Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4926/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçılar İddiaçı2 MTK-nın nümayəndəsi və vəkili, İddiaçı1 vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MTK-nın Cavabdeh qarşı maddi, mənəvi və işgüzar nüfuza dəymiş zərərin ödənilməsinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 MTK-nın Cavabdeh qarşı maddi, mənəvi və işgüzar nüfuza dəymiş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 000 (bir yüz min) manat məbləğində işgüzar nüfuza vurulmuş zərərin İddiaçı1, 100 000 (bir yüz min) manat məbləğində maddi zərərin İddiaçı2 MTK-nın, hüquqi yardım üçün Vəkil Bürosuna ödənilmiş 510 manat məbləğində xidmət xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 200540 (iki yüz min beş yüz qırx) manat məbləğində pulun müştərək qaydada iddiaçıların xeyrinə tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MTK AR Vergilər Nazirliyinin 2 saylı ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi 09.09.2014-cü il tarixdə qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. Adından da göründüyü kimi bu müəssisə faktiki olaraq Xırdalan şəhəri ərazisində mənzil tikintisi ilə məşğul olur. HazırdaXırdalan şəhəri, H.Əliyev prospekti ünvanında çoxmərtəbəli yaşayış sahələrini əhatə edən bir neçə binanı payçıların istifadəsinə vermişlər. Hazırda həmin ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilir. Lakin mənzillərin alıcıları arasında kooperativə əsassız olaraq inamsızlıq halları artmağa başlamış və satış həcmi əhəmiyyətli dərəcədə azalmışdır. Bunun əsas səbəbi ünvan 1 ünvanında yaşayan Cavabdeh Respubliknın müxtəlif dövlət orqanlarına və internet resurslarına yazdığı çoxsaylı əsassız, qərəzli müraciətləri və çıxışlarıdır. Belə ki, Cavabdeh İddiaçı2 MTK-ya ünvanlandığı 23.02.2021-ci il tarixli məktubu ilə “xxxx” MMC tərəfindən inşa edilən 240A saylı 9 mərtəbəli yaşayış binasında 21 saylı mənzilin dəyərini tam ödədiyini, lakin mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışı ala bilməməsini və bu məqsədlə ona İddiaçı2 MTK tərəfindən maliyyə arayışı və mənzilin sxem-layihəsini vermələrini xahiş etmişdir. 09.03.2021-ci il tarixli cavab məktubunda İddiaçı2 MTK-nın həmin mənzillə bağlı hər hansı hüquqmüəyyənedici sənədi verməsinin qeyri-mümkünlüyünü bildirmişlər. Bundan sonra Cavabdeh 16 mart 2021-ci il tarixli məktubla İddiaçı2 MTK-ya təkrarən eyni tələblə müraciət etmiş, kooperativi şantaj edərək, hədə-qorxu yolunu tutmuş və tələblərini davam etdirmişdir. Bu dəfə İddiaçı2 MTK olaraq 30.03.2021-ci il tarixli cavab məktubu ilə Cavabdeh 240A saylı binanın 21-ci mənzilinə dair tələb etdiyi sənədləri vermək hüquqlarının olmadığını və kommunal xidmətlərin tərəflərindən həyata keçirilməsi səbəbindən aidiyyatı xidmət haqlarının qanuni əsaslarla toplanılaraq mədaxil edilməsini və vergidən yayınmanın istisna olduğunu birdaha diqqətinə çatdırmışlar. Lakin Cavabdeh əsassız vəqərəzli mövqeyindən əlçəkmək əvəzinə iddiaçılara heç bir aidiyyatı olmayan mənzilə dair “Muxalifet.az” saytına, “Müxalifət” İnformasiya portalına İddiaçı1 və “xxxx”xxxx“xxxx MTK kommunal xərclərini topladığı binaların ona aidiyyatı olmadığını bildirir-Yaşayış kompleksinin sakinləri müvafiq arayışları ala bilmirlər” başlığı altındayazı dərc edilmiş və həmin məqalə ürə 23.03.2021-ci il tarixdə, saat 12:04-ə 517 baxış sayı olmuşdur. Məqlədə müvafiq arayışları ala bilməyən yaşayış kompleksinin sakinləri dedikdə özündən başqa ikinci birsakinin adına rast gəlinmir. Eyni zamanda müxtəlif dövlət orqanlarına- Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə İddiaçı1 və İddiaçı2 MTK-nın nüfuzuna xələl gətirən çoxsaylı əsassız şikayət ərizələri göndərərək kooperativin işini iflic vəziyyətinə salmaqla dövlət orqanları və əhali arasındaişgüzar nüfuzlarına ciddi ziyan vurmuşdur. Belə ki, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında inşa etdikləri çoxmənzilli yaşayış binasından satış üçün 40% aşağı düşmüş, alıcılraın onların kooperativə və şəxsən kooperativin rəhbərinə inamı zəifləmişdir. Nəticədə bankdan götürdükləri kreditləri və podratçılarla hesablaşmalarda ciddi problemlər yaranmış və kooperativ təxminən 100 000 (bir yüz min) manat maddi zərərə düşmüşdür. İddiaçı2 MTK Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3,6 hektar torpaq sahəsinin tək mülkiyyətçisi olmuş X14 arasında 09.09.2014-cü il tarixli “X10” bağlamış və həmin müqaviləyə əsasən qeyd olunan ünvanda inşa edilmiş 19 bloklu çoxmərtəbəli yaşayış binasının 7 blokunu inşa edərək payçıların mülkiyyətinə vermişdir. Cavabdeh arayışlar tələb etdiyi 21 saylı mənzilin yerləşdiyi bloku onlar inşa etməmişlər. Yaşayış kompleksinin şərti adı İddiaçı2 olsa da, 19 blokdan 12-ni “xxxx” MMC inşa etmişdir. Torpaq sahibi olan X14 və müqavilə tərəfi olmuş payçılar qarşısında öhdəliyi olmuş, Cavabdeh ilə heç bir müqavilələri və təbii ki, heç bir hüquq və vəzifələri olmamışdır. Cavabdeh “xxxx” MMC ilə 09.07.2016-cı il tarixli, İH-A(b./0026) nömrəli müqavilə bağlayaraq “xxxx” MMC-dən Xırdalan şəhəri, H.Əliyev prospektində “xxxx” MMC-yə məxsus “AAAF PARK” yaşayış massivində 240A saylı binanın 99,0 kv.metr sahədən ibarət olan, 3 otaqlı 21 saylı mənzilini almışdır. Həmin mənzil üzrə “xxxx” MMC-yə 09.09.2016-cı il tarixli, İH-A(b)/0074 nömrəli Maliyyə Arayışına əsasən mənzilin dəyərini ödəmişdir. Müqavilə və maliyyə arayışında alıcı və satıcı məlum,tərəflərin hüquq və vəzifələri müəyyən olduğu halda cavabdehin hansı əsaslarla İddiaçı2 MTK-dan israrla sənəd tələb etməsi absurddur. Cavabdeh və ailə üzvləri dəfələrlə əməkdaşlara qanunsuz tələbləri ilə bağlı davamlı telefon zəngləri edərək iş fəaliyyətlərini pozmuş, əsəbi-gərgin vəziyyət yaratmışlar. Cavabdehin şikayətləri ilə bağlı müxtəlif dövlət orqanlarına dəvət olunaraq əsassız yerə vaxt və enerji sərf etmiş, izahatlar yazmaq, bu qanunsuzluğun aradan qaldırılmasında İddiaçı2 MTK-ya hüquqi yardım üçün Vəkil Bürosuna 510 manat xidmət haqqı və 30 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 MTK-nın nümayəndəsi və vəkili, İddiaçı1 vəkili X6 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X13 və cavabdehin nümayəndəsi X9 izahat verərək bildirdilər ki, cavabdeh “xxxx” MMC ilə 09.07.2016-cı il tarixli, İH-A(b./0026) nömrəli müqavilə bağlayaraq “xxxx” MMC-dən Xırdalan şəhəri, H.Əliyev prospektində “xxxx” MMC-yə məxsus “AAAF PARK” yaşayış massivində 240A saylı binanın 99,0 kv.metr sahədən ibarət olan, 3 otaqlı 21 saylı mənzilini almışdır. Bundan sonra həmin mənzili təmir edərək yaşamağa başlamışdır. İddiaçı2 MTK ondan hər ay binaya xidmət üçün ödəniş alır. O, İddiaçı2 MTK-ya müraciət edərək mənzilinə dair Çıxarış almaq üçün müvafiq sənədləri istəmiş, lakin MTK sənədlərin verilməsindən imtina etmişdir. Bundan sonra o, AAAF MMC-yə müraciət etmiş, oradan əvvəlcə şifahi sonra isə rəsmi olaraq ona cavab vermişlər ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarına İddiaçı2 MTK tərəfindən xidmət göstərilir, həmin binalar sifariş əsasında onlar tərəfindən inşa edilərək İddiaçı2 MTK-ya təhvil verilmişdir. Sözügedən binalara dair arxiv sənədləri MMC-də deyil İddiaçı2 MTK-da saxlanılır. Qeyd edilənlərə əsasəndə, o, hüquqlarının bərpa edilməsi üçün Dövlət orqanlarına müraciət etmiş, həmin müraciətlərdən birinidə KİV vasitəsi ilə ictimayyətləşdirmişdir. Onun heç kimin nüfuzuna maddi və mənəvi zərər yetirmək fikri olmayıb və yoxdur, müraciətlərinin hamısında yalnız aldığı mənzilə dair sənədlərin ona verilməsini xahiş etmişdir. Müracitlərində İddiaçı2 MTK-ya qarşı şikayəti olduğunu ona görə qeyd etmişdir, ki, həmin mənzildə yaşadığı gündən xidmət haqqı onlar tərəfindən yığılır, digər sakinlər İddiaçı2 MTK tərəfindən verilmiş sənədlər əsasında Çıxarışlar almışlar və AAAF MMC rəsmi cavab veririk ki, sənədlər İddiaçı2 MTK-da saxlanılır. Onlar iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş edirlər. “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; -25 avqust 2012-ci il tarixli X10ndən görünür ki, birgə fəaliyyət tərəfləri bu Müqavilədə nəzərdə tutulmuş qaydada birgə fəaliyyət işlərinin aparılması, X11 məxsus Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 3.6 hektar torpaq sahəsində çoxmərtəbəli evlərdən ibarət yaşayış kompleksinin tikintisi üçün tərəflərin sərəncamında olan, avadanlıq, birgə fəaliyyət işlərinə yararlı istənilən əmlak. O cümlədən daşınmaz əmlakın, işçi qüvvəsinin cəlb edilməsi və mənfəətin bölüşdürülməsi nəzərdə tutulur. - 09 iyul 2016-cı il İH-A(b)/0026 saylı mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, “Satıcı” “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilən (inşa edilmiş), 2540-A saylı, 9 mərtəbəliyaşayış binasında ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 99,0 kv.metr olan, 3 otaqdan ibarət 21 saylı mənzili satmağı, alıcı Cavabdeh isə müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. - 13 iyul 2018-ci il tarixli X19 müqaviləsindən görünür ki, müqavilə tərəfləri X17, X20 və Mehdiyeva Elnarə İlham qızı Sumqayıt “ASAN xidmət” mərkəzi notariat kontorunun xüsusi notariusu X12 tərəfindən verilmiş 13 iyul 2018-ci il tarixli, 2V-772 №-li reyestr nömrəsi ilə təsdiq olunmuş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarını X4 bağışlanmışdır. -13 iyul 2018-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməsinin notarial təsdiq olunmuş surətindən görünür ki, 05.10.2017-ci il tarixdə ölmüş X14 vərəsələri X7, X17, X20 və Mehdiyeva Elnarə İlham qızı miras əmlakdan ¼ hissədə pay almalıdırlar. -Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı2 MTK-nın qanuni təmsilçisi İddiaçı1dur. -Cavabdeh X1 dərc olunmuş şikayət məktubundan görünür ki, çıxarış almaq üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilməsi üçün MTK-dan maliyyə arayışı və mənzilin sxem layihəsi alınmalıdır. Yaşadığı binanın bir çox sakinləri 2500-3000 manat qarşılığında mənzillərinə çıxarış almışlar və həmin sakinlərə müvafiq sənədlər İddiaçı2 MTK tərəfindən verilmişdir. Sənədlərin alınması üçün MTK rəhbərliyinə ünvanlanan müraciətə cavab olaraq 09.03.2021-ci il, AC-305/03-20 №-li məktubunda İddiaçı2 MTK rəhbərliyi məntiqsiz olaraq qeyd edilən yaşayış kompleksinin onlara aidiyyəti olmadığını rəsmi qaydada bəyan edir. - “xxxx” MMC-nin Cavabdeh ünvanladığı məktubdan görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarına İddiaçı2 MTK tərəfindən xidmət göstərilir, həmin binalar sifariş əsasında onlar tərəfindən inşa edilərək İddiaçı2 MTK-ya təhvil verilmişdir. Sözügedən binalara dair arxiv sənədləri MMC-də deyil İddiaçı2 MTK-da saxlanılır. - İddiaçı2 MTK-ya məxsus mədaxil qəbzlərinə əsasən Cavabdeh hər üçün mənzilinin hər kv m görə onlara 0,30 manat ödəyir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçılara maddi və mənəvi ziyanının vurulması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh hər ay kommunal xidmətlər üçün İddiaçı2 MTK-ya ödəniş etdiyindən, digər qonşuların həmin MTK tərəfindən verilən sənədlər əsasında Çıxarış aldığından və “xxxx” MMC-nin cavabdehə əvvəl şifahi bildirdiyi sonra isə rəsmi ünvanladığı məktuba əsasən, cavabdeh Çıxarışın alınması üçün sənədləri MTK-dan tələb etmək məcburiyyətində qalmışdır. Həmin tələbi yerinə yetirilmədiyi üçün hüquqlarının müdafiəsinə köməklik göstərilməsini Dövlət Orqanlarından xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə ki, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan maddi və mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçılar tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və "İddiaçı2" MTK-nın Cavabdeh 100000 manat işgüzar nüfuza vurulmuş zərərin İddiaçı1, 100000 manat maddi zərərin "xxxx" MTK-nın, hüquqi yardım üçün Vəkil Bürosuna ödənilmiş 510 manat xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 200540 manatın müştərək qaydada iddiaçıların xeyrinə tutularaq onlara ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4926/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4926/2021
22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver