Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5286/2022 29.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iş üzrə icraata xitam verilməsi üçün təqdimatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsi müraciət edərək, cavabdehin üzərinə 2(060)- 1311/2011 saylı, 17 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə iş üzrə icraata xitam verilməsi üçün Sumqayıt Şəhər məhkəməsinə təqdimatın verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir (20.2.). İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir (20.3.). İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir (20.4.). Qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti icra məmuruna aiddir. İcra sənədi üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda və buna baxmayaraq icra məmuru tərəfindən icra icraatına xitam verilmədikdə işdə iştirak edən şəxslər icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət edə bilərlər. Bu halda işə iddia icraatı qaydasında deyil, məhkəmə qərarlarının icrası ilə bağlı icraat çərçivəsində baxılmalıdır. İddiaçı icra məmurunun hərəkətsizliyindən narazı olsa da, öz tələbini məhkəmə qərarlarının icrası məsələlərinə aid forma və məzmunda deyil, özünü iddiaçı, icra qurumunu isə cavabdeh kimi göstərməklə iddia icraatı formasında irəli sürmüşdür. Qeyd edilənlər isə işə məhkəmədə baxılmasını yolverilməz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı iş üzrə icraata xitam verilməsi üçün təqdimatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-5286/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5286/2022
29.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver