Məhkəmə qərarları › İş №2(060)-5041/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5041/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5041/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və maraqlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 1 saylı Sumqayıt Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə verilmiş “İcra qeydi”nin ləğv edilməsi, icra qeydinə əsasən pensiyasından tutulmuş 81 manatın geri qaytarılması və ödənilmiş 34 barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən 14 mart 2024-cü ildə ondan (X5) Cavabdeh2 ASC-nin xeyrinə 1344,42 manatın tutulması barədə “İcra qeydi” verilmişdir. 1 saylı Notariat Kontorunun 8İ-2088 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Maraqlı şəxs xx.xx.2024-cü ildə “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən ondan 1369,42 manatın tutulması üçün icraata başlanmışdır. Bildirir ki, o, xx.xx.2024-cü il tarixli, 8İ-2088 saylı icra sənədinə etiraz edir. Beləki, o, Cavabdeh2 ASC ilə hər hansı bir müqavilə imzalamamış və həmin banka borcu yoxdur. Belə olan halda 1 saylı Notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan icra qeydi vermişdir. Ona qarşı tələbkar bildirişlə müraciət etməmişdir. Bundan əlavə qeyd edir ki, icra qeydi əsasında aldığı pensiyadan keçən ay yəni, iyun 2024-cü il üçün 81 manat tutulmuşdur. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək bildirdi ki, o, bankla heç bir müqavilə bağlamamış və pul götürməmişdir. Heç bir məhkəmə iclaslarında kredit borcunun yaranmasına görə iştirak etməmişdir. Buna baxmayaraq onun pensiyasından kreditin ödənilməsi üçün pul tutulur. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş üzrə cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisi, Kapital Bank” ASC və maraqlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda Sumqayıt şəhər 1 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin və maraqlı tərəfin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli İcra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC-nin xeyrinə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 9 ünvanında qeydiyyatda olan İddiaçı GTZK4092510A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1344 manat 42 qəpik tutulması müəyyən edilmişdir. Bundan əlavə İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1369,42 manat pul tutulsun. İşə əlavə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, X3 Cavabdeh1 8İ-2088 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini 10 gün müddətinə könüllü olaraq təmin edilməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görürlməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclə və icra ödənişin tutulması qərara alınmışdır. İşdə olan Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin 14 mart 2024-cü il tarixli, 8İ-2088 saylı icra qeydinə əsasən (GTZK4092510A299 saylı müqavilə üzrə) borclu İddiaçı tələbkar Cavabdeh2 ASC-yə olan qalıq borcu 1005,54 manat təşkil edir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu X1 cəmi 1369,42 manat məbləğində pulun tutularaq tələkar "xxxx" ASC-yə ödənilməsi barədə Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-2088 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olmuş, qanunamüvafiq qaydada icraata qəbul edilərək, icraata başlamaq haqqında qəərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin tələb təmin edilməmişdir. Buna görə də tələb "Elektron icra" informasiya sistemi vasitəsilə xx.xx.2024 və xx.xx.2024-cü il tarixli inkasso sərəncamları tətbiq edilməklə borclu İddiaçı pensiyasının 50% hissəsinə yönəldilmiş və ümumilikdə 363,88 manat məbləğində pul tələbkarın xeyrinə ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16(060)- 255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 cavabdeh 1 saylı Sumqayıt Notariat Ofisi və qeyrisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş baxılıb qutarana kimi X2 yaşa görə əmək pensiyasından tutulmaların dayandırıması qərar alınmış və icraya yönəldilmişdir. Məlumat üçün bildirilir ki, həmin icra sənədi tərəfimizdən tam icra edilmiş və Sumqayıt şəhər 1 saylı notariat ofisinin 8İ-2088 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi üzrə borclu Zümfira Mehrəliyevanın pensiyasından tutulmalar dayandırılmışdır. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X6 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki höquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notariat qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 17-ci maddəsinin 15-ci bəndinə əsasən dövlət notariusu tərəfindən icra qeydləri aparılır. Azərbaycan Respublikası Notariat haqqında qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Notariat haqqında qanunun 79-cu maddəsinə tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. Məhkəmədə İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Belə ki, iddiaçı iddia ərizəsində borcun ona aid olmadığını bildirsə də, iş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçının qeyd olunan müqavilə üzrə 1005,54 manat borcu qaldığı qeyd edilmişdir. Eyni zamanda iddiaçının Cavabdeh2 ASC-də xx.xx.2021-xx.xx.2024-cü il tarixə qədər kredit hesabının mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 407ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Sumqayıt şəhər 1 saylı notariat ofisinə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və maraqlı tərəf Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı “icra qeydinin ləğv edilməsi tələbinə” dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar