Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5219/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh 15.11.2013-cü il tarixdə idarə etdiyi “BMW 525 i” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunda hərəkət edərkən X4 məxsus, "xxxx" Sığorta Şirkətində avtonəqliyat vasitələrinin Könüllü Sığorta növü ilə sığortalanmış “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPl-nin 252690 saylı inzibati tənbəh vermə haqqında Qərarında öz əksini tapmışdır. 15.11,2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablama aktına uyğun olaraq, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə 4260 (dörd min iki yüz altmış manat ziyan dəymişdir. 09 dekabr 2013-cü il tarixli 002312 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 300 manat azadolma çıxılmaqla 3960 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin avtomobili "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalı olduğundan qanunvericiliklə müəyyən olunmuş qaydada "xxxx" ASC tərəfindən 2315,69 manat sığorta ödənişi "xxxx" Sığorta Şirkətinə ödənilimşdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, ümumi zərər məbləğindən 300 manat azadolma məbləği və mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 2315,69 manat çıxılmaqla (4260-300-2315,69=1644,31) qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkətinə dəymiş 1644,31 ( bir min altı yüz qırx dörd otuz bir qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən yolnəqliyyat hadisəsi 2013-cü il tarixdə baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta ona ödənişlə bağlı heç bir məlumat verməmiş və özü də bu barədə heç vaxt maraqlanmamışdır. Eyni zamdanda hadisə nəticəsində ziyan dəymiş avtomobilə baxış keçirilən zaman onun iştirakı təmin edilməmişdir. Hazırda, heç bir yerdə işləmir və ödəniş etməkdə çətinlik çəkir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 09.12.2013-cü il tarixli 1887 saylı “sığorta akt”ından müəyyən edilir ki, 29 dekabr 2010-cu il tarixində X5 məxsus “Chevrolet Cruze” makralı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2010-cu il tarixdən 28.12.2013-cü il tarixə qədər 15300 manat məsuliyyət həddi dəyərində sığorta edilmiş, sığorta hadisəsi 15.11.2013-cü il tarixdə Bakı-Quba yolunda avtonəqliyyat vasitəsi idarə edilərkən “BMV 525İ” markalı, ** FD *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuş, zərbədən həmin avtomobil “Mercedes Benz 230” markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Chevrolet Cruze” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, 21.11.2013-cü il tarixli nöqsan aktına əsasən, 4260 manat məbləğində hesablanmışdır. İş materiallarında olan 11.12.2013-cü il tarixli X9 surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən X6 3960 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan “inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” BYP № 252690 saylı, 15.11.2013-cü il tarixli protokolun surətindən görünür ki, Cavabdeh idarə etdiyi “BMVV” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobillə ara manevri düzgün keçmədiyi üçün İXTM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinətək 40 manat cərimə edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat Vasitələrinin sığorta Şəhadətnamə”sinin surətindən görünür ki, X7 mülkiyyətində olan “Cehvrolet Cruze” minik markalı nəqliyyat vasitəsini 29.12.2010-28.12.2013-cü il tarixə kimi "xxxx" Sığorta ASC-də sığorta elətdirmişdir. İş materiallarında olan “General Motors”un preyskurantından görünür ki. “Chevrolet Cruze” minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 4260 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbayçan Respublikası DİN-nin BPOMİ-nin MAPS şöbəsinin 05.05.2021-ci il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 52, mənzil 33-də qeydiyyatdadır. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, “Subroqasiya hüququ Mülki Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, “Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçı subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.” Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət (nəqliyyat vasitələrindən, mexanizmlərdən və ya istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusunu törətmiş fiziki və hüquqi şəxslər, yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi, yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və ya) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzini ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1097ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Chevrolet Cruze” markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1644 (bir min altı yüz qırx dörd) manat 31 (otuz bir) qəpik sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30 (otuz) manat 40 (qırx) manat dövlət rüsumu, cəmi 1674 (bir min altı yüz yetmiş dörd) manat 71 (yetmiş bir) qəpik Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-5219/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-5219/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver