Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5056/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı daşınmaz əmlaka sahiblik etmək faktının müəyyən edilməsi tələbinə dair mülki işə 29 iyun 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mkr, ev 10/27. mənzil 16-nın sakini vətəndaş X3 Abşeron rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0.09 ha torpaq sahəsinin ayrılması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştir edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 10/27, mənzil 16-nın sakini vətəndaş X3 ailə tərkibi ilə birlikdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsrrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsinin 21 aprel 1999-cu il tarixli 13145 nömrəli müqaviləsinə əsasən Abşeron rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0.09 ha torpaq sahəsi verilmişdir. 26 aprel 2011-cı ıl tarixində Sumqayıt şəhəri, 9-cu mkr. ev 10/27 mənzil 16-nın sakini vətəndaş X5 və Yasamal rayonu, C.Cabbarlı kuçəsı 56-nın sakini X7 arasında Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunda Abşeron rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0,09 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsi etibarnamə əsasında 30 (otuz) ıl müddətinə müəyyən hərəkətləri etməyi etibar edilmişdir. Yasamal rayonu, C.Cabbarlı kuçəsı 56-nın sakini X12 oglu ilə onun arasında Naxçıvan MR Culfa rayonunun Dövlət Notariat Kontorunda bağlanılmış etibarnamə əsasında Sumqayıt Asan Xidmətinə Abşeron rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0,09 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması uçun tərəfindən aidiyyəti uzrə sənədlərlə müraciət olunmuşdur. Sumqayıt Asan Xidməti tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına vətəndaş X4 torpaq sənədinin ayrılmasına dair ilkin sənədlərin tələb olunması barədə sorğu göndərilmiş və Dövlət Arxivinin Sumqayıt filialının 15.03.2021-cı il tarixli 157 nömrəli cavab məktubuna əsasən vətəndaş X3 dair bağ uçun torpaq ayrılması barədə məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş 26.04.2011-ci il tarixli ƏN-İ seriyalı 145245 saylı etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0,09 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsinə dair sərəncam verməyi, satmağı, bağışlamağı və digər hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən İddiaçı ünvanlanmış 15.03.2021-ci il tarixli 157 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1999-cu ildə sərəncamlarında vətəndaş X3 bağ üçün torpaq sahəsi ayrılması barədə məlumat aşkar edilməmişdir. İşdə olan bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 13145 saylı 21.04.1999-cu il tarixli müqavilənin surətindən görünür ki, Saray bağlar massivində 4375 nömrəli 0,09 ha torpaq sahəsi X2 istifadəsinə verilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə İddiaçı Abşeron rayonu, Saray bağlar massivində B-4375 nömrəli 0.09 ha torpaq sahəsinin başqa bir şəxsə - X3 ayrılması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı qeyd edilən torpaq sahəsinə dair hər hansı mübahisə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, onu iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı daşınmaz əmlaka sahiblik etmək faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı daşınmaz əmlaka sahiblik etmək faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-5056/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5056/2021
29.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver