Məhkəmə qərarları › İş №2(060)-5119/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5119/2022

21.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5119/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus olan ********** və ********** qeydiyyat nömrəli qeyri-yaşayış binalarının üzərinə həbs qoyulması, Cavabdeh1 məxsus **********,********** və ********** qeyri-yaşayış binalarının və Cavabdeh2 məxsus ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının qiymətləndirilməsi, həmin obyektlərin hərracda satılaraq tələbin əldə olunan vəsaitə - 54636 manata yönəldilməsi və dövlət rüsumu kimi ödənilmiş 256 manatın Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia ərizəsi verilməmişdən əvvəl hərracın keçirilməsi ilə bağlı inzibati orqana müraciət edilməsinə dair təklifi, həmçinin iddia icraatı qaydasında baxılmasına əsas verən halları müəyyən etməmiş, inzibati orqanın hərəkət və hərəkətsizliyindən narazı qaldıqda inzibati orqana müraciət olunmalıdır. Ona görə də, verilmiş iddia ərizəsinin məhkəmə qaydasında baxılmasını mümkünsüz edir. Bu isə məhkəməyə əsas verir ki, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarsın. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı tərəfindən verilən qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına dair tələbə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılması qanunvericiliyin qeyd olunan normalarına uyğun deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 87.3-cü maddəsinə görə icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Həmin Qanunun 87.4-cü maddəsinə görə icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən, iddia ərizəsinin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün deyil. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə baxılmaq üçün qəbul etməkdən imtina edildiyindən İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 255 (iki yüz əlli beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 255 (iki yüz əlli beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar