Məhkəmə qərarları › İş №2(060)-4823/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4823/2023

13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4823/2023 13.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şikayətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı bank hesablarına sərəncam qoyulması barədə 06 iyun 2023-cü il tarixli 6, 16, 27 saylı sərəncamlarının aradan qaldırılması tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayətçi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı bank hesablarına sərəncam qoyulması barədə 06 iyun 2023-cü il tarixli 6, 16, 27 saylı sərəncamlarının aradan qaldırılması barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh (struktur dəyişikliyində öncə Sumqayıt Baş Gömrük İdarəsi adlanırdı red.) tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 12 may 2023-cü il tarixli 1500/012/0xx-xx/000963 saylı məktuba əsasən qeyd olunur ki, tərəflərindən aparılmış yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı ASC tərəfindən 2018ci ildə Türkiyə və Çin Xalq Respublikasından idxal olunan mallara tərtib edilmiş **********8257, **********971 sorğu nömrəli gömrük bəyamnamələri üzrə «müvəqqəti saxlanc» xüsusi gömrük prosedur qaydalarının pozulması nəticəsində və daşınma xərcinə görə müvafiq gömrük ödənişləri borcu yaranmışdır. Odur ki, qeyd edilən gömrük bəyamnamaləri üzrə 637,50 AZN daxil rüsümu, 879,79 AZN əlavə dəyər vergisi, 77593,63 AZN dəbbə pulu olmaqla, ümumilikdə 79.110,92 AZN gömrük borcunun tam şəkildə, qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunur. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə riayət edilməməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə, forma və məzmununa riayət edilməməklə məhkəməyə verildiyindən məhkəmə icraatı qeyrimümkündür və ərizə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayətçi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı bank hesablarına sərəncam qoyulması barədə 06 iyun 2023-cü il tarixli 6, 16, 27 saylı sərəncamlarının aradan qaldırılması tələbinə dair şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar