Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4996/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlu, İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh1nə qarşı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyindən şikayət tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı Sumqayıt şəhər İcra idarəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X1 barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, vətəndaş İddiaçı iddia ərizəsi ilə cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyəti və Cavabdeh1nə qarşı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyindən şikayət edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-819/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra edilməməsi ilə bağlı icra məmuru barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bu növ tələblər üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. (8 indeks ilə) Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 153.2.1-ci maddəsinin tələbi pozulduğundan, ərizənin qəbulundan imtina edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Cavabdeh1nə qarşı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyindən şikayət tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4996/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4996/2025
11.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver