Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5294/2022 28.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum haqqında şəhadətnamənin verilməsi tələbinə» dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin üzərinə ona doğum haqqında müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Bundan əlavə, İddiaçı iddia ərizəsində inzibati orqana öhdəliyin qoyulmasını xahiş edir. Belə olan halda yuxarıda qeyd olunan mübahisə inzibati qaydada mübahisələndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum haqqında şəhadətnamənin verilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-5294/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5294/2022
28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver