Məhkəmə qərarları › İş №2(060)-5272/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-5272/2021

28.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5272/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki oğlu Mahmudov Elvin Babagül oğlu Sumqayıt şəhər ərazisində avtoyumada işləyir. Cavabdeh ilə orada tanış olmuş, cavabdeh ona maşın alqı-satqısı ilə məşğul olduğunu və hazırda əlində ekonom bir maşın olduğunu bildirmişdir. Oğlu cavabdeh ilə birlikdə maşını yaşadıqları ünvana gətirmişdir. Maşına baxdıqdan sonra o banka ödəniş keçirməli olduğunu və bunun üçün 1200 manat lazım olduğunu bildirmişdir. Lakin onda lazım olan məbləğdə pul olmadığı üçün qızından istəmişdir. Qızı bank kartını ona verdi və həmin kartdan 400 manat pul çəkmişdilər. Cavabdehə ancaq bu qədər pul tapa bildiyini bildirdikdə cavabdeh ona əlində nə varsa ona verməyini bildirdi. O, isə cavabdehə axşama qədər pulun qalanını tapa biləcəyini söyləsə də mümkün olmamışdır. Gecə Orxana dəfələrlə zəng etsə də cavabdeh telefonu açmamış, sonda telefona cavab verdikdə o, cavabdehə maşını gəlib götürməsini və pulunu qaytarmasını bildirmişdir. Cavabdeh isə ona “xala mən də sənin bir oğlun, maşın ya səndə qalmış, ya məndə qalmış, nə fərqi var, Bakıdayam sabah gəlib götürəcəm” söyləmişdir. Həmin günü gecə Orxanla əlaqə saxlayaraq pulu tapa bilmədiyini bildirdi və verdiyi 400 manat pulu geri qaytarmağını tələb etmişdir. Bildirmək istəyir ki, sözügedən maşın onların yaşadıqları həyətdə qalmış, açar və maşının qeydiyyat şəhadətnaməsi onda olmuşdur. Səhəri gün saat 9-da oğlu ilə birlikdə moykanın qabağına gəlmiş və onu da ora çağırmışdılar. Orada cavabdeh ondan maşının açarlarını və qeydiyyat şəhadətnaməsi istəmiş, o, isə cavabdehə ilk öncə pulunu verməyini bildirdi. Cavabdeh maddi vəziyyətinin pis olduğunu, kirayədə yaşadığını, maşını satan kimi pulunu geri qaytaracağını söylədi. Daha sonra hər üçü birlikdə onun iş yerinə getmiş, orada cavabdeh öz şəxsiyyət vəsiqəsinin kopyastnı çıxardaraq ona vermiş, 2-3 gün ərzində aldığı pulu geri qaytaracağını bildirmişdir. O, da cavabdehin sözlərinə etibar edərək maşının açarlarını və qeydiyyat şəhadətnaməsini ona geri qaytarmışdır. Lakin cavabdeh sözünü tutmamış, oğlu dəfələrlə zəng etsə də cavab verməmişdir. O, yığıdığı zaman isə yalvarmağa başlamışdır. O, cavabdehdən ayba-ay hissə-hissə verməsini istəsə də cavabdeh ona da əməl etməmişdir. Bildirmək istəyir ki, qeyd olunan hadisə 2021-ci il yanvar ayının 6-sı 7-si günlərində baş vermişdir. Bu günə kimi cavabdeh ona heç bir ödəniş etməmiş, telelon zənglərinə cavab verməmişdir. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etsə də ona cavab olaraq göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət hüququnun olduğu bildirilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılmalıdır. Məhkəmədə şahid Mahmudov Elvin Babagül oğlu bildirdi ki, iddiaçı onun anasıdır. Orxan maşın alqı-satqısı ilə məşğul olur. Orxan ona yaxınlaşaraq ekonom bir maşın satdığını bildirmişdir. O, da qardaşı üçün maşın almaq istəyirdi. Daha sonra maşını öz yaşadıqları həyətə gətirmiş və maşını almaq istəmişdirlər. Həmin vaxt cavabdeh onlardan təcili kredit borcunun ödənilməsi üçün 1200 manat məbləğində pul istəmişdir. Onun üzərində həmin məbləğ olmadığı üçün bacısının kartından 400 manat pul çəkib cavabdehə verdilər. Daha sonra maşın iki gün qardaşında qaldı. Sonradan cavabehin istədiyi məbləği düzəldə bilmədikləri üçün maşını geri qaytarmaq istəmişlər və cavabdehdən ödədikləri pulu geri tələb etmişdilər. Cavabdeh isə hər dəfə bir bəhanə ilə həmin məbləği geri qaytarmaqdan boyun qaçırdır. Bu barədə polisə müraciət etsələrdə oradan onlara işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə İddiaçı və şahid Mahmudov Elvin Babagül oğlunun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 05.02.2021-ci il tarixli məktubundan görünür ki, X1 27.01.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə daxil olmuş 127-1347M-3121 saylı ərizəsi əsasında yoxlama aparılmış, ərizəsi əsasında toplanmış materiallar işə alınmış, ərizənizdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 21.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəsəbəsi, Pereküşkül küçəsi, ev 69A-da qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhəri, İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin 31.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı “Xəzri” yaşayış sahəsi həyət evində yaşayır. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-240 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pulun və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilsin. Cavabdeh qətnamənin surətini aldıqdan sonra, 10 (on) gün müddətinə həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar