görə barələrində AR CM-nin müvafiq maddələrinə uyğun olaraq Cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb istintaqa göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1150 manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 10% hissəsində) təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 3 manatı Cavabdeh1 tutulmalı, 27 manatı isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1150 (bir min yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva