Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5059/2020 03.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “inkasso sərəncamının ləğv edilməsi tələbinə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “inkasso sərəncamının ləğv edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(085)- 63/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən əsas borc qalığı 112.901,81 manat, cərimə 5000 manat, cəmi 117.901,81 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-2(119)-2/2020 saylı qərardadı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ərizəsi, “xxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında imzalanmış protokol nəzərə alınaraq təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən borcun hissə-hissə ödənilməsi qərara alınmışdır. Qərardad qanuni qüvvəsini almışdır. Göründüyü kimi, cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxx” ASC-nin Sumqayıt filialında olan hesablaşma hesablarına qoyulmuş xx.xx.2020-ci il tarixli, 83297/2019-3 saylı inkasso sərəncamı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 2(085)-63/2019 saylı qətnaməsinin icrası ilə əlaqədar qoyulmuşdur. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında Plenum qərara almışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Ona görə, məhkəmə hesab edir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hazırki, iddia tələbi ümumi məhkəmədə baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “inkasso sərəncamının ləğv edilməsi tələbinə” dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-5059/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5059/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver