Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4899/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsalandırdı ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 xx xxx 2020-ci il tarixdə İcra qeydi vermişdir. İcra qeydinə əsasən ipoteka müqaviləsində tərəf ipoteka saxlayan Bakı şəhəri, Səbail rayonu, Xəqani 21 hüquqi ünvanlı “xxxxxxxxxxxxxxx” X9 tələbi ilə Sumqayıt şəhəri, məh 2, 102/64, S.Vurğun küçəsi ünvanında qeydiyyatda olan İpoteka qoyana (İddiaçı MMC-yə) məxsus ipoteka predimeti olan Sumqayıt şəhəri, Tuğ Zavod qəsəbəsi ünvanında yerləşən 489,4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və “VOLVO L1İOE” markalı, AZ 50T473 dövlət qeydiyyat nişanlı (buraxılış ili-2006, Zavod N ** EV ***66, rəngi-sarı) yükləyiciyə (öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 667389,20 manat tutmaya yönəldilmişdir. Hesab edir ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli icra qeydi tamamilə əsassız və qanunsuzdur. Ona görə də, məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, iddiaçı “xxxxxxxxxxxxxxx” cavabdehlər X10 və İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1 nömrəli əlavənin və xx.xx.2019-cu il tarixli, 2 nömrəli əlavənin ləğv edilməsi, cavadehlər İddiaçı MMC-dən və X4 iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 653183.72 manat əsas kredit borcunun, 13335.48 manat faiz borcunun, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün rüsum kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 666579.20 manat pulun tutulması, tutmanın xüsusi mülkiyyət hüquqi ilə İddiaçı MMC-yə məxsus ipoteka predmetləri olan Sumqayıt şəhəri, Tuğ zavod qəsəbəsində yerləşən 489.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına, 2006-cı il buraxılışlı, sarı rəngli, mühərrik markası D7E LA E3, gücü 180 KVt, zavod №2666 olan VOLVO L1 İOE markalı (modelli) yükləyiciyə, girov predimeti olan beton hazırlayan avadanlığa yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 666579.20 manat pulun “xxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi, ipoteka predimeti olan qeyriyaşayış binasına tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predimetinin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavadehlər İddiaçı MMC-dən və X4 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmənin nəzərinə çatdırır ki, notarius tərəfindən onlara yazılı bildiriş təqdim edilməmişdir. Əgər elə bir bildiriş təqdim edilsəydi o zaman cavab olaraq mübahisənin məhkəmədə getdiyini bəyan edərdilər. Hal-hazırda mübahisə predimeti barədə təfələr arasında məhkəmə mübahisəsi davam edir. Hesab edir ki, nə qədər ki, tərəflər arasında məhkəmə mübahisəsi davam edir və məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi yoxdur o zaman notarius tərəfindən icra qeydi verilə bilməzdi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu X1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işin məhkəmə baxış iclasına onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X8 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddianı qəbul etmirlər və aşağıda göstərilənlərə əsasən ona etiraz edirlər. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri 4 saylı Notariat ofisinin xüsusi nota-riusu Cəmaləddin Rüstəmov tərəfindən xx.xx.2020-ci ildə ipoteka saxlayan “xxxxxxxxxxxxxxx” ASC-nin müraciətinə əsasən iddiaçıya (ipoteka qoyana) məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Tuğ Zavod qəsəbəsində yerləşən 489.4 kv.m qeyri-yaşayış binasına və AZ 50T473 qeydiyyat nişanlı VOLVO L11OE markalı yükləyiciyə tutma yönəldilməsi barədə 8İ-6298 №-li icra qeydi aparılmışdır. İddiaçı qeyd olunan ipoteka predmetləri ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsinin olduğunu və ona notarius tərəfindən yazılı bildirişin təqdim olunmadığını göstərərək icra qeydinin aparılmasını qanunsuz və əsassız sayır. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 2-ci hissəsinə görə icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyivə bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılması üçün iddiaçının göstərdiyi kimi, borcla bağlı mübahisənin olub-olmamasını deyil, borcun mübahisəsiz olmasının məhz təqdim edilən sənədlərlə təsdiq olunması tələbini müəyyən edir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 9-cu hissəsinə görə borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını AR-in müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycabn Respublikası NK-nin xx.xx.2000-ci il tarixli,156 №-li qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-1-ci bəndinə görə ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dötlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli, b) ipoteka saxlayanın “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndəril-məsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Qanunun 64cü maddəsinə uyğun olaraq əldə edilir. Siyahının 1-1-ci bəndində göstərilən sənədlər notariusa təqdim olunursa, bu, haqqında icra qeydi aparılan borcun mübahisəsiz olduğunu təsdiq edir və digər şəxslərin borcun mübahisəli olub-olmamasına dair subyektiv münasibətindən asılı olmayaraq icra qeydinin aparılması üçün əsasdır. Əks halda əmlak və pul tələbinin məhkəmə qaydasında mübahisələndirmək imkanını olduğuna görə bu tələblər üzrə icra qeydinin aparılması barədə normaların mövcudluğu mənasız olardı. Ona görə də tərəflər arasında Bakı Kommersiya Məhkəməsinin icraatında olan pul tələbinə dair mübahisəninolması ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin aparılmasına hüquqi maneə kimi qəbul oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, barəsində icra qeydi aparılan ipoteka predmeti olan əmlaklar həmin məhkəmə mübahisəsinin predmeti deyil. İcra qeydinin aparılması üçün notariusa təqdim olunan sənədlərdən görünür ki: 1) tərəflər arasında qeyd olunan əmlakların ipoteka ilə yüklü olunmasını nəzərdə tutan notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmış; 2) həmin müqavilə (bankın ipoteka hüququ) daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış; 3) ipoteka ilə təmin olunan öhdəlik vaxtında icra olunmadığı üçün bank “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi sifarişli məktubla ipoteka qoyana göndərmiş, 4) ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün tələb olunan və borcun mübahisəsiz olduğunu təsdiq edən bütün sənədlər mövcuddur və notariusa təqdim olunmuşdur. Odur ki, icra qeydi aparılarkən “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbləri pozulmamışdır. Onu da nəzərə almaq lazımdır ki, iddiaçının məhkəmə qaydasında mübahisələndirdiyi icra qeydi pulun ödənilməsi və ya əmlakın qaytarılması barədə deyil, ipoteka predmetinə tutmanın yönəldilməsi barədəaparılmışdır ki, bu notariat hərəkətinin aparılması üçün tələb olunan sənədlərin dairəsi “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 1-1-ci bəndində dəqiq müəyyən edilmişdir. Həmin siyahıda notariusun ipoteka qoyana hər hansı bildiriş göndərmək vəzifəsi nəzərdə tutulmamışdır. İddia ərizəsində göstərilən notarius vasitəsilə kreditorun borcluya göndərməli olduğu yazılı bildiriş yalnız pulun ödənilməsi və ya əmlakın qaytarılması barədə icra qeyd aparılarkən tələb olunur. Mübahisələndirilən icra qeydi isə bu barədə aparılmayıb. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və ya etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı icra qeydinin qanunsuz olduğunu göstərsə də, lakin bunu sübut edə bilməmişdir. Odur ki, iddia əsassız olduğu üçün təmin olunmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 4 №-li qərarının 8-ci bəndinə görə notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli, 143-İVQD №- li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı icra qeydinin ləğv olunması tələbi barədə iddiasının təmin olunmaması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 17002-0051/174788 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxx” ASC tərəfindən İddiaçı MMC-yə 60 ay müddətinə 690.258 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 17002-0051/174788/Sİ saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı MMC kredit müqaviləsinin təminatı olaraq “VOLVO L11OE” markalı, AZ 50-T-473 dövlət qeydiyyat nişanlı (buraxılış ili-2006, Zavod N-** EV ***66, rəngi-sarı) yükləyicini “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipotekaya qoymuş və ipoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 110.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı MMC kredit müqaviləsinin təminatı olaraq Sumqayıt şəhəri, Tuğ Zavod qəsəbəsi ünvanında yerləşən 489.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsini “xxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə ipotekaya qoymuş və ipoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 1.000.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə və “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən həmin ipoteka müqaviləsi tərəf ipoteka saxlayan Bakı şəhəri, Səbail rayonu, Xəqani 21 hüquqi ünvanlı “xxxxxxxxxxxxxxx” ASC-nin tələbi ilə Sumqayıt şəhəri, məhəllə 2, 102/64, S.Vurğun küçəsi ünvanında qeydiyyatda olan ipoteka qoyana (İddiaçı MMC-yə) N**********, xx.xx.2011-ci il tarixli qeydiyyat) məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Tuğ Zavod qəsəbəsi ünvanında yerləşən 489.4 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə və “VOLVO L11OE” markalı, AZ 50-T-473 dövlət qeydiyyat nişanlı (buraxılış ili-2006, Zavod N-** EV ***66, rəngi-sarı) yükləyiciyə öhdəlik yaradan müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 667389,20 manat tutmaya yönəldilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin Qanununun 76-cı maddəsində o da göstərilmişdir ki, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İddiaçı tərəf “xxxxxxxxxxxxxxx” ASC-nin iddiası üzrə Bakı Kommersiya Məhkəməsində baxılan məhkəmə mübahisəsini əsas gətirərək verilmiş icra qeydinin ləğv edilməsini tələb edir. Halbuki işdən görünür ki, Bakı Kommersiya Məhkəməsində baxılan iş, iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-nin cavabdehlər X5 və İddiaçı MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, kreditin, faizlərin ödənilməsi və girov predmetinə tutmanın yönəldilməsinə” dair iddiası üzrədir. Göründüyü kimi, iddiaçı icra qeydi verilənə qədər hər hansı bir sənədi, o cümlədən tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrini mübahisələndirməmiş, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4899/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4899/2020
22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver