Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5012/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh2 Pərvaz oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 xüsusi notariusu X5 tərəfindən 28 yanvar 2021-ci il tarixdə aparılmış və reyestrdə “8İ-759” nömrə ilə qeyd edilmiş ondan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə 4520 manat pulun tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Novruzov X8 ilə aralarında bağlanmış 02 aprel 2016-cı il tarixli kredit müqaviləsinə əsasən guya onun tərəfindən ona 4500 manat krediti verilmişdir. Sözügedən müqavilə aralarında bağlansa da həqiqətdə ona kredit müqaviləsi bağlanmamış, kredit münasibətləri yaranmamış, ona hər hansı bir məbləğdə kredit verilməmiş, belə bir niyyətləri də olmamışdır. Başqa bir məsələ ilə əlaqədar olaraq görünüş üçün müqavilə bağlanılmış, kredit verilməsi ilə bağlı həqiqi niyyətləri olmamışdır. Buna baxmayaraq İddiaçı notariat orqanına müarciət edərək kredit müqaviləsi üzrə icra qeydi verilməsini xahiş etmiş və notarius tərəfindən də 28 yanvar 2021-ci il tarixdə icra qeydi verilmişdir. Həmin icra qeydi icra edilməsi üçün Beyləqan rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədindən görünür ki, guya onun "İddiaçı 4520 məbləğində borcu vardır və tutulmalıdır. Bu tamamilə əsassız və qanunsuz bir qeyddir ki, notarius tərəfindən verilmişdir. Hazırda kredit müqaviləsinin yalan əqd olması, o cümlədən, həmin məbləğin ona ödənilib-ödənilməməsi ilə bağlı mübahisə olduğundan bu mübahisənin icra qeydi ilə həll edilməsi qanunverciliyin tələbinə ziddir. İndiki halda notariat orqanı öz qanunsuz hərəkəti ilə icra qeydi tərtib etmişdir. Çünki, qanunun tələbindən göründüyü kimi icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdikdə verilə bilər. İndiki halda borc müqaviləsi və borc məbləğinin verilməsi ilə bağlı mübahisə vardır. Müqavilə 02 aprel 2016-cı ildə bağlanılmış, kreditin son qaytarılma tarixi xx.xx.2017-ci il müəyyən edilmiş, kredit məbləğinin 18 ay müddətinə hər ay 250 manat qaytarılması qeyd olunmuşdur. Tərəflərindən Cavabdeh2 Pərvaz oğlundan heç bir məbləğ alınmamış, tərəfindən ona hər hansı bir məbləğ qaytarılmamışdır. Müqavilənin həqiqi müqavilə olduğunu düşünsələr belə Cavabdeh2 Pərvaz oğlunun tələb etmək hüququ həm növbəti aylar üzrə məbləği qaytarmadığı, yəni müqavilənin şərtini pozduğu andan, həm də öhdəliyin son icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən yaranmış olardı. Hər iki halda qanunla icra qeydi verilməsi üçün müəyyən edilmiş 3 illik müddət ötmüşdür. Nəticədə notariat orqanı qeyri-qanuni olaraq icra qeydi vermişdir. Bütün bunlar mübahisə doğurduğundan məhkəmə müstəvisində həll edilməli məsələlərdir və Cavabdeh2 Pərvaz oğlununun məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 xüsusi notariusu X5 tərəfindən 28 yanvar 2021-ci il tarixdə aparılmış və reyestrdə “8İ-759” nömrə ilə qeyd edilmiş ondan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə 4520 manat pulun tutulması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 Pərvaz oğlu iddia tələbini qəbul etməyərək göstərdi ki, xx.xx.2016-cı il tarixindən kredit borcu bağlanan zaman müddət 10 il müddətinə müəyyən olunmuşdur. Sonra qanunda olunan dəyişikliklər 3 il müddət nəzərdə tutulsa da, o, hər il pulunun alınması barədə tələb irəli sürmüşdür. Sadəcə olaraq İddiaçı ona hər il yalvararaq müddətin uzadılmasını xahiş etmişdir. O, da insanlıq nümayiş etdirərək ona “yox” deməmiş, bildirmişdir ki, az-az da olsa borc pulu ödəsin. Cavabdeh isə onun etimadından istifadə edərək dələduzluq etməklə müddətin keçməsinə səbəb olmuş, bu səbəbdən də hazırda belə bir iddia qaldırmışdır. İddiaçı onun etimadından istifadə etməklə, niyyəti hər hansı bir öhtəliyi yerinə yetirməyə yox, sadəcə olaraq ona aid əmlakı və külli miqdarda pulu mənimsəmək olub. Onu da qeyd edir ki, təxminən aprel ayında Beyləqan icra məmuru tərəfindən İddiaçı oğlna qarşı təqdimat qaldırılmış, onlar tərəfindən, yəni həm özü, həm də qohumları xahiş etdilər ki, 1 ay müddətinə möhlət ver, onlar məbləği ödəyəcəklər. Tərəfindən icra şöbəsinə teleqram göndərmiş və 1 ay müddətinə İddiaçı vaxt vermişdir. Bu hadisədən sonra o, işinlə əlaqədar Rusiya Federasiyasına getmişdir. xx.xx.2022-ci il tarixində o, vətənə qayıdarkən ona məlum oldu ki, onu məhkəmə vermişdir. Hal-hazırda o, cavabdehin iddia tələbini qəbul etmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Beyləqan rayonu 1 saylı notariat kontoru qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, o, hər iki tərəfi tanıyır. Vüqar Azaddan kreditə maşın götürmüşdür. İlkin ödəniş olaraq 2250 manat pul ödənilmişdir. Maşın alındıqdan sonra hər ayın sonu Vüqar tərəfindən Azada pul ödənilirdi. Onlar avtomobilin dəyərini tam ödədikdən sonra avtomobili öz mülkiyyətlərinə keçirmişlər. Vüqar Azada olan borcunu onun iştirakı ilə tam ödəmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, iddiaçını tanıyır. Vüqar bir neçə dəfə onunla kiməsə pul verməsi üçün onunla getməsini xahiş etmişdir. O, Vüqarla getsə də, maşında əyləşib Vüqarı gözləmiş və Vüqarın kimə nə üçün pul verməsinin şahidi olmamışdır. Məhkəmə İddiaçı, Cavabdeh2 Pərvaz oğlu, şahidlər X4 və X2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 (dörd min beş yüz) manat tutulması qeyd edilmişdir. İş materiallarında olan 02 aprel 2016-cı il tarixli “kredit müqaviləsi”nin surətindən müəyyən olunur ki, Cavabdeh2 Pərvaz oğlu İddiaçı 4500 (dörd min beş yüz) manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə İddiaçı 4500 (dörd min beş yüz) manat pulu 18 (on səkkiz) ay müddətinə hər ay 250 (iki yüz əlli) manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 manat tutulmalı, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair çıxarılmış icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Beyləqan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında İcra məmurunun İddiaçı ünvanladığı bildirişinin surətindən görünür ki, Cavabdeh2 Pərvaz oğlunun xeyrinə müddət üçün vaxtında ödənilməmiş 4500 (dörd min beş yüz) manat tutulmalı, ondan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4520 manat pul tutulmasına dair Beyləqan rayon 1 saylı notariat ofisinin 8İ-759 saylı, 28 yanvar 2021-ci il tarixli icra qeydini təmin edilməsi üçün 10 gün müddətinə könüllü vaxt verilmişdir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Pərvaz oğluna qarşı “Cavabdeh1 xüsusi notariusu X5 tərəfindən 28 yanvar 2021-ci il tarixdə aparılmış və reyestrdə “8İ-759” nömrə ilə qeyd edilmiş ondan Cavabdeh2 Pərvaz oğlunun xeyrinə 4520 manat pulun tutulması” barədə iddia tələbi tələbinin təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5012/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5012/2022
30.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver